CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Niderland səfiri Bərdəyə niyə gəlib?

Abunə olmaq
Səfirin iştirakı ilə Bərdə şəhər 1 saylı Uşaq Musiqi Məktəbində tədbir keçirilib

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 6 mart — Sputnik. Bu gün Niderlandın Azərbaycandakı səfiri Onno Kervers Bərdəyə səfərə gəlib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, səfirin iştirakı ilə Bərdə şəhər 1 saylı Uşaq Musiqi Məktəbində tədbir keçirilib.

© Sputnik / Musa MuradlıBərdə şəhər 1 saylı Uşaq Musiqi Məktəbi
Bərdə şəhər 1 saylı Uşaq Musiqi Məktəbi - Sputnik Azərbaycan
Bərdə şəhər 1 saylı Uşaq Musiqi Məktəbi

Səfər barədə məlumat verən layihənin təşkilatçısı Namaz Kərimov bildirib ki, onlar "Y-Peer" ("Gənc tərəfdaş") təşkilatı tərəfindən, Niderland səfirliyinin dəstəyi ilə layihə həyata keçirirlər. Layihəyə Sevinc Ağazədə rəhbərlik edir.

"Konstitusiya" Araşdırmalar Fondu da layihənin tərəfdaşıdır. Layihə "Gender güzgüsü — teatr" adlanır. Layihə çərçivəsində uşaqlar martın 2-5-i aralığında sosial mövzularda təlimlər alıblar.

Bu gün isə həmin gənclər Bərdə şəhər 1 saylı Uşaq Musiqi Məktəbində tamaşa göstəriblər. Tamaşada yerli icra hakimiyyətinin nümayəndələri ilə yanaşı səfir də iştirak edib.

Xəbər lenti
0