Dövlət Təhlükəsizlik Xidməti

İlham Əliyev DTX ilə bağlı sərəncamlar imzaladı

246
(Yenilənib 17:03 26.03.2018)
Prezident İlham Əliyev DTX əməkdaşlarına hərbi rütbə verib və təltif edib

BAKI, 26 mart — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayb.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıb ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

Polkovnik Rəşad Firidun oğlu Həmzəyevə və polkovnik İmran Surxay oğlu Tağı-zadəyə general-mayor ali hərbi rütbəsi, ədliyyə polkovniki Həsən İsa oğlu Mansurova isə ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq  qərara alıram.

Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Əliyev Zaur Aydın oğlu — polkovnik

Hacıyev Bəxtiyar Zabil oğlu — ədliyyə polkovniki

"Vətən uğrunda" medalı ilə

Ramazanov Rafiq Sultan oğlu — polkovnik

Hüseynov İlqar Yavər oğlu — polkovnik

Yaqubov Fəqan Vaqif oğlu — polkovnik-leytenant

Camalxanov Zaur Vəli oğlu — polkovnik-leytenant

Məmmədquliyev Əli Şüceyib oğlu — mayor

"İgidliyə görə" medalı ilə

Qasımov Məmməd Fərman oğlu — polkovnik-leytenant

Cavadov Hüseyn Yaqub oğlu — polkovnik-leytenant

Əzimov Əzim Yaqub oğlu — leytenant

"Hərbi xidmətlərə görə" medalı ilə

Abdulov İlqar Yaşar oğlu — polkovnik-leytenant

Bəşirov Coşqun Şərif oğlu — polkovnik-leytenant

Əliyev Samir Qadir oğlu — ədliyyə polkovnik-leytenantı

Paşayev Qənimət Əliheydər oğlu — mayor

Hacıyev Ramil Kamil oğlu — mayor

Həşimov Mirələm Ağamir oğlu — mayor

Ələskərov Kazım Faiq oğlu — mayor

Zeynalov Vüsal Nayib oğlu — kapitan

Qəmbərli Kamal Müşviq oğlu — baş leytenant.

246
Teqlər:
medal, orden, hərbi rütbə, Dövlət Təhlükəsizliyi Xidməti, Prezident İlham Əliyev