CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Kupça"ların verilməsinə dair vacib dəyişiklik: Artıq çox gözləməli olmayacaqsınız

© Sputnik / Fuad HasanovBakıda çoxmərtəbəli yaşayış evi
Bakıda çoxmərtəbəli yaşayış evi - Sputnik Azərbaycan
Abunə olmaq
On iş günü ərzində evin vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatı həyata keçiriləcək

BAKI, 19 mart — Sputnik. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanuna dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliklər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 641-VQD nömrəli qanununun tətbiqi ilə əlaqədardır.

Şəxsi evlər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əmlak almaq istəyənlərin diqqətinə: O çıxarışlar mülkiyyət hüququnu tanımır

Dəyişikliyə görə 9-cu maddənin birinci abzasında "sonra iyirmi gün ərzində" sözləri "on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla)" sözləri ilə, "həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir" sözləri "hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə "Elektron Hökumət" portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir" sözləri ilə əvəz edilib.

9-cu maddənin qüvvədə olan redaksiyasında deyilir ki, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.

Təklif olunan variantda isə göstərilir ki, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə "Elektron Hökumət" portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir.

Qanun layihəsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2017-ci il 25 aprel tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb.

Sənəd daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarına dair çıxarışın hüquq sahibinin istəyi əsasında ona kağız formada təqdim edilməsini, yaxud elektron imza ilə təsdiqləməklə elektron üsulla əldə etmək imkanının təmin edilməsini nəzərdə tutur.

Dəyişikliklər Milli Məclisin martın 6-da keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0