Fatimə Qafarova

Azərbaycanda tibbə məlum olmayan hadisə baş verib

33970
(Yenilənib 10:21 06.03.2018)
Göz bəbəkləri olmadan dünyaya gələn qızcığazın köməyə ehtiyacı var

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 6 mart — Sputnik. Sərbəst gəzir, rəqs edir, mahnı oxuyur, evin pilləkənlərini köməksiz düşüb-çıxır, hətta yoldaşları ilə "gizlənqaç" da oynayır. Hərəkətlərindən tam sağlam uşağı andırsa da, əslində dünya işığından məhrumdur. Görmə qabiliyyəti olmayan qızcığazı sanki gözləri deyil, hissiyyatı idarə edir. O, evə nə vaxt qonaq gələcəyini, hətta qonağın nə alıb gətirəcəyini belə təxmin edə bilir.

Şabran rayon sakini Fatimə Elçin qızı Qafarova dünyaya anadangəlmə fiziki qüsurlu gəlib. Xəstəxanada körpənin sağlamlığında hər hansı problemin olduğu bilinməyib. Yalnız evə gətirdikdən sonra valideynləri uşağın göz yerlərinin olduğunu, lakin göz bəbəklərinin olmadığının fərqinə varıblar.

Fatimə Qafarova
© Sputnik / Leyla Abdullayeva
Fatimə Qafarova

Fatimənin Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan nənəsi Aygün Qafarova deyir ki, nəvəsinin gözlərinin görməsinə ümidlərini itirməyiblər: "Fatimə ana bətinindəykən bir neçə dəfə USM-də müayinə olunub. Həkimlər həmişə hamiləliyin normal keçdiyini bildiriblər. Hətta Fatimə anadan olanda belə, həkimlər onun gözlərinin olmadığından xəbərsiz oldular. Uşağı xəstəxanadan çıxarıb evə gətirəndən sonra özümüz gördük ki, uşaqda gözlərinin yuvası var, amma özü yoxdur".

Çarəsiz nənə bildirir ki, ilk günlər Fatimənin müalicəsi üçün müxtəlif xəstəxana və klinikalara müraciət ediblər, lakin hər yerdə onlara ancaq "birinci dəfədir bu cür halla rastlaşırıq" cavabını veriblər. Artıq ailə bütün ümidlərini itirmək üzrə olduğu vaxtda bir ümid işığı yanıb.

"Fatimə danışmağa başlayanda gözünün üç yaşından sonra "Allah" tərəfindən açılacağını deyirdi, biz isə onun bu sözlərini ciddiyə almırdıq. İki yaş yarımında onun gözünün birində bəbək yaranmağa başladı. Bunun bizə "Allahın hədiyyəsi" olduğuna ümidlənərək, müalicə üçün Heydər Əliyev Fonduna müraciət etdik", — deyir nənə.

Bundan sonra qısa zamanda ailənin müraciətinə baxılıb və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə və müalicəsi təşkil edilib. Təxminən dörd-beş ay müalicə olunub. Həkimlər bildiriblər ki, bir gözü müəyyən faiz görə bilər.

Aygün Qafarova nəvəsi Fatimə ilə
© Sputnik / Leyla Abdullayeva
Aygün Qafarova nəvəsi Fatimə ilə

Aygün Qafarovanın sözlərinə görə, həkimlərdən bu xəbəri eşitmək ailəyə təsəvvürəgəlməz sevinc hissi bəxş edib. Lakin ailənin xoşbəxtliyi çox çəkməyib. 3 ay əvvəl Fatimə yenidən həkimə aparılıb, analizləri verilib. Amma ödənişi verə bilmədikləri üçün müayinənin cavablarını ala bilməyiblər.

"Ödənişi tam ödəməyəcəyimiz təqdirdə, müayinənin cavabları haqda bizə heç bir məlumat verilməyəcəyi bildirildi", — deyən dərdli nənə Fatimənin gözlərinin açılması ümidi ilə yaşadığını, lakin həkimlərin sözlərinə görə, müalicəsi davam etməzsə, ümidlərinin heçə enəcəyini bildirir.

Həyat yoldaşı Qarabağ müharibəsində birinci qrup əlil, oğlu isə işsiz, ailəsinin maddi imkanları həddən artıq aşağı olan Aygün Qafarova imkanlı şəxslərdən Fatiməyə köməklik göstərmələrini xahiş edir.

33970
Teqlər:
Aygün Qafarova, Fatimə Elçin qızı Qafarova, bəbək, göz, nənə, valideyn, həkim, qız, körpə, xəstəxana, uşaq
Əlaqədar
Azərbaycanda qeyri-adi təbiət hadisəsi baş verib
Futbol çempionatında qeyri-adi olay
Dünya bu qəribə və qeyri-adi xəstəliyin qarşısında acizdir
Azərbaycan məhkəməsindən qeyri-adi qərar
On dörd yaşlı qeyri-adi istedad sahibi
Azərbaycan bayrağı

Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi

7
(Yenilənib 12:02 21.10.2020)
Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir.

BAKI, 21 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun aparığı uğurlu əməliyyatları nəticəsində Cəbrayıl, Fizuli və Zəngilan şəhərləri və bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqını da sevindirib. Azərbaycana dəstək məqsədilə Türkiyənin ən məşhur bölgələri Azərbaycan bayrağına bürünüb.

Bundan başqa qardaş ölkənin sənət adamları da ölkəmizə dəstək olublar. Bu dəfə bu axına Türkiyənin məşhur saz ifaçısı, müğənni Əsəd Kabaklı da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, məşhur ozan Qarabağda davam edən vətən savaşı üçün mahnı ifa edib. Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir. Sözügedən mahnının sözləri İntiqam Yaşar, musiqisi isə Əziz Əlibəyliyə məxsusdur.

7
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Emin Şəkinski, arxiv şəkli

General Emin Şəkinski vəfat etdi

37
E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.

BAKI, 21 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, general - mayor uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirib.

1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb.

E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini, DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi, Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifələrində çalışıb.

37
OPEC-in mənzil-qərargahı, arxiv şəkli

OPEC neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir

0
OPEC-in prezidenti Əbdülməcid Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini bildirib.

BAKI, 21 oktyabr — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu quruma üzv olmayan neft istehsal edən digər ölkələrdən ibarət OPEC+ qrupunun üzvləri 2020-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 40 dollardan aşağı düşməməsini hədəfləyir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri və OPEC-in müvəqqəti prezidentliyini icra edən Əbdulməcid Əttar məlumat verib. O, OPEC+ qrupunun neft bazarını və qiymət sabitliyini qorumaq üçün bütün lazımi addımları atmağa qərar verdiyini deyib.

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbiylə dünyada neftə olan tələbatın gündəlik 9 milyon bareldən çox azaldığını bildirən Əttar 2021-ci ilin əvvəlindən etibarən neft qiymətlərində artım gözlənildiyini də bildirib.

Qeyd edək ki, aprel ayında OPEC+ qrupu ölkələri may ayının əvvəlindən iyulun sonuna qədər gündəlik neft hasilatını 9,7 milyon barelə, avqustdan ilin sonuna qədər isə 7,7 milyon barelə endirmək barədə qərar qəbul etmişdi.

0
Teqlər:
neft, OPEK, OPEC