BAKI, 4 mart — Sputnik. Martın 2-də uzun sürən xəstəlikdən sonra vəfat edən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər dəfn olunduğu yerdən çıxarılaraq atasının qəbrində torpağa tapşırılıb.
Sputnik Azərbaycan-ın "olke.az"-a istinadən məlumatına görə, ailəsi bəstəkarın dəfn edildiyi yerin ona layiq olmadığını düşünərək belə bir addım atıb.
Əməkdaşımız bəstəkarın dünən dəfn edildiyi qəbristanlıqda olub. Məlum olub ki, T.Əkbərin nəşi qəbirdən çıxarılıb və atasıyla eyni qəbirdə dəfn edilib.
Diqqət çəkən məqamlardan biri isə ailənin Mədəniyyət və Turizm Nazirliyi adından sənətkarın qəbri üstünə qoyulmuş əklildən belə imtina etməsidir.
Qeyd edək ki, T.Əkbər uzun sürən xəstəlikdən sonra martın 2-də vəfat edib.
BAKI, 20 yanvar — Sputnik. Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə bu, Təhsil Nazirliyinin "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları"nda bildirilib.
II-XI sinif şagirdlərinin qiymətləndirilməsi fənni tədris edən müəllim tərəfindən distant formada aparılır. Qiymətləndirmə 100 ballıq şkala ilə ölçülür.
BAKI, 20 yanvar — Sputnik. "Azərbaycanda başlayan vaksinasiya prosesi mərhələli şəkildə ölkə üzrə də davam etdiriləcək".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
O bildirib ki, ölkədə başlayan vaksinasiya prosesi ilkin mərhələdə tibb işçiləri üzərində aparılır:
"Mən özüm də vaksin vurdurmuşam. Özümü yaxşı hiss edirəm. Ümumiyyətlə, vaksinasiya prosesi ilə bağlı bütün mərhələlər strategiyada öz əksini tapıb".
Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyev də ölkədə vaksinasiyanın başladığı ilk gün - 18 yanvarda koronavirusa qarşı peyvənd etdirib.