Müğənni Günel Zeynalova

Azəri qızı Günel özünə yeni sevgili tapdı?

169
(Yenilənib 21:23 13.03.2018)
Aparıcı, Günellə Orhanın bir müddətdir ki, sevgili olduqlarını deyib

BAKI, 13 mart — Sputnik. Türkiyədə yaşayan və “azəri qızı” ləqəbi ilə tanınan müğənni Günel Zeynalova, özünə yeni sevgili tapıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Bəyaz TV kanalında yayımlanan "Söylemezsem Olmaz" proqramında məlumat verilib.

Proqramın aparıcılarından olan Bircan İpek, Günellə müğənni Orhan Ölmezin bir müddətdir ki, sevgili olduqlarını deyib.

Qeyd edək ki, müğənni Günel yaşadığı münasibətləri ilə tez-tez gündəmə gəlir. O, vaxtilə tanınmış iş adamı Rza Zərrabla, daha sonra İnanc Başəyməz adlı şəxslə nişanlanıb. Günel birlikdə olduğu son sevgilisi Cem Ozandan isə ötən ilin noyabr ayında ayrılmışdı.

169
Teqlər:
müğənni, Türkiyə, sevgili, Günel Zeynalova