CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Banklardan əhaliyə Novruz bayramı xəbərdarlığı

Abunə olmaq
26 bankın 122 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq

BAKI, 16 mart — Sputnik. Azərbaycan əhalisinin və çoxsaylı turistlərin Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində bank xidmətlərindən rahat faydalanması məqsədilə 26 bankın 122 filial və şöbəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

Əli Məsimli - iqtisadçı alim, millət vəkili - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Deputatdan banklarla bağlı vacib təklif

Məlumata görə, bayram günləri ərzində Azərbaycana əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün Palata paytaxtda və əsas turizm bölgələrində yerləşən bankların filial və şöbələrinə gücləndirilmiş iş rejimində çalışmağı tövsiyə edib. Bankların Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Quba, Bərdə, Naxçıvan və digər şəhərlərdə yerləşən filial və şöbələri müştərilərə xidmət göstərəcək.

Bakıda yerləşən 6 bankın 8 filial və şöbəsi 24/7 rejimində fəaliyyət göstərəcək.

Bundan əlavə, bayram günlərində Palatanın əməkdaşlarından ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə bağlı maliyyə xidmətləri istehlakçıları Palatada yaradılmış qaynar xəttə müraciət edə bilərlər:

Koordinator: Azər Quluyev

Mobil: +994 70 922 29 99

E-mail: azar.guluyev@fimsa.az

20-26 mart tarixlərində çalışacaq bank filial və şöbələrinin siyahısı və ünvanları ilə www.fimsa.az saytında tanış olmaq olar.

Xəbər lenti
0