Pis hava

Hava xəbərdarlığı: Yağış, külək, qar

498
(Yenilənib 13:56 11.03.2018)
Arabir yağış yağacağı, gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var

BAKI, 11 mert — Sputnik. Ölkə ərazisində martın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Arabir yağış yağacağı, gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış, axşam dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında səhər və gündüz bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı —ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında səhər və gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi gündüz ayrı —ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Gündüz mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti təşkil edəcək.    

498
Teqlər:
yağış, külək, proqnoz, hava, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti
Güllər, arxiv şəkli

Şəhid övladlarının üzünü güldürən güllərlə bağlı hesabat açıqlandı

5
Şəhid və qazilərin övladlarının təhsilinə dəstək olan "Simurq Təhsil Fondu" 2021-ci ilin ilk üç ayı ərzində gördüyü işlərin hesabatını ictimaiyyətə təqdim etdi.

BAKI, 21 aprel — Sputnik. "Simurq Təhsil Fondu" ilk üç ayın hesabatın təqdim edib. Bu barədə fonddan Sputnik Azərbaycan-a məlumat verilib.

Ötən ilin sonlarından fəaliyyətə başlayan Fond keçirdiyi kampaniyalarla 400 dən çox uşağa təhsil üçün dəstək olub. Fondun 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Hədiyyən təhsil olsun" adlı kampaniyasında hədəf 100 ədəd gül olsa da, bu günə qədər artıq 400 ədəddən çox gül satılıb. Güllərin hekayəsi hər kəsin diqqətini özünə cəlb etməyi bacardı.

Belə ki, güllərin hər biri II Qarabağ döyüşü uğrunda şəhid olan qardaşlarımızın qız övladlarının adını daşıyır. Güllərin satışından əldə edilən gəlir də şəhid və qazilərimizin ailə üzvlərinin dərs ləvazimatları (geyimlər, illik dəftərxana ehtiyacları və s.) xərclərinin, eləcə də hazırlıq kurslarının, repetitorların ödənişlərinin qarşılanmasına sərf olunur. Gül kampaniyasından əldə edilən gəlir ilə 104 uşağın təhsil xərcləri qarşılanıb.

"Simurq"la tanışlıq çərçivəsində 800-dən çox kitabdan ibarət bağlama özəl bir məktubun müşayiəti ilə Fondun himayəsində olan 300 uşağa çatdırılıb.

Fonddan bildiriblər ki, bu işdə onlar tək deyillər. Xeyirxah işlər üçün bir araya gələn könüllülər ordusu, cəmiyyətin gələcəyinə biganə qalmayan yardımsevər insanlar, onlarla tərəfdaş olan şirkət və qurumlar böyük bir amal uğrunda - təhsilin hər bir Vətən övladı üçün əlçatan olması üçün birləşiblər.

Bundan başqa, "Simurq Təhsil Fondu" tərəfindən Seymur İlyasovun "Nokia. Qərbdən doğan bir günəşin Şərqdə süqutu" kitabı da həmin platformada satış üçün yerləşdirilmişdir. Müəllif öz kitabını Fonda bağışlamaqla dəstəyini ifadə etmişdir. Belə ki, kitabın satışından əldə olunacaq gəlirin hamısı "Simurq"a ianə ediləcək. Güllərin və kitabın satışı hazırda Azexport.az platformasında davam etdirilir.

Nəzərinizə çatdıraq ki, Fondun fəaliyyəti yalnız Bakı şəhəri ilə məhdudlaşmır. "Simurq Təhsil Fondu"nun demək olar ki, ölkəmizin əksər bölgələrində nümayəndələri var və onların hamısı könüllü əsaslarla fəaliyyət göstərirlər.

Fondun fəaliyyət istiqaməti şagirdlərin məktəb ləvazimatları xərclərinin, o cümlədən abituriyentlər üçün hazırlıq kurslarının (repetitorların) ödənişlərinin qarşılanmasını, onların ixtisas seçimi, şəxsi inkişaf, peşə seçimlərinə uyğun mentorluq proqramlarının tətbiqini, müxtəlif yaş qrupları üçün elmi, texniki və bənzəri düşərgələrin həyata keçirilməsini və s. əhatə edir. Bundan başqa, şəhid və qazilərin ailə üzvləri üçün peşəkar mütəxəssislər tərəfindən psixoloji dəstək də göstərilir.

Məlumat üçün qeyd edək ki, "Simurq Təhsil Fondu"nun əsas missiyası Aprel döyüşləri, Tovuz döyüşləri və II Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən şəhid və qazi övladlarının (yaxınlarının) təhsilinə maddi və mənəvi cəhətdən dəstək göstərməkdi.

Hesabatla daha ətraflı tanış olmaq üçün linkə daxil ola bilərsiniz: https://bit.ly/3mVJWiL

 

5
Tibbi sığorta

İşsizlərə şad xəbər: İcbari Tibbi Sığortadan onlar da yararlana bilərlər

4
(Yenilənib 22:05 21.04.2021)
İcbari Tibbi Sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu da Xidmətlər Zərfidir. Xidmətlər Zərfində 2500 sayda tibbi xidmət mövcuddur ki, əhali bundan pulsuz istifadə edə bilər.

BAKI, 21 aprel — Sputnik. Hazırda ölkədə həm işləyən, həm də işsiz vətəndaşlar İcbari Tibbi Sığortanın tibbi xidmətlərindən istifadə edə bilərlər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, işsiz vətəndaşların sığorta haqqı dövlət tərəfindən ödənilir: "İcbrai Tibbi Sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən bir sistemdir. Hazırda əhali İcbari Tibbi Sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edir. İcbari Tibbi Sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu da Xidmətlər Zərfidir. Xidmətlər Zərfində 2500 sayda tibbi xidmət mövcuddur ki, əhali bundan pulsuz istifadə edə bilər.

Hazırda İcbrari Tibbi Sığortadan həm sığorta haqqı ödəyən, həm də ödəməyən hər bir vətəndaşın istifadə imkanı var. Belə ki, 2024-cü ilə qədər sığorta haqqı ödəməyənlərə güzəştlər edilib və onların sığorta haqqı dövlət tərəfindən ödənilir".

4
Mazda CX-30

"Mazda" şirkəti CX-30 modelini elektromobilə çevirib

0
(Yenilənib 23:03 21.04.2021)
Yeni avtomobil "Changan Automobile" və "Mazda Motor"un birgə müəssisəsində yığılacaq. Onun satışına ilin ikinci yarısında başlanacaq.

BAKI, 21 aprel — Sputnik. "Mazda" şirkəti Şanxaydakı avtomobil sərgisində CX-30 modelinin elektrik mühərrikli variantını - CX-30 EV versiyasını nümayiş etdirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, daxili yanma mühərriki əvəzinə e-SkyActiv tipli elektrik mühərriki ilə təchiz olunmuş yeni model tanınmış yapon markasının Çin bazarına təqdim olunmuş ilk elektrokarıdır.

Elektrik mühərrikli CX-30 şirkətin ilk kütləvi istehsal olunan Mazda MX-30 elektrokarı ilə eyni SVA (SkyActiv Vehicle Architecture) platforması əsasında qurulub. Hələ ki şirkət "yaşıl" krossoverin mühərriki barədə məlumatı açıqlamayıb. Lakin yəqin ki, onda da MX-30 modeli ilə yeni mühərrikdən istifadə olunacaq.

143 at gücündə olan elektrik mühərriki həcmi 35,5 kilovatt/saat olan və həm sabit, həm də dəyişən cərəyan şəbəkəsindən doldurula bilən litium-ion batareyasından qidalanır.

Lakin bu batareya birbaşa cəmi 200 km məsafə qət etmək üçün bəs edir. "Mazda"nın mütəxəssisləri avtomobili qəsdən kiçik batareya ilə təchiz etdiklərini bildiriblər. Belə ki, daha iri batareyalar ətraf mühitə ciddi ziyan vurur.

Qeyd olunur ki, yeni CX-30 EV öz yanacaqla işləyən sələfindən təkcə mühərriki ilə fərqlənmir. Belə ki, krossoverin zahiri görünüşündə də dəyişikliklər baş verib. Avtomobilin banı bir qədər daha hündürdə durur, qabaq bamperdə əlavə "dodaq", ayaqaltılar və təkər kəsiklərinin daha da relyefli olması krossoveri bir az da cazibədar edir.

Mazda CX-30 EV bu şirkətin Çin bazarna təklif olunan ilk elektrokarıdır. Yeni avtomobil "Changan Automobile" və "Mazda Motor"un birgə müəssisəsində yığılacaq. Onun satışına isə cari ilin ikinci yarısında başlanacaq.

0