Quş qripi

Azərbaycanda “quş qripi” varmı?

30
(Yenilənib 18:53 19.03.2018)
Hazırda "quş qripi" və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir

BAKI, 19 mart — Sputnik. "Quş qripi" xəstəliyinə görə 2018-ci ilin mart ayının 12-dən başlayaraq ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX), Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq aparılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

O, bildiirb ki, monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilmişdir. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülüb.

Monitorinq zamanı seçmə üsulla ovlanmış 25 baş çöl quşlarının patoloji materialı və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1771 baş ev quşlarının qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Dövlət Baytarlıq Nəzarəti Xidməti bununla əlaqədar bildirir ki, nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi aşkarlanmamyıb.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməmiş, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti yoluxucu infeksion xəstəliyə rast gəlinməyib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və s.) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılması həyata keçirilsin.

Hazırda "quş qripi" və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

30
Teqlər:
"quş qripi", Dövlət Baytarlıq Nəzarəti Xidməti, monitorinq
Xırdalanda partlayış yerində

Xırdalanda dağıntılar altından xilas edilənlərin sayı artır

18
Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 25 yanvar — Sputnik. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

APA xəbər verir ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.

18

İncəsənət sərhəd tanımır: azərbaycanlı ustalar qurama sənətini necə dirçəldir - video

7
(Yenilənib 20:14 25.01.2021)
Bakı qəsəbələrindən birində usta xanımlar Azərbaycanın qədim sənət növü olan quramaya yenidən həyat verirlər. Bunu necə etdiklərini videomuzda izləyin.

Azərbaycanda belə bir qədim ənənə olub: insanlar toylarda, ailə məclislərində bir-birinə müxtəlif parçalar hədiyyə edirdilər ki, sonradan onlardan libas tikilsin. Həmin parçaların artıq qalan hissələrini isə atmır, evdə toplayırdılar ki, onlardan al-əlvan sənət nümunələri yaratsınlar.

Mozaika prinsipi əsasında parça hissələrindən hazırlanan qurama sənəti hazırda unudulmaq üzrədir, lakin Qalada yaşayan usta xanımlar bu sənəti nəsildən-nəslə ötürərək yaşatmağa çalışırlar.

Bundan başqa, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşəbbüsü ilə Qala kəndində qədim sənət növlərindən biri olan quramanın dirçəldilməsi üçün layihə həyata keçirilir.

“Layihə çərçivəsində kəndin yeddi sakini yüksək səviyyəli avadanlıqla təmin olunub. Onlara bizim muzeyimizdə öz məhsullarını yaratmaq üçün yer ayrılıb. Gələcəkdə bu işlərin xüsusi ticarət markası altında satılması planlaşdırılır”, – “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova belə deyir.

Onun sözlərinə görə, nənələrimiz qurama sənəti ilə lap qədimdən məşğul olublar və bu, yorğan, örtük kimi adi məişət əşyalarının hazırlanmasında onların karına gəlib.   

"Bu sərhəd tanımayan sənət növü Azərbaycan xalqının məişət tərzi ilə əlaqədar olaraq ortaya çıxıb. XVIII-XIX əsrlərdə bir qadın vaxtının çox hissəsini evdə keçirir və nadir hallarda çölə-bayıra çıxırmış. Odur ki boş vaxtında hər hansı bir işlə məşğul olmaq istəyirmiş. Azərbaycan qadınları evlərini gözəl əşyalarla bəzəməyi çox sevirlər. Beləliklə, ev sahibəsi qurama vasitəsilə öz daxili aləmini ifadə etmək imkanı tapır”, – deyə Məlikova öz fikirlərini bizimlə bölüşür.

Hazırda bu əl sənəti hər evdə özünə yer tapa biləcək qədər gözəl, orijinal əsərlər yaratmağa imkan verir.

7
Pirat, arxiv şəkli

Azərbaycan vətəndaşının Nigeriyada öldürülməsinə görə cinayət işi açılıb

0
(Yenilənib 23:17 25.01.2021)
Cinayət işi üzrə Türkiyə, Qabon və Liberiyanın səlahiyyətli orqanlarına hüquqi yardım haqqında sorğular hazırlanır.

BAKI, 25 yanvar — Sputnik. "Kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, 23 yanvar 2021-ci il tarixində Nigeriya sahillərində üzən Türkiyənin "Boden denizcilik" şirkətinə məxsus "Mozart" adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilib".

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İlkin araşdırma nəticəsində müəyyən edilib ki, 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxsin Azərbaycan Respublikasının vətəndaşı, 09.06.1976-cı il təvəllüdlü, gəmidə 2-ci mühəndis vəzifəsində çalışan Fərman Əli oğlu İsmayılovun olduğu müəyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq zəruri istintaq əməliyyat tədbirləri həyata keçirilir.

Hazırda ölkəmizin Xarici İşlər Nazirliyi, habelə xarici ölkələrin aidiyyəti qurumları ilə intensiv danışıqlar aparılmaqla, qeyd olunan cinayət işi üzrə Türkiyə, Qabon və Liberiyanın səlahiyyətli orqanlarına hüquqi yardım haqqında sorğular hazırlanır.

"Baş Prokurorluq tərəfindən təxirəsalınmadan Liberiyanın Baş Prokurorluğu ilə əlaqə yaradılmış və qarşı tərəf bu məsələnin araşdırılmasında Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirib", - Mətbuat xidmətindən bildirilib.

0