Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Dövlət qulluğunda işə girmək istəyənlərin nəzərinə!!!

167
(Yenilənib 18:01 07.03.2018)
Müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yenidən müsahibə elanları veriləcək

BAKI, 7 mart — Sputnik. 7 fevral tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanlarında vakant vəzifələrə qeydiyyat başa çatır. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun inzibati icraçı vəzifələr üzrə (B növü) dövlət qulluğuna qəbul üçün elan olunmuş müsabiqədə vakant vəzifələrə qeydiyyat 8 mart saat 18:00-dək davam edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan 518 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) dövlət qulluğuna qəbul üçün 7 mart saat 11:45-ə olan məlumata əsasən 1008 müraciət qeydə alınıb. 1 yerə düşən ərizələrin orta sayı 1.95-dir. 173 vakant vəzifə üzrə hələlik heç bir müraciət qeydə alınmayıb. Ən yüksək müsabiqə vəziyyəti isə Dövlət Sosial Müdafiə Fondu, Binəqədi rayon şöbəsi, sosial sığorta sektoru məsləhətçi (1 yerə 27 namizəd), Dövlət Sosial Müdafiə Fondu, Yasamal rayon şöbəsi, Sosial xidmət sektoru, aparıcı məsləhətçi (1 yerə 24 namizəd), Dövlət Məşğulluq Xidməti, Yasamal rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektoru aparıcı məsləhətçi (1 yerə 23 namizəd), Dövlət Sosial Müdafiə Fondu, Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamenti, Sığortaedənlərə xidmət sektoru, aparıcı məsləhətçi (1 yerə 22 namizəd) Dövlət Məşqulluq Xidməti, Nəsimi rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektoru məsləhətçi (1 yerə 20 namizəd) vəzifəsi üzrə formalaşıb.

Qeyd edək ki, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.

Elan olunmuş müsahibələrdə iştirak üçün müraciət qeydə alınmayan, eləcə də digər vakant vəzifələrin tutulması üçün yenidən müsahibə elanları veriləcək.

Müsahibə elanlarında hər bir vəzifə üzrə ətraflı məlumat, müsahibədə iştirak etmək hüququ verən sertifikat, müsahibə proqramı və digər zəruri məlumatlarla tanış olmaq mümkündür.

167
Teqlər:
vakant vəzifə, Dövlət İmtahan Mərkəzi, müsabiqə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Suqovuşana həyat qayıdır - FOTO

4
(Yenilənib 20:18 30.11.2020)
Əks-hücum əməliyyatı nəticəsində oktyabrın 3-də azad olunan Suqovuşana artıq yol çəkilir. Bunun üçün ərazi minalardan təmizlənir. Kənddən son kadrları Sputnik Azərbaycan-ın fotolentində izləyin

Otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Suqovuşan kəndi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Burada Tərtərçayı və ətrafdakı rayonları su ilə təmin edən Suqovuşan su anbarı yerləşir. İşğal altında olduğu illər ərzində Suqovuşandan gələn suyun qabağı kəsildiyindən Tərtər, Goranboy, Bərdə və Yevlax rayonları su qıtlığından əziyyət çəkirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə aparan avtomobil yollarının bərpasına başlanılıb. Uzunluğu 29 km təşkil edən yolu tikintisinin təmin olunması üçün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyi (ANAMA) ərazini partlamamış sursat və minalardan təmizləməyə başlayıb. İşlər əllə, mexaniki maşınlarla, eləcə də minaaxtaran itlərin köməyilə aparılır.

 

ANAMA əməkdaşları bu ərazidə indiyədək 76 tank əleyhinə, 118 piyada əleyhinə mina, 6 tank əleyhinə minanın partladıcısı və 6 partlamamış hərbi sursat aşkarlayıblar.

 

4
  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

  • © Sputnik / Aleksey Kudenko

    Suqovuşanda son vəziyyət

Teqlər:
fotolent, ANAMA, yol, Azərbaycan, Qarabağ, Tərtər, Suqovuşan
 Müslüm Maqomayev, arxiv şəkli

Ukraynada Maqomayevin xatirəsinə həsr edilmiş III Beynəlxalq vokal müsabiqəsi keçiriləcək

8
(Yenilənib 19:33 30.11.2020)
Müsabiqə iştirakçıları iki seçim turunda Müslüm Maqomayevin akademik (opera) və estrada repertuarına daxil olan mahnılar ifa edəcəklər

BAKI, 30 noyabr — Sputnik. Dekabrın 1-dən 4-dək Ukraynanın kurort paytaxtı sayılan Truskavetsdə Vokalçıların Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş III Beynəlxalq müsabiqəsi keçiriləcək.

 Maqomayev bioqrafik serialından səhnə
© Photo : Первый канал/ Mediaslovo / АМЕДИА/ 2020

Sputnik Azərbaycan xəbər verir ki, bu unikal müsabiqədə həm opera, həm də estrada musiqisini eyni dərəcədə uğurla ifa edən vokalçılar aşkar ediləcək, onlar Ukraynanın və dünyanın musiqi ictimaiyyətinə təqdim olunacaqlar. Müsabiqə iştirakçıları iki seçim turunda Müslüm Maqomayevin akademik (opera) və estrada repertuarına daxil olan mahnılar ifa edəcəklər. Onun repertuarına daxil olan "Mən göyə baxıram" adlı Ukrayna xalq mahnısı müsabiqədə hökmən ifa edilməlidir.

Müsabiqəyə 16-40 yaşlarında, musiqi üzrə ixtisas təhsili almış peşəkar müğənnilərlə bərabər, musiqi təmayüllü ali məktəblərin və kolleclərin tələbələri də qoşula bilərlər.

İştirakçılar ilkin mərhələdə qiyabi seçimdən keçiblər. Bu mərhələdə ən çox bal toplayanlar final seçiminə dəvət olunublar.

Vokalçıların Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş Beynəlxalq Müsabiqənin mövcud olduğu illərdə bu yarışda Ukrayna, Moldova, Niderland, ABŞ, Özbəkistan, Litva və Qazaxıstandan olan vokalçılar iştirak ediblər.

Bu il iştirakçıların peşəkar səviyyəsi çox yüksəkdir: xaricdə kontrakt üzrə işləyən gənc opera müğənniləri koronavirus karantini səbəbindən Ukraynaya qayıdıblar və onlar da bu müsabiqədə iştirak edəcəklər. On beş nəfər finalçı arasında "Ölkənin səsi" teleşousunun iştirakçıları və populyar aktyorlar da var.

Epidemiyaya qarşı mübarizə tələblərinə uyğun olaraq, müsabiqə qarışıq formatda keçiriləcək: ifaçılar, münsiflər heyətinin üzvləri və prodüserlər seçim turlarında canlı iştirak edəcəklər, tamaşaçılar isə müsabiqəyə onlayn rejimdə qoşula biləcəklər. Seçim turları və qala-konsert müsabiqənin rəsmi internet səhifəsində nümayiş etdiriləcək. Efirin texniki təminatı "Truskavets-onlayn" saytına həvalə edilib.

Müsabiqənin təşkilatçıları Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Truskavets Şəhər Şurasıdır. Tədbir Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir. AzərTac bu müsabiqənin media-tərəfdaşıdır.

8
Teqlər:
Ukrayna, vokal, müsabiqə, Müslüm Maqomayev