Sahibsiz itlər

"İt sığınacağı" boşdur: Bakıda küçə itlərini hansı tale gözləyir

1433
(Yenilənib 10:22 08.03.2018)
Heyvanların hüquq müdafiəçiləri BŞİH nümayəndələrini heyvanlarla qəddar rəftarda günahlandırır, BŞİH əməkdaşları isə bunun əksini deyir

BAKI, 7 mart — Sputnik. Bakı şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin əməkdaşları küçə itlərini tutur və onları idarənin sığınacağına yerləşdirmək əvəzinə güllələyirlər. Bu barədə Sputnik Azərbaycan-a Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin nümayəndəsi Anar Süleymanov və Ətraf Mühitin Mühafizəsi Alyansının könüllüləri Hicran Məmmədova və Nigar Hüseynova bildiriblər.

Onların sözlərinə görə, idarənin əməkdaşları köməksiz itlərlə çox qəddarcasına davranır, onları incidir, onlara ağır xəsarət yetirirlər. Paytaxt sakinlərinin gözü qarşısında ovçular insanların dostu olan itləri güllələyirlər və bu zaman onları hətta şahidlərin qəzəbi də dayandırmır. Mənbə sübut kimi Bakı küçələrində idarənin əməkdaşlarının qanı axan itləri tutmağa çalışarkən çəkilmiş bir neçə videokadrını da təqdim edib.

"Siz ki insansız! Başa düşməlisiz ki, bu qəddarlıqdır. Axı bu, canlıdır, ona ağrı verir. Ən nəhayət bu, günahdır" – deyə paytaxt sakinləri Bakı İH-nin işçilərinin vicdanını oyatmağa çalışır.

"İdarədən bildirirlər ki, onlar hər gün küçədən 30-40 it tutarlar və guya onları "İt sığınacağı"nda yerləşdirirlər" – deyə Sputnik-in həmsöhbətləri bildirib.

Müdafiəçilərin sözlərinə görə, hazırda sığınacaqda 50-yə qədər it var. Əvvəl nə qədər idisə, elə o qədər də qalıb: "Bəs tutulmuş itlər hara yox edilir? Biz şübhələnirik ki, onlar heyvanları öldürürlər, bizimsə bundan xəbərimiz yoxdur. Bilmək istəyirik ki, onlar bu itləri hara yox edirlər və bizim bunu bilmək hüququmuz var. Əvvəllər sərbəst şəkildə sığınacağın ərazisinə daxil olur və heyvanlara baş çəkirdik. İndi biz bunu edə bilmirik, çünki idarənin rəisi Mübariz Hüseynov göstəriş verib ki, bizi ora buraxmasınlar".

Könüllülər qeyd ediblər ki, onlar sığınacaqdakı heyvanlara baş çəkərkən onları öz güclərinə müalicə edir, yedizdirirdilər, bir sözlə, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının görəcəyi işləri özləri görürlər.

"İtlərin yeməyi yox idi, biz onları yedirirdik. Sığınacaqdakı itlər ac saxlanılır və xəstələnirlər. Baxmayaraq ki, dövlət onların qorunması üçün kifayət qədər vəsait ayırır, amma bu vəsaitlər itlərə gedib çatmır" – deyə alyansın nümayəndələri bildiriblər.

Süleymanov və könüllülər həmçinin ona da diqqət yetiriblər ki, idarənin əməkdaşları hətta sterilizasiya edilmiş sahibsiz itləri də tuturlar, halbuki bu, qanuna ziddir.

"Leyla Əliyeva tərəfindən 2016-cı ildə yaradılmış IDEA Heyvanlara Qayğı Mərkəzində itləri kastrasiya edilir və qulaqlarına birka vuraraq küçəyə buraxırlar. Bu heyvanlar heç kəsə zərər vermirlər. Amma ovçular itlərə fərq qoymadan güllələyirlər" – könüllülər deyir.

Lakin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin rəisi Mübariz Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bəyan edib ki, Süleymanovun və Ətraf Mühitin Mühafizəsi Alyansının könüllülərinin dediklərinin hamısı yalandır.

"İtlərin sığınacağında hazırda 200-dən artıq it var. Üstəlik 60 iti də biz kastrasiya üçün IDEA-ya vermişik. Hər gün 10-a qədər it kastrasiya edilir, onların qulaqlarına birka vurulur və şəhərin küçələrinə buraxılır. Biz itləri öldürmürük. Onlar nə istəsələr, danışa bilərlər, amma sübutları yoxdur" – Hüseynov deyib.

Könüllülərin sığınacaq ərazisinə buraxılmamasına gəlincə, Hüseynov deyib ki, bunun səbəbi var. Könüllülər sığınacağa gəlir, itləri necə yedirdiklərini, onlara necə qayğı göstərdiklərini telefona çəkirlər. Bunları isə qrant almaq məqsədilə edirlər.

İt ovçuları
© Sputnik
İt ovçuları

"Onların hər birinin bank hesabları var. Bütün bunlar pul qazanmaq üçündür" – deyə Hüseynov əlavə edib.

İtlər tutularkən onlara qarşı qəddar rəftara gəlincə, idarə rəisi bildirib ki, heyvanlar xüsusi avadanlıqlar və tor vasitəsilə tutulur. Heyvanlar müqavimət göstərir və bu səbəbdən də zədə alırlar. Lakin sığınacaqda həkimlər işləyir, onlar itlərə zəruri tibbi yardımı göstərirlər.

Hüseynovun sözlərinə görə, hazırda şəhərin küçələrində 50 mindən artıq sahibsiz it var və onların hər biri təhlükə yaradır.

"Biz itlərin sayına nəzarət edirik, onları kastrasiya edir, quduzluqdan müalicə edirik (quduzluq müalicə olunan deyil — red.), amma öldürmürük. Əgər belə etməsək, onda onların populyasiyası sürətlə çoxalır" – deyə Hüseynov bildirib.

Hüseynov qeyd edib ki, paytaxt sakinləri daim quduz itlərdən şikayət edirlər ki, onlar uşaqlara hücum edir. Ötən il Sumqayıtda it dişləməsi səbəbindən beş yaşlı qız dünyasını dəyişib.

Bayramov Həşim yaşadığı ərazidəki sahibsiz itlərin hücumuna məruz qalıb
© Sputnik / Shahperi Abbasova

Lakin könüllülər qeyd edirlər ki, itlər nadir hallarda səbəbsiz yerə insanlara hücum edirlər. Bir qudurmuş itin uşağa hücum etməsi isə heyvanlarla qəddar rəftar etmək üçün əsas vermir.

Bununla belə, Süleymanov qeyd edib ki, Sumqayıtda sahibsiz itlər günün günorta çağında uşaqların gözü qarşısında güllələnir. Bu barədə əmri Sumqayıt İcra Hakimiyyətinin rəhbərliyi verib. Bu işdə Süleymanov Sumqayıt İH-nin ov tüfəngi ilə silahlanmış əməkdaşı Bəhruz Vəliyevi günahlandırır. Amma polis Vəliyevin fəaliyyətində cinayət tərkibi görmür.

Könüllülər həmçinin qeyd edirlər ki, heyvanlarla qəddarcasına rəftar hallarına tez-tez rast gəlinir. Bir çox hallarda valideynlərin susqun razılığı nəticəsində uşaqlar heyvanları incidir. Heyvan hüquqlarının müdafiəçilərinin fikrincə, böyüklər canlı varlıqlarla qəddar rəftara imkan verməməlidirlər. Və başa düşməlidirlər ki, bununla heyvanları ağrıdırlar. Bu isə qeyri-insani hərəkətdir.

1433
Teqlər:
qəddarlıq, Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyi, mübahisə, Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, sahibsiz itlər, könüllülər, ovçu
Əlaqədar
İt öz sahibini güllələyib
İt dişləyən uşaq öldü
Sumqayıtda dəhşət: it 5 yaşlı uşağı öldürdü
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik etdi

4
(Yenilənib 23:09 24.05.2020)
Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar

BAKI, 24 may — Sputnik. Xarici İşlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbəti baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarı Mövlud Çavuşoğlunun Azərbaycanın 28 May- Respublikası Günü münasibətilə səmimi təbriklərini qəbul edib. Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik edərək ən xoş arzularını dilə gətiriblər

Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

4
Əlaqədar
Azərbaycanla Türkiyə bəzi mallara görə rüsumları sıfırlayacaqlar
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik etdi
Türkiyəli aktyor azərbaycanlı tələbələrə yardım etdi
Türkiyə islam ölkələrini toplayır - Fələstin üçün
Dollar, arxiv şəkli

Naominin pulunu saya bildilər

6
(Yenilənib 22:16 24.05.2020)
Osaka US Open-2018-in finalında məhz Serena Uilyamsı məğlub etməsi ilə hamının diqqətini üzərinə cəlb edə bilmişdi

BAKI, 24 may — Sputnik. Yaponiyalı tennisçi Naomi Osaka ötən il ərzində 37.4 milyon dollar qazanaraq dünyanın ən çox məvacib alan qadın idmançısı oldu.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Forbes yazıb.

​N.Osaka amerikalı tennisçi Serena Uilyamsı 1.4 milyon dollar “üstələyib”. Serena ən yüksək məvacibi olan idmançı qadınların siyahısına dörd il dalbadal başçılıq edib.

​2015-ci ildə qadın atletlər arasında ən çox qazanan rusiyalı tennisçi Mariya Şarapova olmuşdu (29.7 milyon dollar).

Osaka US Open-2018-in finalında məhz Serena Uilyamsı məğlub etməsi ilə hamının diqqətini üzərinə cəlb edə bilmişdi.

 

6
Əlaqədar
Milli Olimpiya Komitəsi "Olimpiya Günü"nü eyvanda qeyd edib
Tennisin əfsanəsi karyerasını başa vurdu – Şarapova getdi
Üçüncü türk: Onu "Barselona" ilə bağlayırlar
Şəhər küçələrinin idmanı: Bakının mərkəzində parkur
Avstriya Prezidenti Aleksandr Van der Bellen, arxiv şəkli

Polis prezidenti... bağlı restoranda tapdı

0
(Yenilənib 23:36 24.05.2020)
Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir

BAKI, 24 may — Sputnik. Vyana polisi Avstriya Prezidenti Aleksandr Van der Belleni və xanımını gecə vaxtı bir italyan restoranında “yaxalayıb”. Ölkədə mövcud olan karantin qaydalarına görə, 23:00-dan sonra ictimai iaşə müəssisələri bağlı olmalıdır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

“Lokdaundan sonra ilk dəfə xanımım və iki dostumla birlikdə şam etməyə getdik. Biz söhbətləşirdik, təəssüf ki, saata baxmağı unutduq. Çox təəssüf edirəm. Bu, səhv idi. Əgər restoran sahibinin hansısa itkiləri olacaqsa, buna özüm cavabdeh olacam”, - deyə Prezident Twitter-də yazıb, üstəlik qəzetin məqaləsini də paylaşımına əlavə edib.

Polis “Sole” adlı italyan restoranına 00:20-də gəlib və eyvanda əyləşmiş qonaqların içki içdiklərini görüb. Əslində isə bura saat yarım əvvəl bağlanmalı imiş. Qəzet yazır ki, tanınma zamanı qonaqlar özlərini mehriban aparıblar.

​“Federal Prezident bir çox artistlər kimi tez-tez qonağım olur. Şama bu dəfə balıq sifariş etmişdi. Mən hər şeyi doğru elədim, qanunun tələbi ilə: saat 23:00-da biz sonuncu içkiləri gətirib kafeni bağladıq. Sonra Prezident hələ bir müddət də - əvvəl mən də orada idim – xanımı ilə bayırdakı örtülü eyvanda söhbət elədi”, - deyə restoranın direktoru Aki Nuredini “Kronen Zeitung”a bildirib.

Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir. Ancaq eyni zamanda, nəzəri olaraq restoran qonaqlara masa arxasında əyləşməyə icazə verə bilər. İndi Vyananın magistratı restoran sahibini 30 min avro cərimələmək, ya da günahını bağışlamaq haqda qərar verməlidir. Prezident və xanımına görə idə hadisəyə görə heç bir cərimə nəzərdə tutulmur.

Avstriyada martın 16-da bağlanan kafe və restoranlar mayın 15-də fəaliyyətlərini bərpa edib. Onlar səhər 6:00-dan 23:00-dək işləyə bilər. Bir masa arxasında maksimum dörd böyük adam (uşaqlar istisna) əyləşə bilər, qonaqlar arasındakı məsafə ən azı 1 m olmalıdır. Müştərilərlə birbaşa ünsiyyətdə olan personal ya qoruyucu maska, ya da üz sipəri taxmalıdır, müştərilər isə maska taxmaqda sərbəstdirlər.

0