CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zaqatalada bayram axşamı ev yandı

CC0 / 12019 / fireYanğın, arxiv şəkli
Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın zamanı xəsarət alan olmasa da evə ciddi ziyan dəyib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Zaqatalanın Car kəndində yanğın baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, yanğın bu gün axşam saatlarında kənd sakini Arif Arasova məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evinin dam örtüyündə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğın zamanı xəsarət alan olmasa da evə ciddi ziyan dəyib. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Baş vermiş yanğınla bağlı araşdırma aparılır.

Xəbər lenti
0