Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri

Şabranda meyiti tapılan şəxs oğru olub

238
(Yenilənib 23:43 10.03.2018)
Qohumları E.Əzimovun öldüyünü görərək onu meşəlik ərazidə atıblar

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 10 mart — Sputnik. Xəbər verdiyimiz kimi, martın 3-də Şabran rayon Polis Şöbəsinə rayonun Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə gəncin meyiti tapılması barədə məlumat daxil olub. İlkin informasiyada həmin şəxsin öldürüldüyü bildirilirdi.

Polis Şöbəsinin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat tədbirləri keçiriblər. Araşdırma zamanı meyitin fevral ayının 26-da itkin düşən 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olduğu müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində E.Əzimovun elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub. Məlum olub ki, Elton Əzimov yaxın qohumları Bəxtiyar Əzimov və Tərlan Əzimov ilə birlikdə qabaqcadan əlbir olaraq kustar üsulla hazırladıqları kəsici alətlə kənd ərazisindən keçən yüksək gərginlikli elektrik naqillərini kəsən zaman ehtiyatsızlıq nəticəsində elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qohumları E.Əzimovun öldüyünü görərək onu meşəlik ərazidə atıblar.

Hər iki şəxs polis tərəfindən tutularaq istintaqa təhvil verilib və onların barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisə ilə bağlı Şabran Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.

238
Teqlər:
elektrik naqili, oğru, meyit, Şabran rayonu
Uşaq bağçası

İyirmi dörd nəfərin valideyn olmaq arzusu baş tutmadı

0
Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.

BAKI, 16 may — Sputnik. Ötən ay ərzində vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı 35 müraciət daxil olub. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 22-si qohumlar arası övladlığagötürmə, 4-ü ögey ata/ana tərəfindən övladlığagötürmə, 2-si valideynlərarası qarşılıqlı razılıq əsasında övladlığagötürmə, 7-si isə müəssisədən övladlığagötürmə üzrədir. Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı isə 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.

0
Teqlər:
qız, oğlan, Övladlığa götürmə
La Casa de Papel serialından kadr

"La Casa de Papel" pərəstişkarlarına müjdə - bu mövsüm serialın son yayım ili olacaq

5
Bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

BAKI, 16 may — Sputnik. "Netflix"-in Türkiyə hesabından populyar "La Casa de Papel" serialı ilə bağlı paylaşım edilib.

"Twitter" hesabında paylaşımda məşhur ekran əsərinin növbəti mövsümü ilə bağlı məlumat verilib. Bildirilib ki, serialın 5-ci mövsümünün çəkilişləri artıq tamamlanıb.

​Qeyd olunub ki, bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

Eləcə də oxuyun:

*"Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb - FOTO

"Hercai" serialının çəkiliş meydançasına silahlı basqın olub

"Netflix"də yayımlanacaq serialın çəkilişi dayandırıldı, səbəb... - VİDEO

 

5