CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lerik və Şabranda meşə yanğını başlayıb

© AFP 2023 / Gent SHKULLAKU Meşə yanğınının söndürülməsi, arxiv şəkli
Meşə yanğınının söndürülməsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda ETSN-nin əməkdaşları, o cümlədən FHN-nin canlı qüvvəsi yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir

BAKI, 24 mart — Sputnik. Lerik və Şabranda meşə zolağında yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bu gün saat 19 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandoband meşəbəyliyinin yüksək dağlıq ərazisindəki 19 a saylı dolayında yanğın hadisəsi baş verib.

Baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qeyd edək ki, yanğın yüksək dağlıq ərazini əhatə etdiyindən və güclü küləklə müşayiət olunduğundan onun söndürülməsində çətinliklər yaranıb.

Qəbələ rayonu Solquca və Abrıx kəndləri yaxınlığındakı meşə ərazisində baş vermiş yanğının söndürülməsi işləri - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycandakı meşə yanğını söndürülüb

Hazırda ETSN-nin əməkdaşları, o cümlədən FHN-nin canlı qüvvəsi yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir. Yanğın kol-kosla örtülü ərazini əhatə edir. Yanğının qarşısının alınması istiqamətində operativ tədbirlər davam etdirilir.

Eyni zamanda Şabran rayonunun  yüksək dağlıq ərazisində yerləşən Çuxurəzəmi kəndinin meşə torpaqları ilə sərhəddindəki bələdiyyə torpaqlarında da yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsi üçün dərhal əraziyə Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Güclü küləklə müşayiət olunan yanğının meşə ərazisinə keçməsinin qarşısını almaq məqsədilə operativ tədbirlər görülür.

Xəbər lenti
0