CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadın barda xarici turistin 14 min dollarını apardı

CC0 / piviso / dollarДоллары, архивное фото
Доллары, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva saxlanılıb

BAKI, 24 mart — Sputnik. Bakıda əcnəbinin külli miqdarda pulu oğurlanıb. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 21-də Nərimanov rayonu ərazisində yerləşən klubda əcnəbi vətəndaş Cavad Nuravkən Davudun cibindən içərisində 14000 ABŞ dolları, sürücülük vəsiqəsi, hərbi bilet və bankomat kartları olan pul kisəsi oğurlanıb.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti
0