Qatar

Dəmiryol Vağzalında faciə: Qatar kişinin üstündən keçdi

189
(Yenilənib 10:42 25.03.2018)
Xəstəxanaya yerləşdirilən yaralının hər iki ayağı ambultasiya olunub

BAKI, 25 mart — Sputnik. Ağstafa sakini qatarın altına yıxılıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Ağstafa Dəmiryol Vağzalında baş verib.

Belə ki, 1957-ci il təvəllüdlü Məmmədov Akif Müslüm oğlu yaxın qohumunu yola salarkən ehtiyatsızlıqdan Bakı istiqamətində hərəkətə başlayan qatarın altına yıxılıb. Nəticədə onun hər iki ayağı qatarın altında qalıb. 

Xəstəxanaya yerləşdirilən yaralının hər iki ayağı ambultasiya olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

189
Teqlər:
amputasiya, dəmiryolu vağzalı, Ağstafa, qatar