Pul sayan qadın, arxiv şəkli

Sosial sığorta borcları silindi: Əhalinin daha hansı borcları silinə bilər?

1213
(Yenilənib 15:42 25.03.2018)
Məzahir Məmmədov: "Əhalinin banklara olan kredit borclarını silsin"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 25 mart — Sputnik. Bir neçə gün öncə bildirildi ki, 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək 5 maddədən ibarət qanun layihəsinə əsasən, 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları olan sığorta edənlərin borcları tam məbləğdə silinir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

Təbii ki, bu, borcu olan vətəndaşlar üçün sevindirici xəbərdir. Maraqlıdır, ölkə əhalisi dövlətdən, əsasən, hansı borcların silinməsini istəyir? Sputnik Azərbaycan elə bu sualla da sosial şəbəkələrdə sorğu keçirib.

Sosial şəbəkə istifadəçilərinin bir-birindən fərqli istəklərini olduğu kimi təqdim edirik:

Taleh Əmirli: "Əlbəttə, 10 min dollara kimi kreditlərin tam silinməsini istəyirəm. Dövlətimiz tərəfindən xalqa ən böyük müjdə bu olar".

Saşа Abbasov: "Məhkəmə borclarının bağışlanmasını istərdim".

Sənani Hüseyn: "Əlbəttə ki, kreditlərin silinməsi ən gözəl hadisə olardı".

Nilufər Nil: "Ümumiyyətlə, mənim anlamadığım budur ki, niyə fiziki şəxslərə məcburi sosial sığorta haqqı tətbiq edilir? Özəl şirkətdə işləyənlərin əmək haqqından niyə məcburi dövlət sosial sığortası tutulur? Yəni hansı haqla? 

Hansı əsasla? Dövlət məcburi sığorta haqqını o adama tətbiq etməlidir ki, həmin adam dövlət işində çalışsın, dövlət ona əmək haqqı versin və s. Yəni mən belə düşünürəm. Təkcə bu yox, vergi haqqında da belə düşünürəm".

Məzahir Məmmədov: "Əhalinin banklara olan kredit borclarını silsin".

Leyla Vəfadarqızı: "Torpağa qoyulan vergiləri. Çünki elə torpaqlar var ki, bir neçə dəfə əkin əkəndən sonra məhsul vermir və məcburən dincliyə buraxılır 2 ya 3 il. Buna da mənasız yerə vergi ödənilir, həm də yüksək faizlə".

Əziz Əlibəyli: "Kredit borcunun silinməsini istəyirəm".

İsaq Mayılov: "Su borcunun silinməsini istərdik. Sayğacdan öncəki borcları nəzərdə tuturam. Adambaşına görə yazılan məbləğlər heç də həqiqətə uyğun deyil deyə borc çox gəlib".

Tərxan Paşazadə: "Sorğunun istiqaməti ilə bağlı mənim dövlətə borcum yoxdur. Amma yaxşı olar ki, aidiyyatı üzrə dövlət qurumları ilk növbədə kredit məsələləri ilə bağlı yüngülləşdirici tədbirlər həyata keçirsinlər.

 Kommunal məsələlərlə bağlı yaranmış borclara görə isə vətəndaşların işığının, suyunun, qazının kəsilməsinə birdəfəlik son qoyulsun. Borclu vətəndaşlardan borcların alınması istiqamətində də ilk növbədə silinmə istiqamətli, bu mümkün olmadıqda isə müəyyən müddətli ödəmə tədbirləri həyata keçirilsin. Bunun üçün bələdiyyələri də bu məsələlərin həllinə yönəltmək lazımdır. Düşünürəm ki, hər bir bələdiyyə fəaliyyətini elə qurmalıdır ki, vətəndaşların kommunal problemlərinin, kommunal borclarının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirməklə vətəndaş-dövlət münasibətlərində müvafiq məsələlərlə bağlı yaranan problemlər minimal səviyyəyə ensin".

Nara Rəşidova: "Bakiya baxanda, Qax dəhşət soyuq olur. Hər kəsdə də istilik fərdidir. Ya soba, ya da kombi sistemidir. Qaza qoyulan limit yanvar və fevral ayında bitir. Bizdə hava iyunda isinir, sentyabr ayında soyuyur. İstərdim ki, bu limiti ya ləğv eləsinlər, ya da çoxaltsınlar".

1213
Teqlər:
sorğu, kredit, borc, sosial sığorta
Yanğın şlanqı, arxiv şəkli

Bakının mərkəzində çaxnaşma: dördmərtəbəli binada yanğın oldu

7
(Yenilənib 00:19 21.04.2021)
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar.

BAKI, 21 aprel - Sputnik. Bakının mərkəzində yanğın olub.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar. Yanğın söndürülüb.

 

7
Teqlər:
yanğın, Bakı

Azərbaycanın Baş naziri Moskvaya dəvət olundu

8
Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

BAKI, 20 aprel - Sputnik. Bu gün Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir. Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edilib.

Hacıqabul sənaye məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

8
Teqlər:
rəsmi səfər, dəvət, Əli Əsədov, Mixail Mişustin, Azərbaycan, Rusiya
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu Rusiyaya gedəcək

0
"Biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik".

BAKI, 20 aprel - Sputnik. Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsində koronavirusla bağlı vəziyyət normallaşan kimi uçuşların bərpasının müzakirəsi üçün Rusiyaya gedəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyədə ötən cümə günü pandemiya başlayandan bəri sutka ərzində ən yüksək yoluxma (63082), bu həftənin çərşənbə axşamı isə sutka ərzində ən çox ölüm (346) faktı qeydə alınmışdı. Türkiyədə ağır pandemiya şəraitinə görə Rusiya bu ölkə ilə aprelin 15-dən iyunun 1-dək aviaəlaqəni dayandırıb.

"Türkiyədə koronavirusa yoluxma hallarının artması səbəbindən Rusiya uçuşları məhdudlaşdırdı. İki ölkənin prezidentləri bunu müzakirə etdilər və belə bir qərar alındı, burada siyasət yoxdur. Ancaq biz əlavə məhdudiyyətlər tətbiq etdik. Əgər onları pozsaq, nəticə əldə edə bilmərik, o zaman bizim turizm risk altına düşər", - Çavuşoğlu Habertürk kanalının efirində deyib.

Onun sözlərinə görə, tezliklə Rusiyadan olan nümayəndələr turizm sahəsində təhlükəsizliyi qiymətləndimək üçün Türkiyəyə gələcəklər. 

"Sonra isə biz turizm nazirimizlə Rusiyaya gedəcəyik. Ancaq koronavirus göstəriciləri aşağı olan halda. İndi mənası yoxdxur. Biz inandırıcı görükməyəcəyik. Ramazan ayı ərzində bu göstəriciləri azaltmalıyıq", - Çavuşoğlu əlavə edib.

0
Teqlər:
səfər, Rusiya, Türkiyə, Mövlüd Çavuşoğlu