Kür çayı

Kür çayında 29 yaşlı kişi batıb

56
(Yenilənib 16:36 25.03.2018)
Axtarış nəticəsində Zamanov Maqsud Məmmədsadıq oğlunun cəsədi sudan çıxarılıb

BAKI, 25 mart — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonu, Köhünlü kəndində 1 nəfər Kür çayında batıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış nəticəsində 1989-cu il təvəllüdlü Zamanov Maqsud Məmmədsadıq oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal edilən yerdən 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

56
Teqlər:
batma, Fövqəladə Hallar Nazirliyi, Kür çayı

Azərbaycanın İranla sərhədindəki Ağbənddə bayrağımız dalğalanır - VİDEO

9
(Yenilənib 19:30 22.10.2020)
Dövlətimizin başçısı Ağbənd zastavasında Azərbaycan bayrağının qaldırılmasının videosunu da paylaşıb.

BAKI, 22 oktyabr - Sputnik. Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olundu.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Twitter hesabında məlumat verərək, bu münasibətlə Azərbaycan və İran xalqlarını təbrik edib.

Həmçinin dövlətimizin başçısı Ağbənd zastavasında Azərbaycan bayrağının qaldırılmasının videosunu da paylaşıb.

​Qeyd edək ki, bu gün müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad edib.

9
Teqlər:
Prezident İlham Əliyev, Azərbaycan ordusu, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bayraq, Ağbənd qəsəbəsi, sərhəd, İran, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Dövlət başçısı: "Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü"
Füzuli, Cəbrayıl və Zəngilanın 20 kəndi və 1 qəsəbəsi azad edildi - İlham Əliyev
İlham Əliyev: "Sülhməramlılarla bağlı həlledici sözü biz deməliyik"
İlham Əliyev: "Ermənistanın bu hökuməti ilə sülhlə nizamlanma perspektivi çox uzaqdır"
İlham Əliyev: "Dağlıq Qarabağda heç bir referendum olmayacaq"
Corc Dik

İsrail səfiri: "Mülki vətəndaşlara edilən hücumlar qəbuledilməzdir"

8
(Yenilənib 18:58 22.10.2020)
Azərbaycan-İsrail münasibətlərinə toxunan israilli diplomat iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu vurğulayıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Milliyyətindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq mülki vətəndaşlara edilən hücumlar qəbuledilməzdir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Gəncədə erməni terrorunun acı nəticələrinə şahidlik edən İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

İsrailli diplomat Gəncəyə səfərinin əsas məqsədinin erməni terroru zamanı həlak olan dinc sakinlərin yaxınları və Gəncə sakinləri ilə görüşmək, bu dəhşətli raket hücumlarının səbəb olduğu dağıntıları öz gözləri ilə görmək olduğunu deyib.

"Buraya Azərbaycan xalqına və Gəncə şəhərinin sakinlərinə, həlak olanların ailələrinə başsağlığı vermək və bu hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləmək üçün gəlmişəm. Biz İsrail dövləti olaraq müharibə və hücumların, xüsusən də günahsız mülki şəxslərə qarşı həyata keçirilən bu cür hücumların səbəb olduğu dəhşətli hadisələrin nə olduğunu çox yaxşı bilirik. Milliyyətindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq mülki vətəndaşlara qarşı həyata keçirilən hücumlar qəbuledilməzdir. Heç bir insanın həyatına laqeyd yanaşmaq olmaz. Heç kim bu cür şəraitdə yaşamamalı və gecələr rahat yatarkən heç kim öz yaxınlarını, əzizlərini və ya qonşusunu itirməməlidir".

Azərbaycan-İsrail münasibətlərinə toxunan israilli diplomat iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu vurğulayıb.

"Bu dostluq heç kimə qarşı yönəlməyib. Azərbaycanla dostluğumuza dəyər veririk və Gəncədə yaşanan dəhşətli hücumun qurbanlarını bu çətin anlarda dəstək olaraq bir sıra humanitar yardımla təmin edirik".

Sonda səfir Corc Dik faciə qurbanlarının ailələrinə, eləcə də Gəncə sakinlərinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.

8
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə