İkinci əl avtomobillər

Avtomobil bazarında son durum qiymətlər - VİDEO

8986
(Yenilənib 14:59 06.03.2018)
Satıcılar deyirlər ki, avtomobillərin qiyməti ilə maraqlananlar çox olsa da, alıcı yoxdur

BAKI, 6 mart — Sputnik. Bildiyimiz kimi, avtomobillər üçün aksiz vergisi artırılıb. Vergi Məcəlləsinin 190.4.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, Azərbaycana idxal olunan mühərrikinin həcmi 2000 sm3-dək olan minik avtomobilləri üçün aksiz dərəcəsi dəyişdirilməyib, lakin digər minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrin mühərrikinin həcminə mütənasib olaraq tətbiq edilən aksiz dərəcəsi müəyyən edilib.

Qeyd edək ki, hazırda mühərrik həcmi 2-2,5 min kubmetrdən daha böyük olan avtomobillərdə qiymət artımı özünü daha qabarıq şəkildə hiss etdirir. Mühərrik həcmi aşağı olan avtonəqliyyat vasitələrində aksiz vergisinin artımı ümumi çəkidən, yəni avtomobilin ümumi dəyərindən təqribən 5-10 faiz qiymətə təsir edib. Mühərrik həcmi artdıqca bu qiymət 30 faizə qədər artır. Bu isə kifayət qədər ciddi rəqəmdir.

Sputnik Azərbaycan Sumqayıt "Avtomobil bazarı"ndan hazırlanmış video-reportajı təqdim edir.

Qeyd edək ki, burada 2009-cu il istehsallı, 1,6 mühərrik həcmi "VAZ 2107" 5700 manata satılır, 1989-cu il istehsalı olan "VAZ 2106" 2700 manata, 1992-ci il istehsalı olan "Mercedes E230" 5500 manata satılır. Satıcılar deyirlər ki, avtomobillərin qiyməti ilə maraqlananlar çox olsa da, alıcı yoxdur. Bu da qiymət artımı ilə əlaqəlidir.

8986
Teqlər:
aksiz vergisi, istehsal, bazar, Azərbaycan, avtomobil, qiymət
Əlaqədar
Şaxtadan avtomobillər belə buz bağladı - VİDEO
Bakıda qeyri adi olay: Avtomobil oğurladı və nişanlısını aldatdı
Avtomobil sahiblərinə xəbərdarlıq: Dələduzların toruna düşməyin!
Avtomobil idarəetməni itirib dayanacağa girdi
Avtomobil bazarında son durum: Yeni qiymətlər və yeni şərtlər
Rusiya millisinin hücumçusu Artyom Dzyuba (ön planda) və Belçika millisinin müdafiəçisi Tobi Alderveyreld

Rusiya millisinin futbolçuları AVRO-2020-nin startında Belçikaya uduzdular

5
(Yenilənib 01:10 13.06.2021)
Romelu Lukakunun dublu və Tom Menyenin qolu sayəsində belçikalılar AVRO-2020-də ilk oyunu qazanaraq B qrupunun lideri oldular.

Rusiya millisinin futbolçuları Avropa çempionatının qrup mərhələsindəki start oyununda Belçika komandasına uduzublar.

Sankt-Peterburqda keçirilən B qrupunun oyunu belçikalıların 3:0-lıq qələbəsi ilə yekunlaşıb.

Romelu Lukaku dubl edib (10-cu və 88-ci dəqiqələr), bir qol da Tom Menye (34-cü dəqiqədə) vurub. 

Rusiya turnirdəki növbəti matçını Sankt-Peterburqda iyunun 16-da Finlandiyaya qarşı keçirəcək. Belçikalılar bir gün sonra Kopenhagendə Danimarka millisi ilə oynayacaqlar.

 

5
Danimarka yığmasının yarımmüdafiəçisi Kristian Erikssen və Finlandiya millisinin havbeki Qlen Kamara AVRO-2020 matçında

Kristian Erikssen AVRO-2020-də Finlandiya ilə Danimarka oyununun ən yaxşısı seçildi

167
(Yenilənib 00:28 13.06.2021)
Avropa çempionatının təşkilat komitəsi oyun zamanı huşunu itirən futbolçunu dəstəkləmək qərarına gəlib.

Danimarkalı yarımmüdafiəçi Kristian Erikssen futbol üzrə Avropa çempionatının Finlandiya ilə Danimarka arasında keçirilən oyununun ən yaxşı futbolçusu seçilib. Bu barədə UEFA-nın saytında bildirilir.

Rusiya millisinin B qrupundakı rəqiblərinin oyunu şənbə günü Kopenhagendə başlayıb və 1:0 hesabı ilə finlərin xeyrinə başa çatlb.

Birinci taymın lap sonunda danimarkalıların yarımmüdafiəçisi Kristian Erikssen meydançada huşunu itirib. Bir neçə dəqiqə ərzində həkimlər ona ilkin yardım göstərib, ürəyini bilvasitə masaj ediblər. Sonra 29 yaşlı futbolçunu pərdəli xərəkdə tribunaların altındakı otağa aparıblar. Komandalar da onun ardınca gediblər.

Bir qədər sonra UEFA bəyan edib ki, oyunçu klinikadadır, özünə gəlib, vəziyyəti sabitdir. Matç təxminən iki saat sonra, Bakı vaxtı ilə 22:30-da davam etdirilib.

167