CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dişləri səhər yeməkdən əvvəl yumaq lazımdı, yoxsa sonra?

© AP Photo / Martin MeissnerDiş təmizləmə
Diş təmizləmə - Sputnik Azərbaycan
Abunə olmaq
Dişləri gündə 2 dəfə 2 dəqiqədən az olmayaraq təmizləmək lazımdır

BAKI, 8 mart — Sputnik. Dişləri necə təmizləmək lazımdır? Bu sual bir çox insanları maraqlandırır. Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, Britaniya stomatoloqlar assosiasiyasının nümayəndələri dişləri gündə 2 dəfə 2 dəqiqədən az olmayaraq təmizləməyi tövsiyə edir.

2-ci dəfə dişləri yatmazdan əvvəl təmizləmək lazımdır. Birinci dəfə isə səhər yeməyindən əvvəl və ya sonra. Mütəxəssislərin sözlərinə görə, bu əhəmiyyətli deyil. Lakin dişlərinizi adətən səhər yeməyindən sonra təmizləyirsinizsə, bunu dərhal etməyin, 1 saat gözləyin. Yeməkdən dərhal sonra isə ağzınızı su ilə yaxalayın və ya bir neçə dəqiqə ərzində şəkərsiz saqqız çeynəyin.

Xəbər lenti
0