Məzahir Pənahov

Məzahir Pənahovdan seçkilərlə bağlı mühüm açıqlama

23
(Yenilənib 15:22 28.03.2018)
Seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb

BAKI, 28 mart — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılan veb-kameralara texniki nəzarət mərkəzi ilə tanışlıq olub. Sputnik Azərbaycan sechki-2018.az saytına istinadən xəbər verir ki, tədbirdə MSK sədri Məzahir Pənahov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər.

M.Pənahov bildirib ki, aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar ölkə üzrə fəaliyyət göstərəcək seçki məntəqələrinin 20 faizində veb-kameralar quraşdırılıb. Onun sözlərinə görə, məqsəd seçki prosesində şəffaflığın təmin edilməsidir.

"Prezident seçkiləri ilə bağlı ölkə ərazisindəki seçki məntəqələrinin artıq 20 faizində — 1000 seçki məntəqəsində kamera quraşdırılıb. 1000 kameranın quraşdırıldığı məntəqələr ölkənin bütün bölgələrini əhatə edir. Seçki günü istənilən internet istifadəçisi MSK-nın rəsmi saytına daxil olmaqla səsvermənin gedişini canlı izləyə bilər" — MSK sədri vurğulayıb.

23
Teqlər:
Mərkəzi Seçki Komissiyası, MSK, Seçki məntəqəsi, seçki, prezident seçkiləri
Əlaqədar
İradə Yaqubova: “Bu dəfəki seçkilərdə iştirak fəallığı yüksək olacaq”
Seçkilərdə "exit-poll"a bağlı qərar qəbul olundu
Azərbaycanda seçki bülletenləri ilə bağlı qərar verildi
İlham Əliyev: "Prezident seçkiləri ədalətli və şəffaf keçiriləcək"