Milli Elmlər Akademiyası

Elmlər Akademiyasının yaranma günü

46
(Yenilənib 10:05 27.03.2018)
Akademiya SSRİ Xalq Komissarları Sovetinin 23 yanvar 1945-ci il tarixli qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialının bazasında təşkil olunmuşdu

BAKI, 27 mart — Sputnik. 1945-ci il martın 27-də Azərbaycan SSR Elmlər Akademiyası fəaliyyətə başlayıb.

Akademiya SSRİ Xalq Komissarları Sovetinin 23 yanvar 1945-ci il tarixli qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialının bazasında təşkil olunmuşdu. SSRİ-nin müsəlman respublikaları arasında ilk Elmlər Akademiyası Azərbaycanda yaranmışdı və respublika üzrə 400 alimin çalışdığı 16 elmi idarəni əhatə edirdi.

Tanınmış alim, cərrah Mirəsədulla Mirqasımov Azərbaycan EA-nın ilk prezidenti seçilib.

46
Teqlər:
Xalq Komissarları Soveti, SSRİ, Elmlər Akademiyası
Heroin, arxiv şəkli

Bakı sakini karantin zamanı da öz əməlindən qalmırmış

5
Saxlanılan zaman onun qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik maddə gətirdiyi məlum olub.

BAKI, 4 iyul — Sputnik. Bakıda karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qasımov Rəşad Ramiz oğlu hüquq-mühafizə orqanları tərəfindən karantin qaydalarını pozduğu üçün saxlanılıb.

Saxlanılan zaman onun qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik maddə gətirdiyi məlum olub.

O, saxlanılan zaman hüquq-mühafizə orqanının əməkdaşlarına zor tətbiq edib.

R.Qasımov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda), 206.4-cü (qaçaqmalçılıq) , 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda törədildikdə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 318.2ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

Nəsimi rayon Məhkəməsində istintaq orqanının təqdimatı əsasında R.Qasımov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

5
Albalı

Təzyiqin daha bir dərmanı aşkar edilib

162
(Yenilənib 11:22 04.07.2020)
Dietoloq Sara Brüyerin sözlərinə əsasən, albalı suyu antioksidanlarla - polifenollarla çox zəngindir.

BAKI, 4 iyul — Sputnik. Həkimlər səhər yeməyi zamanı təzyiqi tez və effektli şəkildə düşürə bilən içkini müəyyən ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, təzyiq qan damarlarına və həyati əhəmiyyətə malik orqanlara əlavə bir yük yaradır. O, insult və infarkt da daxil olmaqla müxtəlif fəsadlara səbəb ola bilər.

Yüksək təzyiq sağlam qidalanmamağın və fiziki aktivliyin olmamasının göstəricisidir. Mütəxəssilərin fikrincə, qan təzyiqinin qarşısını alan vasitələr arasında albalı şirəsi xüsusi əhəmiyyətə malikdir.

Dietoloq Sara Brüyerin sözlərinə görə, albalı suyu antioksidanlarla - polifenollarla zəngindir. Onlar qan damarlarının genişlənməsinə və elastikliyini artırmağa kömək edirlər.

Mütəxəssislərin fikrincə, 60 ml turş albalı suyu sistolik qan təzyiqini 7 mmHg qədər azalda bilər. Dietoloq qeyd edib ki, albalı şirəsinin istifadəsi kifayət qədər sürətli effekt verir. Albalı suyu içdikdən bir saat sonra qan təzyiqi azalmağa başlaya bilər. Şirənin təsiri səkkiz saata qədər davam edir.

162