Parkda gəzişən qızlar, arxiv şəkli

Küçədə qıza söz atan cərimələnəcək

149
(Yenilənib 23:40 12.03.2018)
Sataşmalar ucbatından qadınların ciddi əziyyət çəkirlər

BAKI, 13 mart — Sputnik. Küçədə kiməsə söz atan şəxslər cərimələnəcək. Fransa hökuməti bunu etməyə hazırlaşır. Əgər qərar qəbul edilsə, küçələrdə nalayiq davranışa yol verən şəxslər 90 avro həcmində cərimələnəcək.

Sputnik Azərbaycan ABC-yə istinadən xəbər verir ki, məlumatı hökumət təmsilçisi Benjamen Qrevo paylaşıb. O, sataşmalar ucbatından qadınların ciddi əziyyət çəkdiyini deyib.

"Avtobuslardan, metrolardan istifadə edən, həmçinin piyada hərəkət edən qadınların 90 faizi həm fiziki, həm də sözlə təcavüzə məruz qalırlar. Onlar özləri bunu etiraf edirlər. Belə bir qanun mütləq qəbul edilməlidir" — Qrevo bildirib.

149