Novruz şənliyi UNEC

Universitetdə müəllimlərlə tələbələr yarışdı

64
(Yenilənib 02:27 17.03.2018)
Novruz atrubitlarından ibarət hazırladıqları kreativ xonçalar sərgilənərək, şənliyə xüsusi bayram ab-havası verib

BAKI, 17 mart — Sputnik. Xalqımızın mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz şənliyi UNEC-in bütün tədris binalarında qeyd olunub. Sputnik Azərbaycan UNEC-in mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə tələbələrin Novruz atrubitlarından ibarət hazırladıqları kreativ xonçalar sərgilənərək, şənliyə xüsusi bayram ab-havası verib.

Fakültələrin təmsil olunduqları stendlərlə tanış olan UNEC-in rektoru, professor Ədalət Muradov tələbələrin əl işlərini yüksək qiymətləndirib. Ə.Muradov bolluq-bərəkət rəmzi sayılan Novruz bayramı münasibətilə UNEC kollektivini və tələbələri təbrik edərək, onlara xoş arzularını çatdırıb.

Şənlikdə müəllimlərlə tələbələr arasında Novruz yarışları keçirilib, müsabiqələr təşkil edilib. Novruz ənənələri və atributları UNEC-in əcnəbi tələbələrinin xüsusi marağına səbəb olub.

UNEC-in Yaradıcılıq Mərkəzinin üzvlərinin ifa etdikləri şeir, musiqi və bir-birindən maraqlı Novruz səhnəcikləri şənliyi daha da unudulmaz edib. Novruz bayramının məşhur personajları kosa və keçəl isə bayram şənliyinə xüsusi rəng qatıb.

64
Teqlər:
xonça, Novruz bayramı, adət-ənənə, UNEC
Üzünü əli ilə tutan kişi, arxiv şəkli

Stressin yarandığı bölgə müəyyən edildi

0
(Yenilənib 00:04 01.06.2020)
Göründüyü kimi, bütövlükdə insanlarda stress səviyyəsi beynin qeyd edilən iki şəbəkəsi ilə əlaqəlidir.

BAKI, 1 iyun — Sputnik. Yel Universitetinin alimləri beyində stress mərkəzini və onun fəaliyyətini müəyyən ediblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, araşdırma ilə müəyyən edilib ki, daha yüksək səviyyəli stress hipotalamusda, daha az hissə isə frontal beyin qabığında yığılır.

Araşdırmaçılar 60 sağlam insanda stressin müxtəlif formalarını yaratmaq üçün onlara müxtəlif xoşagəlməz görüntülər (hirs, iyrənclik, qorxu və kədər kimi) və sakitləşmələri üçün növbəli şəkildə uyğun obrazlar göstəriblər.

Təcrübədə iştirak edən şəxslər funksional maqnetik rezonans görüntüləmə cihazı ilə müşahidə ediliblər və beyin fəaliyyətləri ölçülüb. Görüntülərdən sonra yaşadıqları stress və həyəcan dərəcəsi qiymətləndirilib.

Tədqiqatçıların fikrincə, eksperiment zamanı böyük fəaliyyətə malik olan beyin hissəsində daha çox stressin yığıldığı müəyyən edilib.

Göründüyü kimi, bütövlükdə insanlarda stress səviyyəsi beynin qeyd edilən iki şəbəkəsi ilə əlaqəlidir.

"Bu şəbəkələrin fərqli rol oynamalarına baxmayaraq, bizim əldə etdiyimiz nəticələr onu deməyə əsas verir ki, insanlar stressi azaltmaq üçün adaptiv yolla həm müsbət, həm də mənfi şəbəkələrdən istifadə edirlər", - deyə araşdırmada deyilir.

Hippokampusun stressi necə tənzimlədiyini öyrənmək üçün çox şey lazım olmasına baxmayaraq, tədqiqatçılar əmindirlər ki, funksional sinir şəbəkələrinin kəşfi stress müalicə etmə metodlarının inkişafına kömək edə bilər.

"Bu nəticələr hippokampus və frontal beyin qabığı arasındakı əlaqələrin gücünü artırmağa və ya fizioloji stress mərkəzlərinə siqnalın azaldılması kimi terapevtik müdaxiləni bir neçə məqsədə uyğunlaşdırmağa kömək edə bilər", – deyə baş tədqiqatçı Rajita Sinha bildirib.

0
Əlaqədar
Yarımbeyinli insanların sirri açıldı
Xərçəngi sağaltmır, amma alimlər məsləhət görürlər
Bu əlamətləriniz varsa xərçəng ola bilərsiniz
Baş gicəllənməsi hormonal xəstəliklərlə bağlı ola bilər
Yaşlanmanı necə gecikdirmək olar? Alimlər yolunu tapıblar
Opera müğənnisi Yusif Eyvazov, arxiv şəkli

Məşhur azərbaycanlı arıqlamağın sirrini bölüşür

27
Vokalçı Yusif Eyvazov artıq çəkidən qurtulmaq istəyən pərəstişkarlarına stressiz və mənşəyi məlum olmayan dərmanlarsız arıqlamağın yollarını öyrətmək niyyətindədir

BAKI, 31 may - Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Yusif Eyvazov pərəstişkarlarına onun xarici görkəmini tamamilə dəyişən qəfil arıqlamağının sirrini açacağına söz verib.

Sputnik Azərbaycan bildirir ki, o, Instagram-dakı səhifəsində artıq çəkidən qurtulmaq istəyən hər bir kəsə kömək etməyə hazır olduğunu deyib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Yusif Eyvazov Tenor Official (@yusif_eyvazov_official)

“Dostlar, siz öz həyatınızı, öz bədəninizi dəyişə bilərsiniz. Necə bilirsiniz, mən sizə öz idman zalımdan onlayn məşqlər keçsəm, sağlam qida haqda, orqanizm üçün stres yaşatmadan, tədricən, sağlam yolla, kimya və dərmansız kilolardan qurtulmaq barədə danışsam, necə olar?” – deyə Y.Eyvazov izləyicilərinə müraciət edib.

Xatırladaq ki, azərbaycanlı vokalçı 2019-cu ildən arıqlamağa başlayıb. O, 30 kq artıq çəkidən qurtulub.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib. O, bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. Eyvazov Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir.

2015-ci ildə Rusiyanın xalq artisti Anna Netrebko ilə ailə qurub.

27
Əlaqədar
Koronavirus maneə deyil, yenə isti olacaq - "Jara" baş tutacaq
Samirə Əfəndi Səfurə Əlizadənin hitinə ikinci nəfəs verib
Bakılı qız Rusiya telekanalının realiti-şousunun finalına yüksəldi
Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar
Hüseyn Həsənov yeni avtomobilinə külli miqdarda pul xərcləyib