İlham Əliyev

İlham Əliyevin reytinqi açıqlandı

789
(Yenilənib 13:40 27.03.2018)
Respondentlərin 84,1%-i seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildiriblər

BAKI, 27 mart — Sputnik. "ELS — Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə bu ilin fevral-mart aylarında ölkənin 68 rayonunda (Naxçıvan MR-nın ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla) 1580 respondent arasında rəy sorğusu keçirib.

İradə Yaqubova
© Sputnik / Murad Orujov
İradə Yaqubova

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "ELS — Müstəqil Araşdırmalar Mərkəzi"nin rəhbəri İradə Yaqubova keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, respondentlərin evlərində şəxsi müsahibə üsulu ilə keçirilən rəy sorğusu 18 və yuxarı yaş kateqoriyasında əhali qrupunu əhatə edib. Sorğu xüsusi hazırlıq kursunu keçmiş intervüyerlər qrupu tərəfindən aparılıb.

"Yaşayış məntəqələrinin seçimi çoxpilləli stratifikasiya edilmiş təsadüfi ərazi seçimi üsulu ilə aparılıb və rayonların bərabər əhatə olunması təmin edilib. Sorğunun əhatə etdiyi yaşayış məntəqələrinin 50,4%-ni şəhərlər, 6,2%-ni qəsəbələr, 43,4%-ni isə kəndlər təşkil edib. Respondentlərin cins və yaş üzrə seçimi ölkə üzrə mövcud statistik məlumat bazasına uyğun aparılıb" — Yaqubova qeyd edib.

Onun sözlərinə görə, sorğuda iştirak edən respondentlərin 49,4%-ni kişilər, 50,6%-ni isə qadınlar təşkil edib: "Yaş kateqoriyalarına görə respondentlərin 28,7%-i 18-29 yaş, 22,3%-i 30-39 yaş, 18,8%-i 40-49 yaş, 16,8%-i 50-59 yaş, 13,4%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olublar. Ailə vəziyyətlərinə görə onların 73,3%-i evli, 19,9%-i subay, 5,2%-i dul, 1,6%-i isə boşananlar olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 48,3%-i orta təhsilli, 20,7%-i orta ixtisas təhsilli, 4,2%-i natamam ali təhsilli, 20,5%-i ali təhsilli, 6,3%-i isə tam orta təhsili olmayanlardır".

Mərkəz rəhbəri bildirib ki, məşğulluqlarına görə respondentlərin 17,3%-i dövlət sektorunda, 21,7%-i özəl sektorda, 15,2%-i özünə işləyən, 3,3%-i tələbə, 11,3%-i işləməyən təqaüdçü, 8,1%-i işsiz, lakin iş axtaran, 23,1%-i isə evdar qadınlardır: "2013-cü il prezident seçkilərindən sonra dövlətimizin idarə edilməsində qazanılan uğurları qeyd edən respondentlərin 94,3%-i uğurların olduğunu vurğulayıblar. Bu uğurların sırasında təhlükəsiz yaşayış şəraiti (81,6%), sabit siyasi vəziyyət (78,9%), Qarabağ probleminin həlli istiqamətində fəaliyyət (44,3%) və digərləri qeyd olunub".

"Növbəti mərhələdə rəyi soruşulanlara ölkə prezidentinin həyata keçirdiyi siyasətlə bağlı suallar verilib. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 94,1%-i bu siyasəti dəstəklədiklərini, 2,9%-i dəstəkləmədiklərini bildiriblər. Rəyi soruşulanların 3,0%-i cavab verməkdə çətinlik çəkib. Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasəti qiymətləndirdikdə rəyi soruşulanların çoxu (86,0%-i) bu siyasəti dəstəklədiklərini, 6,3%-i isə dəstəkləmədiklərini qeyd ediblər. Rəyi soruşulanların 7,7%-i suala cavab verməkdə çətinlik çəkib" — İ.Yaqubova vurğulayıb.

Əlavə edib kki, son 5 ildə Qarabağ probleminin həlli istiqamətində ölkə prezidentinin atdığı addımları qiymətləndirən respondentlər bu fəaliyyəti yüksək qiymətləndiriblər: "Onların 65,3%-i atılan addımları çox uğurlu, 23,2%-i uğurlu, 6,3%-i uğursuz hesab ediblər. 5,2% isə cavab verməkdə çətinlik çəkib. Azərbaycan-Ermənistan münaqişəsinin həllində 25 ildən artıq iştirak edən beynəlxalq strukturların fəaliyyətinə münasibət birmənalı olub. Belə ki, ATƏT-in Minsk qrupu, AŞPA, BMT təmsilçilərinin fəaliyyətini uğurlu hesab edənlərin sayı cəmi 7,0% olub. Bu qurumların fəaliyyətini uğursuz hesab edənlər 86,9%-dir. Cavab verməkdə çətinlik çəkənlərin nisbi sayı 6,0% olub. Uğursuz fəaliyyəti qeyd edənlərin 28,3%-i, yəni üçdə biri, bu qurumların problemin həllinə münasibətlərini laqeyd, hətta ermənipərəst hesab ediblər.

Mərkəz rəhbərinin dediyinə görə, sorğu zamanı respondentlərə "Növbəti prezident seçkiləri indi, məsələn, gələn həftə keçirilərsə, kimə səs verərdiniz?" sualı ünvanlanıb. Lakin sorğu prezident seçkiləri elan olunduğu vaxta təsadüf etdiyindən respondentlər bu suala 2018-ci il aprel ayının 11-də keçiriləcək prezident seçkilərini nəzərdə tutaraq cavab veriblər: "Seçkilərdə iştirak edəcəklərinə dair suala cavab verən respondentlərin 66,5%-i seçkilərdə həmişə iştirak etdiklərini söyləyərək səs verəcəklərini bildiriblər. Respondentlərin 26,1%-i ola bilər ki, iştirak edəcəklərini, 6,8%-i heç vaxt seçkilərdə iştirak etmədiklərini deyiblər. Cavabdan imtina edənlərin sayı 0,6% təşkil edib".

O, qeyd edib ki, sorğu zamanı respondentlərə 2013-cü ildə keçirilmiş prezident seçkilərində kimə səs verdikləri barədə sualla müraciət olunub: "Onların 83,3%-i İlham Əliyevi, 1,2%-i başqa namizədləri dəstəklədiklərini deyiblər. Rəyi soruşulanların 8,6%-i seçkilərdə müxtəlif səbəblərdən, o cümlədən yaşları çatmaması səbəbindən iştirak etməyiblər. Respondentlərin 6,9%-i cavab verməkdə çətinlik çəkiblər".

"Aprelin 11-də keçiriləcək prezident seçkilərində edəcəkləri seçimi açıqlayan respondentlərin 84,1%-i seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildiriblər. Rəyi soruşulanların 0,2%-i başqa namizədlərə səs vermək niyyətindədirlər. Rəyi soruşulanların 9,2%-i hələ seçim etmədiklərini söyləyiblər. 6,5% respondent isə ümumiyyətlə seçkilərdə iştirak etmədiyini etiraf edib. Beləliklə, sorğunun nəticələri onu deməyə əsas verir ki, əvvəllər olduğu kimi, bu gün də Azərbaycan seçicisi prezident İlham Əliyevə alternativ görmür, ötən prezidentlik dövründəki fəaliyyətini qənaətbəxş hesab edir və birmənalı olaraq növbəti prezidentlik müddətində ölkənin məhz onun rəhbərliyi altında olmasını istəyir".

789
Teqlər:
İlham Əliyev, namizəd, İradə Yaqubova, respondent, sorğu, prezident seçkiləri, "ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi
Əlaqədar
Azərbaycanda seçki bülletenləri ilə bağlı qərar verildi
Niderlanddakı soydaşlarımızın seçkilərdə iştirakına hazırlıq gedir
Səfir: "Artıq seçki məntəqələri yaradılıb"
Bakı metrosunda maska rejimi

Vəziyyət pisləşsə, tədbirlər sərtləşdiriləcək - Baş infeksionist

5
(Yenilənib 15:04 31.10.2020)
"Operativ Qərərgah tərəfindən epidemioloji situasiya nəzarətə götürülərək təhlil olunur və yoluxma dinamikasının daha da pisləşməsi baş verərsə, bu və ya digər adekvat qərarların qəbul olunması istisna olunmur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik.  "Hazırda fəaliyyətinə icazə verilmiş qeyri-ərzaq təyinatlı ticarət mərkəzlərinin bağlanması məsələsi də karantin dövründə sərtləşdirmə tədbirlərindən biridir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov bildirib. O qeyd edib ki, onlayn satışın həcminin artması koronavirus pandemiyası dövründə təqdirəlayiq hal hesab olunmalıdır:

"Bu tip ticarət həmin müəssisələrdə əhali sıxlığının və təmasların azalmasına, dolayısı yolla yoluxmaların dinamikasına təsir göstərir. Hazırkı epidemioloji durumda Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən dövlət müəssisələrində ofislərdə çalışan işçilərin sayına məhdudiyyət qoyulub, bu özəl müəssisələr üçün də tövsiyə olunub, distant şəkildə işləməyə üstünlük verilir. Hazırda fəaliyyətinə icazə verilmiş qeyri-ərzaq təyinatlı ticarət mərkəzlərinin bağlanması məsələsi də karantin dövründə sərtləşdirmə tədbirlərindən biridir".

Baş infeksionist onu da əlavə edib ki, Operativ Qərərgah tərəfindən epidemioloji situasiya nəzarətə götürülərək təhlil olunur və yoluxma dinamikasının daha da pisləşməsi baş verərsə, bu və ya digər adekvat qərarların qəbul olunması istisna olunmur.

5
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Əlaqədar
On rayon və şəhər sərt karantin rejimi zonasından çıxarılır
Qubada koronavirus xəstəsi yerlilərini təşvişə saldı
Vasif Əliyev: “Yenidən sərt karantin rejiminə keçilə bilər”
Koronavirus sağalır, fəsadları qalır
Azərbaycanda koronavirus xəstəsi yaşayış yerini icazəsiz tərk etdi
 Bıçaq əlində kişi, arxiv şəkil

Azyaşlı oğlunun gözü qarşısında arvadını qətlə yetirdi

10
Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 30-da saat 12 radələrində Abşeron rayonu, Digah qəsəbə sakini 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1978-ci il təvəllüdlü Hüseynov Rafiq İman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında bıçaqla xəsarətlər yetirməklə Sanara Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rafiq Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

10
Teqlər:
bıçaq zərbəsi, bıçaqlanma, bıçaq, qətl hadisəsi, qətl, prokurorluq, Bakı
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində qəza baş vermiş əraziyə gəlib

Ermənistanın mülki əhalimizə qarşı terror aktları barədə hər kəs məlumatlandırılıb - FHN

0
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror xarakterli təxribatları barədə tərəfdaş ölkələrin uyğun qurumları və beynəlxalq təşkilatları məlumatlandırıb.

BAKI, 31 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror xarakterli təxribatları barədə tərəfdaş ölkələrin uyğun qurumları və beynəlxalq təşkilatları məlumatlandırıb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, 30-a yaxın ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul dövlət qurumları və 20-yə yaxın nüfuzlu beynəlxalq təşkilata, o cümlədən Birləşmiş Millətlər Təşkilatının uyğun qurumları (UN OCHA, UN DRR), Beynəlxalq Mülki Müdafiə Təşkilatı, NATO EADRCC (Avro Atlantik Fəlakətə Cavabın Əlaqələndirilməsi Mərkəzi), Avropa İttifaqının Avropa Mülki Müdafiəsi və Humanitar Yardım Əməliyyatları Baş İdarəsi, Avropa Şurasının Avropa və Aralıq Dənizi üzrə Böyük Risklər Sazişi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər aidiyyəti beynəlxalq strukturlara ünvanlanmış məktublarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlər diqqətə çatdırılıb.

Məktublarda Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın işğal altında saxlanılması, işğal olunmuş bölgədən bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan dərhal və qeyd-şərtsiz azad edilməsi tələbi barədə 4 qətnaməsinin hələ də kağız üzərində qalması qeyd olunub.

Ermənistanın terrorçu xislətli hərbi-siyasi rəhbərliyinin qərarı ilə Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycanın mülki əhalisini və hərbi obyektləri hədəf alaraq hərbi təxribata əl atması və buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən əks-həmlə əməliyyatına başlanılması, bu əməliyyatın yalnız Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən birmənalı tanınmış torpaqlarında aparılması diqqətə çatdırılıb.

Bildirilib ki, Ermənistan dövlətinin ənənəvi terrorçu davranışlarına uyğun olaraq, Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, çoxsaylı sakinlərin həlak olmasına səbəb olur. Bu çərçivədə, xüsusilə razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini kobudcasına pozaraq döyüş bölgəsindən kənarda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Ağcabədi və digər şəhər və kəndlərinin mütəmadi olaraq ağır artilleriya və raket atəşlərinə məruz qalması, nəticədə çoxsaylı mülki şəxslərin ölümü və ciddi dağıntıların baş verməsi qəti şəkildə pislənilir, bu terrorçu addımlara dərhal son verilməsi üçün dünya birliyinin Ermənistanın hərbi-siyasi rəhbərliyinə ciddi təzyiqlər göstərməsinin vacibliyi vurğulanır.

Qeyd edək ki, məktublara Ermənistan dövlətinin terrorçu xislətini sübut edən foto və videomateriallar, habelə ingilis dilində broşür əlavə olunub.

0