Yolu qanunsuz keçən piyada, arxiv şəkli

Xəbəriniz olsun: Bakıda piyadalar nəzarətə götürüldü

240
(Yenilənib 21:03 13.03.2018)
Daxili işlər nazirinin ilkin əmrində 110 nəfər PPX əməkdaşı YPX-nə ezam olunmuşdusa, hazırda onların sayı 300-dən çoxdur

BAKI, 13 mart — Sputnik. Respublika üzrə küçə və yollarda piyadaların hərəkətini tənzimləmək məqsədilə xidmət aparan polis əməkdaşlarının sayı artırılıb.

Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, son günlər Bakı şəhərində piyada zolaqlarının, piyadaların qayda pozaraq istifadə etdiyi ərazilərin yaxınlığında yol polisi geyimində xidmət aparan polislər Post-Patrul Xidmətinin əməkdaşlarıdır. Onlar bir neçə gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə PPX-dən YPX-yə ezam olunublar.

Son günlər həmin polislər şəhərin sıxlıq olan yerlərində, məktəblərin və digər idarə-müəssisələrin yaxınlığında xidmət aparırlar. Onlar nizamlanmayan keçidlərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətini tənzimləyərək həm təhlükəsizliyi təmin edirlər, həm də sıxlıq yaranmasının qarşısını alırlar. Həmin əməkdaşlar piyadaları cərimələkdən çox onların hərəkətini nizamlamağa üstünlük verirlər. Amma cərimələr də yazılmaqda davam edir.

Xəbəri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev də təsdiq edib. O bildirib ki, yollarda piyadavurma hadisələrinin qarşısının alınması, piyadalarda keçidlərdən istifadə vərdişlərinin formalaşması, keçid olmayan yerlərdən, eləcə də keçidlərin yaxınlığından təhlükə yaradaraq yola çıxan piyadaların qarşısının alınması məqsədilə yeni əməkdaşlar xidmətə cəlb edilib. Belə ki, daxili işlər nazirinin ilkin əmrində 110 nəfər PPX əməkdaşı YPX-nə ezam olunmuşdusa, hazırda onların sayı 300-dən çoxdur.

Kamran Əliyev bildirib ki, həmin PPX əməkdaşlarına müvafiq qaydada kurslar keçilib, vətəndaşlarla ünsiyyət, yol hərəkəti qaydaları və "Yol hərəkəti haqqında" qanunun tələbləri izah olunub. Biliklərə tam yiyələndikdən sonra xidmətə başlayıblar. Təkcə Bakıda yox, respublikanın bütün iri şəhər və rayonlarında xidmət aparan həmin əməkdaşların gördüyü işlər artıq müsbət nəticələr verir. Vaxtilə pik saatlarda sıxlıq yaranan küçə və yollarda indi nəqliyyatın və piyadaların hərəkəti normal şəkildə təmin edilir.

240
Teqlər:
nəzarət, polis, piyada

Onlayn təhsil platformaları VPN-siz işləyəcək - Nazir

5
(Yenilənib 11:35 30.10.2020)
Nazir onu da qeyd edib ki, internetin keyfiyyəti ilə yanaşı istifadəçilərin İKT biliyinin olmaması ilə bağlı da problem var

BAKI, 30 oktyabr — Sputnik. Son bir ayda olan Ermənistanın təcavüzü nəticəsində 9 şagird həlak olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə söyləyib. O, bildirib ki, mülki obyektlərin hədəfə alınması Azərbaycanın terrorist bir dövlətlə mübarizə apardığının nümunəsidir: "Ermənistanın cəbhədən çox kənarda yerləşən yaşayış massivlərini hədəfə alması nəticəsində 50-yə yaxın məktəb yararsız vəziyyətə düşüb".

Nazir qeyd edib ki, bu vəziyyətlə yanaşı koronavirusun yayılması da sürətlənib: "Məlumdur ki, biz dərslərin əyani təhsilə keçirilməsini mərhələli şəkildə həyata keçirdik. Okyabr ayının əvvəlində pandemiya ilə bağlı vəziyyət yaxşı olduğundan 2000-dən artıq məktəbdə 5 gün əyani təhsilə keçidi təmin etdik. Amma ölkəmizdəki hərbi vəziyyət, koronavirusa yoluxma sayı, eləcə də internetin məhdudlaşdırılması nəticəsində 19 oktyabrdan bütün təhsil müəssisələrində tətil elan edildi. Məqsəd bu iki həftədə vəziyyəti düzgün qiymətləndirmək və hazırlıq işlərini apararaq ən optimal qərarların verilməsindən ibarət idi. Bu iki həftədə hazırlıq işləri aparılıb. Bu günə olan ən optimal qərar noyabrın 2-dən dərslərin distant keçirilməsidir. Bu qərarın icrası təbii ki, müəyyən çətinliklər yaradacaq. Amma artıq onlayn təhsillə bağlı təcrübə var. Həm şagridlər, həm validyenlər həmçinin də müəllimlər vəziyyətin mürəkkəbliyini nəzərə alaraq təhsili onlayn həyata keçirəcək. Bu gün mövcud olan çətinliklərə baxmayaraq onlayn təhsil təhsildən geri qalmamaq üçün ən optimal variantdır. Ölkədə onlayn platformaların işinin bərpası istiqamətində iş görülüb. Həmin platfomaların işləməsi üçün testlər aparılıb. Son vaxtlar internetin sürətinin azaldığı bir dövrdə insanların ”VPN” kimi müxtəlif proqramlardan istifadə etdiklərini görürük. Nəzərinizə çatdırım ki, qarşıdakı günlərdə onlayn təhsil zamanı VPN-siz qoşulmaq mümkün olacaq. VPN proqramından istifadə şagirdələrin onlayn təhsilə qoşulmasına mane ola bilər. Ona görə də, istər şagirdlərdən, istərsə valideynlərdən bunu nəzərə almağı xahiş edirik".

Nazir onu da qeyd edib ki, internetin keyfiyyəti ilə yanaşı istifadəçilərin İKT biliyinin olmaması ilə bağlı da problem var: "Bizim gördüyümüz məsələ ondan ibarətdir, bir çox istifadəçilərdə brauzerin köhnə versiyasına görə müvafiq platforma. Biz 10-15 faiz istifadəçidə bu tip problemləri görürük. Çalışırıq ki, maarifləndirmə işini sürətləndirək. Nəzərə almalıyıq ki, biz bir amildən asılı deyilik. Bir neçə amil var".

5
Smerç raketin fraqmetləri

Cəbhəboyu ərazilərdə top mərmisi, raketlər, tank əleyhinə minalar zərərsizləşdirilib

2
(Yenilənib 11:16 30.10.2020)
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən üç müraciət daxil olub.

BAKI, 30 oktyabr — Sputnik. 28-29 oktyabr tarixlərində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 58 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 3 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 61 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Palıdlı, Qaraxanlı, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Çəmənli, İkinci Yüzbaşlı, Alıbəyli, Əfətli, Təzəkənd, Ayaq Qərvənd, Üçoğlan kəndləri, Bərdə rayonunun B.Hacıyev, Bakı, Koroğlu, Natavan, Ü.Hacıbəyov küçələri, H.Əliyev prospekti, Mirzalıbəyli kəndi, Cəbrayıl rayonunun Soltanlı kəndi, Füzuli rayonunun Əhmədalılar, Alxanlı, Arayatlı kəndləri, Goranboy rayonunun Tapqaraqoyunlu, Qızılhacılı kəndləri, Tərtər rayonunun Buruc, Düyərli, Köçərli, Ələsgərli kəndləri ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 50 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 9N235 bombacığı, 2 ədəd 122 mm-lik raket (9M22U), 225 ədəd tank əleyhinə TM-62P2 minası, 224 ədəd MVP-62 partladıcısı və 44 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd raket, 1 ədəd 9N235 bombacığı zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 36 045 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

2