Cərimə ödəyən qadın

Ya addımbaşı 50 manat cərimə ödəyəcəksiniz, ya da ildə bir dəfə könüllü 500 manat

42348
(Yenilənib 15:54 06.03.2018)
Yeni qanun sürücülərə çox qazandıracaq, yoxsa sərnişinlərə?

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 mart — Sputnik. Xəbər verdiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) dəyişiklik edilib. Dəyişikliyə əsasən, 322.0.2-ci maddəyə "olmadan" sözündən sonra ", habelə nasaz və ya plombası pozulmuş taksometrlə" sözləri əlavə edilib.

Qanun layihəsi Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib. Yeni qanun layihəsinə əsasən, nasaz və ya plombası pozulmuş taksometrlə sərnişin daşıyan taksiləri 40 manatdan 50 manatadək məbləğdə cərimə gözləyir.

Yəni bundan sonra avtomobilində taksometri olmayan və ya nasaz olan taksi sürücüləri üzərində nəzarət gücləndiriləcək. Təbii ki, taksilərdə taksometrlərin olması sərnişinlər üçün məqsədəuyğundur. Bəs sürücülər üçün necə?

Sputnik Azərbaycan-ın əməkdaşı məsələyə taksi sürücülərinin münasibətini öyrənib. Taksi sürücüsü Asif Əliyev uzun illərdir şəhərdə taksi fəaliyyəti ilə məşğul olduğunu bildirir. İndiyədək ara-sıra cərimələnsə də, bu, taksometrlə bağlı olmayıb.

A.Əliyev deyir ki, əslində taksometrin olması sürücülərə sərf etmir. Çünki bəzi sürücülər xidmət haqqını yola görə deyil, müştəriyə görə təyin edir. Taksi sürücüsünün sözlərinə görə, bunun da müxtəlif səbəbləri var.

"Şəhərdə adamdan çox taksi var. Düzdür, bütün taksi sürücüləri avtomobillərinə sayğac-taksometr quraşdırır. Amma bu, çox zaman sürücüyə sərf etmir. Çünki elə gün olur ki, müştəri az olur. Sürücülər taksometrlə işləsələr, evlərinə çörək apara bilməzlər" — həmsöhbətimiz bildirir.

Digər taksi sürücüsü Əbuzər Zeynalov isə, rayonlararası taksi fəaliyyəti ilə məşğuldur. Sürücü deyir ki, rayonlararası taksi fəaliyyətinin standart qiyməti olur: "Məsələn, Qubaya 8 manat, Gəncəyə 10 manat və s. Əvvəllər Sumqayıta 1 manat idi. Amma bəzi sürücülər bunu 1,5 manat və ya 2 manata qaldırırlar. Yəni bir çox taksi sürücüləri bu qanuna riayət etmirlər".

"Taksi fəaliyyətində bölgələrin standart qiyməti varsa, taksometr quraşdırsan, nə olacaq? Birinin avtomobilinin mühərriki 1,6, digərininki 2,4-dür. Amma hamı eyni qiymətə aparır", — Ə.Zeynalov deyir.

Sürücü hesab edir ki, bu qanuna daha çox diqqət göstərilsə, taksi sürücüləri də müəyyən problemlər yaşamağa başlayacaq.

Mövqelərini öyrənməyə çalışdığımız taksi sürücüləri bu məsələ ilə bağlı ətraflı danışmaqdan boyun qaçırıblar. Aydındır ki, bu dəyişiklik taksi fəaliyyəti ilə məşğul olan sürücüləri xeyli çətinliyə salacaq.

Sputnik Azərbaycan-a danışan hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 322-ci Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması maddəsinə kiçik dəyişiklik edilib. Və bu dəyişikliyə görə, bundan sonra nasaz və plombası olmayan taksometri olan taksi sürücüləri də cərimələnək.

"Maddədə qeyd olunur ki, "Taksi" tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombası pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir", — F.Həmidli deyir.

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlı isə bildirir ki, taksometrlərlə bağlı məsələ uzun müddətdir İnzibati Xətalar Məcəlləsində və Yol Hərəkəti haqqında qanunda yer alıb: "Amma bizim bəzi qurumlar bu məsələyə anlayış göstərir. Və məlumdur ki, hər kəs avtomobilinə taksometr quraşdırmaq imkanına malik deyil. Bu avadanlıq ucuz bir avadanlıq deyil. Hazırda fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olanlar çoxdur. Onlar taksometr quraşdırsa belə, buna nəzarəti həyata keçirmək asan deyil. Ayda bir dəfə yoxlamaq lazımdır ki, plomb qırılıb ya qırılmayıb".

Onun sözlərinə görə, əslində bu qadağa cəmiyyət üçün önəmlidir: "Amma taksi sürücüləri hələ buna hazır deyil. Bu qadağa hər gün açılan taksi şirkətləri ilə işləyən sürücülərə tətbiq edilməlidir. Bir çox sürücülər özündən qiymət uydurur. Hər tərəfə ağlına gələn bir qiymət deyir. Turizmin inkişafından danışılan bir ölkədə turistlər taksi sürücüləri tərəfindən aldadılır".

E.Muradlı hesab edir ki, qurğulara nəzarət mexanizminin necə olacağı sual altındadır: "Buna kim nəzarət etməlidir: Yol polisimi, Bakı Nəqliyyat Agentliyimi? Əvvəlcə bu qanunun nəzarət mexanizmi işlənilməlidir. Hesab edirəm ki, bu qanun həm sürücülər, həm də sərnişinlər üçün əlverişlidir".

Avtomobil ehtiyat hissələri satan Rəvan Abdullayevin sözlərinə görə, ən ucuz taksometrlərin qiyməti 200 manatdır. Lakin bu da Çin malı olduğu üçün tez sıradan çıxır: "Hazırda avtomobil bazarında istənilən qiymətə taksometr tapmaq mümkündür. Amma məhsul ucuz olduqca keyfiyyət də aşağı olur. Ən bahalı taksometrin qiyməti 1000 manata yaxıdır. Orta keyfiyyətli taksometrlər (haradasa 1-2 il normal çalışır) 350-550 manatdır".

42348
Teqlər:
taksometr, məbləğ, müştəri, taksi, İnzibati Xətalar Məcəlləsi, sürücü, cərimə, avtomobil, manat, qiymət
Əlaqədar
Avtobus taksi ilə toqquşdu, yaşlı sərnişin ağır zədə aldı
Taksi və tıxac probleminin yeni həlli nümayiş etdirildi - VİDEO
"Gəlinimin maşın sürməsinə razıyam, amma taksi sürücüsü olmasına yox"
“Taksi” və “Forsaj”ın davamı: 23-dən 3-ə düşən təqib – VİDEO
Bakıda "Forsaj" və "Taksi" filmlərinin süjeti təkrarlandı: 23 polis maşını...
Biləcəridə taksi sürücüsünü qaçıranlar tutulub
Bakıda tibbi maska taxmış şəxs, arxiv şək

Bakıda koronavirusa ən çox yoluxma bu rayondadır

4
(Yenilənib 12:09 30.10.2020)
Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz təşkil edib.

BAKI, 30 oktyabr — Sputnik. Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. Sputnik Azərbaycan-ın "koronavirus.info" saytına istinadən məlumatına görə, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.

Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.5 faiz, Nəsimidə 8.6 faiz, Nərimanovda 8.0 faiz, Suraxanıda 8.0 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 6.7 faiz, , Xəzərdə 5.9 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.

4

Uşaq bağçalarında tədris bərpa edilmir

16
"Bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir. Amma hansısa bağça onlayn şəkildə fəaliyyət göstərmək istəyərsə, burada qeyri-qanuni nəsə yoxdur"

BAKI, 30 oktyabr — Sputnik. Məktəbəqədər təhsil müəssisələri və uşaq bağçalarının fəaliyyəti ənənəvi formada bərpa edilmir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib. Nazir qeyd edib ki, azyaşlı uşaqlara xüsusi qayğının onlayn göstərilməsi məqbul hesab edilmir: "Bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir. Amma hansısa bağça onlayn şəkildə fəaliyyət göstərmək istəyərsə, burada qeyri-qanuni nəsə yoxdur".

E.Əmrullayev şagird yerdəyişməsindəki fasiləyə də aydınlıq gətirib. O bildirib ki, bu, növbəti həftədən aradan qaldırılacaq: "Əvvəlki dövrlərdə müəyyən qeyri-müəyyənlik qeydə alınsa da, növbəti həftələrdən sistemin işə salınması mümkün olacaq".

16
(0:50 / 4.16Mb / просмотров видео: 4)

Erməni terrorunun qurbanına çevrilmiş 53 yaşlı Goranboy sakininin evi necə görünür video

0
Dünən Goranboyun Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə düşən mərmi 53 yaşlı qadının həyatına son qoyub. Onun evinin bu faciədən sonra necə göründüyünü videomuzda izləyin.

Yaşadığı evinin həyətində öz gündəlik işləri ilə məşğul olan kənd sakini 53 yaşlı Flora Ziyadova qəlpə yarasından elə hadisə yerindəcə dünyasını dəyişib. Hadisə zamanı qadın evində tək olub. Onun evi də tamamilə yararsız hala düşüb.

Hazırda prokurorluq əməkdaşları mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirlərini həyata keçirir. Ermənistan SQ atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqda və dinc mülki əhaliyə qarşı cinayət əməllərini törətməkdə davam edir.

Dağlıq Qarabağdakı növbəti, sayca üçüncü atəşkəs rejimi barədə razılaşma oktyabrın 26-da yerli vaxtla səhər saat 08: 00-da qüvvəyə minib. Lakin Ermənistan silahlı qüvvələri razılaşma əldə olunandan dərhal sonra Tərtər və Ağdamın cəbhəyanı kəndlərini, oktyabrın 27-də isə Bərdə rayonunu atəşə məruz qoyub.

Ermənistan silahlı qüvvələri, sentyabrın 27-də, səhər saat 06:00 radələrində geniş miqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutublar.

Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətininin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyu qoşunların əks-hücum əməliyyatına başlamağa qərar verib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə