BAKI, 5 mart — Sputnik. Azərbaycanın əməkdar artisti Vasif Məhərrəmli idarə etdiyi 10-VM-500 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobillə paytaxtda yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə və piyadalara təhlükə yaradıb.
Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, onun bu hərəkətlərini əks etdirən videonu sürücü-təlimçi Arzu Babayeva çəkib. Müğənni avtomobili ilə yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb. O, bu zaman sağa dönən avtomobillərin qarşısını kəsib.
"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, piyada keçidlərində və yolayrıcında geriyə hərəkət etmək qadağandır.
BAKI, 11 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 414 yeni yoluxma faktı qeydə alınıb, 1 695 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 36 nəfər vəfat edib.
Azərbaycanda indiyədək cəmi 285 993 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 250 708 nəfər müalicə olunaraq sağalıb, 3 915 nəfər vəfat edib, aktiv xəstə sayı 31 370 nəfərdir.
Ölkədə son sutka ərzində 13 248, hazırkı dövrədək isə 3 018 445 test aparılıb.
BAKI, 11 aprel — Sputnik. Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ağarx kəndi ərazisində yerləşən fərdi yaşayış evində yas mərasimi təşkil edildiyi müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib, xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib ediblər.