Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sürücü qaydanı pozdu və digər sürücünü təhqir etdi

Abunə olmaq
Sürücü zolaqdan çəkilməyəcəyini deyib və hətta avtobus sürücüsünü təhqir edib

BAKI, 6 mart — Sputnik. Sürücülərin əksəriyyəti hələ də qayda pozuntusu etməkdə davam edir.

"BakuBus" MMC-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, fevralın 28-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən, "BakuBus"a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobus Neftçilər metrostansiyası dayanacağına daxil olarkən xoşagəlməz hadisə baş verib.

Belə ki, 99- AL-789 dövlət qeydiyyat nişanlı minik avtomobili avtobus dayanacağına yaxın yerdə dayanıb. Avtobus sürücüsü avtomobili idarə edən sürücüdən maşını çəkməyi xahiş edib. Bu zaman sürücü zolaqdan çəkilməyəcəyini deyib və hətta avtobus sürücüsünü təhqir edib. Görüntüləri təqdim edirik:

Xəbər lenti
0