Səadət Qarayeva

Sibirin Semiramidası: “Təyyarə yerə enəndə, başa düşdüm ki, Bakıdakı evimizi istəyirəm”

933
(Yenilənib 11:38 07.03.2018)
Azərbaycandan olan gənc qadının Sibirin mədəni və siyasi tarixində oynadığı rol barədə müsahibə

Lev Rıjov, Sputnik

BAKI, 5 mart — Sputnik. Səadət Qarayevanı ilk dəfə mən Moskvadakı Pionerlər Sarayında Azərbaycan Mədəniyyəti Günləri qeyd olunarkən görmüşəm. Biz Səadət və onun oğulları — Emil və Əli ilə tanış olmuşuq və mən bilmişəm ki, bu gözəl qadın on ildən artıqdır Sibirin məhz ürəyindəki — Krasnoyarsk diyarındakı Azərbaycan diasporunun mədəni həyatına rəhbərlik edir.

Səadətin ən məşhur övladı isə milli "Odlar Yurdu" xalq mahnı və rəqs ansamblıdır. Bundan başqa Şən və Hazırcavablar Klubu (ŞHK) da var ki, bu yaxınlarda yüksək liqaya çıxıb. Üstəlik "Neftçi" futbol klubu, Azərbaycan dili və mədəniyyətinin bazar günü məktəbi və "Svet dobra" xeyriyyə hərəkatı.

Mənə maraqlıdır ki, bu zərif qadın bu qədər uğurlara necə nail olub? O, sərt Sibirin azərbaycanlılarını öz təşəbbüslərinə necə cəlb edə bilib? Yəqin burada hansısa sirr var!

Ədalət axtarışında

— Səadət, siz uşaqlıqda kim olmaq istəmisiz?

— Hüquqşünas-kriminalist, hüquq-mühafizə sisteminin işçisi. Mən bu arzumu praktiki olaraq yerinə yetirdim. Hüququ oxudum və ali məktəbi əla qiymətlərlə bitirdim.

Səadət Qarayeva
© Photo : Dmitri Dubinski
Səadət Qarayeva

— Bəs niyə məhz hüquq sahəsini?

— Düşündüm ki, bu, mənə olan çağırışdır. Xatırlayıram ki, uşaqlıqdan mən həqiqət və ədalət uğrunda mübarizə aparmışam. Hətta yumruq döyüşündə belə zəifin tərəfindən çıxış etməyi bacarmışam. Məktəbdə ibtidai sinifdə məni incidənlərin cavabını təkcə sözlə verməmişəm. Əlbəttə, yaşa dolduqca xarakterimdə yumşalma baş verməyə başladı və mən ədalətin bərpası hüququnu qardaşlarıma ötürdüm.

— Özünüzü incəsənət adamı kimi hiss edirsiz?

— Yalnız ürəyimdə. Mənim bu sahədə ali təhsilim yoxdur. Yalnız musiqi məktəbində fortepiano üzrə təhsil almışam. Üstəlik, bir qədər təcrübə və entuziazm. Mən özüm də təəccüb edirəm ki, Azərbaycandan kənarda necə Mədəniyyət Nazirliyindən "xalq" adı alan peşəkar ansambl yarada bilmişəm?!

— Ola bilsin, siz özünüz cavabını bilirsiz?

— Əlbəttə, ailə tərbiyəsindən çox şey asılıdır. Mən adət və ənənələrin ciddi qorunduğu ənənəvi Azərbaycan ailəsində böyümüşəm. Məqsədyönlülük bizə atamdan keçib. Anam isə öz xeyirxahlığı və uşaqlarına hədsiz sevgisi ilə mənim üçün gözəl nümunə, təqlid və ilham mənbəyi olub.

Ruhun ehtiyacı

— Bəs Sibirə necə düşmüsüz?

— Ərə gedəndən sonra yoldaşımla bura yaşamağa gəlmişik.

Səadət Qarayeva
© Foto S.Qarayeva tərəfindən təqdim olunub
Səadət Qarayeva

— Özünüzü bir dekabristin həyat yoldaşı kimi hiss edirdiz?

— Azərbaycan qadınları üçün kişinin iradəsinə tabe olmaq həmişə prioritet olub. Mən əvvəllər heç vaxt Sibirdə olmamışdım və ora sentyabrda gəlmişdim. Biz Bakıdan uçarkən orada havanın temperaturu +32 idi. Təyyarə yerə enəndə kapitan xəbər verdi ki, burada havanın temperaturu 0 dərəcədir. Mən başa düşdüm ki, evimizi istəyirəm. Sibirdə olduğum ilk 3 ay mənim üçün ciddi həyat sınağı dövrü oldu və mən doğma vətənim üçün çox darıxırdım.

— Və vətən həsrəti sizi ictimai fəaliyyətlə məşğul olmağa vadar etdi?

— Mən sadəcə ərə gedəndən sonra quru ovalıqlar diyarına köçən Midiya çariçası Semiramida kimi Azərbaycanın bir hissəsini yaratmaq istəyirdim. Semiramida özünün çiçəkli vətəni üçün darıxmış və Babilistanda dünyanın möcüzəsi olan asma bağlarını salmışdı.

— Amma yəqin ki, sizə də hansısa hadisə fəaliyyətə başlamaq üçün təkan vermişdi?

— Bu, şəhər günü idi. Azərbaycan diasporu orada şəhər camaatına milli yeməklərini təklif edirdilər: dolma, plov, lavaşda lülə-kabab, şirniyyatlar. Elə bu vaxt səhnədə Azərbaycan musiqisi səsləndi. Əlbəttə ki, darıxmış adam kimi mən bu musiqiyə tərəf getdim. Səhnədə isə nəsə düz deyildi. Kostyumlar da o deyildi. Rəqs edənlər isə ümumiyyətlə azərbaycanlı deyildilər. Xatırlayıram ki, bu səhnədən mənim hətta gözüm yaşarmışdı.

— Nostalgiyadan?

— Azərbaycan ənənələrinə olan münasibətdən. Artıq 3 aydan sonra mən öz layihəmlə birlikdə diyar administrasiyasının mədəniyyət idarəsinin qəbulunda idim. Dedim ki, heç vaxt diasporun tədbirlərində iştirak etməyən uşaqlar, gənclər və qadınlarla işləməyə hazırlaşıram.

Diyar rəhbərliyi mənim təşəbbüsümü dəstəklədi. Bizi diyarın Mədəniyyət Nazirliyi də dəstəklədi. Şəhərin ən yaxşı mədəniyyət saraylarından birində bizə pulsuz yer verdilər. Və biz günlərin birində dil öyrənmək istəyənlər üçün bazar günü məktəbi, rəqs kollektivi və gənclərin mədəniyyət mərkəzini yaratdıq. Bizim səsimizə çox adam səs verdi. Görünür, hamının qəlbində buna tələbat vardı.

— Probleminiz çox oldu?

— Lap çox. Rəqsləri qurmaq üçün mənə istedadlı uşaqlar, xoreoqraflar və onları öyrədəcək pedaqoqlar lazım gəldi. Rəqslər üçün milli kostyumlar tikmək lazım idi. Mən valideynlərə çox minnətdaram ki, onlar nəinki öz uşaqlarını mənə etibar etdilər, həm də ilk başlanğıcda mənə hər işdə fəal şəkildə köməklik göstərdilər.

Biz bütün tədbirlərdə — məktəb, rayon, şəhər və diyar festivallarında iştirak etdik. Biz istəyirdik ki, Azərbaycan mədəniyyəti hər yerdə təqdim olunsun. Yeni ildə biz uşaq evində xeyriyyə konserti verdik. 9 mayın şərəfinə isə Herontologiya Mərkəzində. Mən bizim gəlişimizi gözləyən qocaların sevinc göz yaşlarını xatırlayıram!

Qadınlar cəmiyyəti birləşdirir

— Yaxşıdır! Siz səhnəyə çıxdız. Bəs sizi minlərlə insanı birləşdirən tədbirləri həyata keçirməyə nə vadar etdi? Sizin hansısa ali məqsədiniz var idi?

— Ali məqsədimiz yaşadığımız və uşaqlarımızı tərbiyə etdiyimiz cəmiyyətə inteqrasiya etmək idi. İctimai təşkilatlar olmadan bunu etmək təəssüf ki, çox çətindir. Adamlar gəlir, amma öz hüquqlarını, öhdəliklərini, dili, miqrasiya qanunvericiliyini bilmir. Bu problemləri bilərək, biz ofisimizdə hansı ölkədən gəlmələrinə baxmayaraq, miqrantlar üçün pulsuz hüquqi məsləhətlər verməyə başladıq.

— Bu gün diasporda qadınların rolu nədən ibarətdir?

— Onlar çox fəaldırlar. Bu gün çox sayda Azərbaycan qadını diasporun ictimai həyatında fəal iştirak edir, yeni nəslə mədəniyyətimizi, dilimizi və adət-ənənələrimizi öyrədir.

— Siz işə başlayandan sonra diasporda qadınlara münasibət dəyişdimi?

— İlk vaxtlar mən diasporun toplantılarına qatılmırdım. Orada yalnız kişilər iştirak edirdi. Hazırda əlbəttə ki, elə məhdudiyyətlər yoxdur. Görüşürük, əlaqə saxlayırıq. Bu, artıq normal qəbul edilir. Ən güclü diasporlar qadınların fəal işlədiyi diasporlardır. Çünki qadınlar birləşməyi bacarırılar.

Səadət Qarayeva
© Foto S.Qarayeva tərəfindən təqdim olunub
Səadət Qarayeva

İncəsənət hamı üçündür

— Siz ansamblınızdakı ilk uğurlarınızı xatırlayırsınız?

— Əlbəttə! Biz kollektiv surətdə qonşu Divniqorsk şəhərinə festivala gedirdik. Rəqs kostyumlarında vacib detallar çatışmırdı, səhnə rekvizitləri tamamilə komplektləşməmişdi. Çıxış etməyə başlayanda bizim heç bazamız yox idi. Münsiflər heyətində isə peşəkar xoreoqraflar oturmuşdu. Müsabiqədə çıxışdan sonra münsiflər iştirakçıları tənqid etməyə başladılar. Və mən düşündüm: "Vəssalam. İndi bizi də yerimizdə oturdacaqlar!" Elə bu vaxt münsiflər heyətinin sədri bizə tərəf çevrilərək dedi: "Odlar yurdu!". Sizə afərin! Dayanmayın! Biz sizə görə çox şadıq! İnkişaf edin!"

— Rəqslər, özü də hələ kostyumlaşdırılmışları çox bahalıdır. Siz pulu haradan alırdız?

— Əvvəlcə öz vəsaitlərimiz hesabına. Sonra ansambl böyüməyə başlayanda, Azərbaycan Milli-mədəni Muxtariyyətinin nümayəndələri kömək etməyə başladılar. Baxmayaraq ki, onda 90-cı illərin sonları, çətin vaxtlar idi.

— Azərbaycandan sizə dəstək verirlər?

— Maddi baxımdan yox. Amma Azərbaycan Dövlət Rəqs Ansamblı bizimlə əməkdaşlıq edir və bizi dəstəkləyir. Oradan xoreoqraflar gəlir. Bizim baş baletmeysterimiz Rauf Zeynalov da oradandır. O, əfsanə adamdır və 2009-cu ildən bizim rəqs səhnələrimizi qurur.

Yaxşı əllərdə

— Sizin hələ ŞHK komandanız da var!

— Bizdə çox sayda gənc var ki, onlar rəqs eləmək, yaxud oxumaq istəmirlər. Və biz "Odlar yurdu" ŞHK komandamızı qurmaq qərarına gəldik. Fəaliyyətə milli ŞHK kuboklarında iştirakla başladıq. Dörd il ardıcıl olaraq birinci yer bizim oldu. Sonra şəhər, diyar ŞHK müsabiqələrində iştirak etdik, artıq yüksək liqaya dəvət almışıq.

— Əgər kimsə rəqs etməyi bacarmırsa, səhnəyə çıxa bilməz?

— Belələri üçün biz futbol komandası yaratmışıq. Hazırda "Neftçi" komandası şəhər liqasında lider mövqedədir. Çox ciddi matçlar keçiririk. Uşaqlar artıq, necə deyərlər, öz adlarından bəhs etdirirlər.

— Sizi siyasi fəaliyyətlə məşğul olmağa nə vadar etdi?

— Azərbaycanlılar say baxımından regionda yaşayan millətlər içində üçüncüdür. Diyarda bizim yerlilərimizin sayı 100 mindən çoxdur. Amma azərbaycanlıların regionun ictimai-siyasi həyatında iştirakı sadəcə bu və ya digər partiyanın siyasi təbliğatı ilə məhdudlaşır. Ancaq rayon səviyyəsində bizim nümayəndələrimiz deputatdırlar.

2016-cı ildə diyarın Qanunvericilik Məclisinə seçkilər keçiriləndə mən müxtəlif siyasi partiyalardan bir neçə təklif aldım. Mənə "Jenskiy dialoq" ("Qadın dialoqu") partiyasının proqramı çox yaxın gəldi. Burada söhbət çoxuşaqlı ailələrin sosial problemlərindən, təhsil və səhiyyədən gedirdi. Və mən seçkilərdə iştirak etməyə razılıq verdim.

Səadət Qarayeva
© Foto S.Qarayeva tərəfindən təqdim olunub
Səadət Qarayeva

Bununla yanaşı, partiya gənc idi və iş çox idi. Seçkilərdə iştirak etmək üçün imza toplamaq lazım gəlirdi. Və mən bu vaxt öz həmyerlilərimdən böyük dəstək gördüm. Sosial sorğularda bizim çox yaxşı reytinqimiz vardı. Axırda biz seçki kampaniyasına qoşulan yeganə qeyri-parlament partiyası olduq. Təəssüf ki, partiya qələbə qazanmadı, amma biz bütün ölkədə özümüzü tanıtdıq. Düşünürəm ki, bu, heç də pis başlanğıc deyil.

— Siz indi Moskvaya gedirsiz. Bəs layihələrinizi kimə qoyursuz?

— Mənim yetirmələrimə, ansamblın məzunları artıq böyüyüblər və Krasnoyarsk diyarının Azərbaycan Muxtariyyətinin dəstəyi ilə ümumi işi uğurla davam etdirmək üçün peşəkar təcrübələri var. "Odlar yurdu" tezliklə Novruz bayramını qeyd etmək üçün Türkiyəyə yollanacaq.

933
Teqlər:
Səadət Qarayeva, Sibir, azərbaycanlılar, "Şən və Hazırcavablar Klubu", müsahibə, rəqs
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Ermənistanın müharibə cinayətlərinə üsyan etdi

48
(Yenilənib 23:55 27.10.2020)
"Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?"

BAKI, 27 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədəki heabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

"Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!" - paylaşımda deyilir.

48
Teqlər:
Atəşkəsin pozulması, ölənlər və yaralılar, dinc sakinlər, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Beynəlxalq təşkilatların ciddi ölçü götürməməsi Ermənistanı azğınlaşdırır - Ombudsman
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır - FOTO
XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

40
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

40
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"