Kanal

Salyanda suya düşən avtomobildən meyitlər belə çıxarıldı - VİDEO

1942
(Yenilənib 14:39 26.03.2018)
Avtomaşının idarəetməni itirərək su kanalına düşdüyü ehtimal edilir

BAKI, 26 mart — Sputnik. Bu gün səhər saatlarında Salyan rayonun Xələc kəndindəki su kanalına avtomobil düşüb.

Sputnik Azərbaycan virtualaz.org-a istinadən xəbər verir ki, sudan çıxarılan 09 BO 697 dövlət nömrə nişanlı VAZ-21074 markalı avtomaşından sürücü — Bərdə şəhər sakini 34 yaşlı Rauf Sahib oğlu Quliyevin və sərnişini — 34 yaşlı Ağdaş şəhər sakini Qərib Yenidünya oğlu Quliyevin suda boğulmuş meyitləri aşkar edilib.

Avtomaşının idarəetməni itirərək su kanalına düşdüyü ehtimal edilir. Faktla bağlı araşdırmalara başlanılıb.

1942
Teqlər:
Salyan rayonu, kanal, meyit, avtomobil