Maliyyə hesabatı

Pensiyaçıların gözlədiyi şad xəbər

5144
(Yenilənib 17:35 12.03.2018)
Nazirlikdən pensiyaçılara şad xəbər var

BAKI, 12 mart — Sputnik. "Əmək pensiyaçılarının sosial müdafiəsinə və onların maraqlarının təminatına yönələn növbəti tədbir kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə bütün pensiyaların maliyyələşdirilməsi Novruz bayramına kimi başa çatdırılacaq". 

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. 

O bildirib ki, Novruz bayramı ilə əlaqədar mart ayının pensiyalarının nəzərdə tutulan qrafikdən daha əvvəl olmaqla, bayrama qədər ödənişinin həyata keçirilməsi üçün aidiyyəti işlər aparılır. Sabahdan etibarən Bakı şəhəri üzrə pensiyaların maliyyələşməsinə başlanılacaq, növbəti günlərdə isə mərhələli şəkildə ölkənin digər əraziləri üzrə pensiyalar ödəniləcək. Tələb olunan vəsait Fondun mərkəzi xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməklə, Novruz bayramına qədər bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsinin yekunlaşdırılması nəzərdə tutulur. 

Şöbə müdiri vurğulayıb ki, son bir ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2016-cı ilə nisbətən 7 faizə yaxın, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 8,72 faiz artıb. Həmin daxilolmalarda artım cari ildə davam edib. Bu artım dinamikasının, habelə Maliyyə Nazirliyinin dəstəyinin nəticəsi kimi bütün ölkə üzrə mart ayının pensiyalarının bayrama qədər maliyyələşdirilməsinə imkan yaranıb. 

“2018-ci ilin 1 yanvar tarixinə olan məlumata əsasən, ölkədə 1 milyon 318 min 446 nəfər əmək pensiyası alır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamı cari ilin əvvəlindən pensiyalarda növbəti artımın təmin edilməsinə imkan verib. Sərəncama əsasən, 2018-ci il yanvarın 1-dən əmək pensiyalarının 2017-ci il üzrə əmək haqlarının orta aylıq artım tempinə uyğun, yəni 5,7 faiz səviyyəsində indeksləşdirilərək artırılması təmin edilib”, — E.Babayev vurğulayıb. 

5144
Məmur, arxiv şəkli

Bərdə rayon Prokurorluğunda kadr dəyişikliyi olub

5
(Yenilənib 18:57 10.08.2020)
Bərdə rayon prokuroru Asəf Sarıkişiyev Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin əmrinə əsasən, Rəşad İsgəndərov  Bərdə rayon prokuroru vəzifəsinə təyin edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bərdə rayon prokuroru Asəf Sarıkişiyev isə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Rəşad İsgəndərov bu təyinata qədər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışıb.

5
Əlaqədar
Baş Prokurorluqda dəyişikliklər: Üç aya 114 rəhbər vəzifəyə təyinat olub
Şirvanda vəzifəli şəxsə qarşı cinayət işi açıldı
Hərbi Prokurorluqda struktur dəyişikliyi: Təyinatlar var
Prokurorluqda kadr islahatları - Üç rayon və bir şəhərə təyinat var
Total dəyişiklik! Baş prokurordan yeni təyinatlar
Konstitusiya Məhkəməsinin binası, arxiv şəkli

Konstitusiya Məhkəməsi əmanətlərin sığortalanması ilə bağlı qərar qəbul edib

3
(Yenilənib 18:35 10.08.2020)
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz

BAKI, 10 avqust — Sputnik. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə qərar Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclasında qəbul olunub.

İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb və qərar verilib.

Qərara görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

3
Əlaqədar
Həyəcan təbili - Gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq, əgər...
Ekspert: “İpoteka kreditlərinin artması pandemiya ilə əlaqəli deyil”
Əmanətlərin Sığortalanması Fondu bağlanmış 4 bankdakı əmanətlərlə bağlı açıqlama yayıb
Dünyanın bir nömrəli valyutasını taxtdan salırlar?
Qorxusu yoxdur! Azərbaycanın strateji valyuta ehtiyatları artıb