Analiz

Həkim: Hepatit xəstəliyini gizlədib ailə qururlar

390
(Yenilənib 00:22 05.03.2018)
Nikahdan öncəki icbari tibbi müayinə üçün xəstəliklərin siyahısı artırıla bilər

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Nikahdan öncəki icbari tibbi müayinə üçün xəstəliklərin siyahısı artırıla bilər. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev təklif edib ki, B və C qruplarından olan hepatitlərin də icbari tibbi müayinə paketinə daxil edilməsi üçün Ailə Məcəlləsinə dəyişiklik edilsin. Deputatın sözlərinə görə, müvafiq qurumları da bu işə cəlb etməklə parlamentin digər komitələri ilə birgə bu məsələni müzakirə etmək faydalı olar.

Həkim-infeksionist Sakit Hümbətov Sputnik Azərbaycan-a açıqlamasında millət vəkilinin təklifini dəstəklədiyini və buna ehtiyacın olduğunu deyib: "Bəzən hepatit xəstəliyini gizlədirlər və yaxud şəxs dərman qəbul edə-edə ailə qurur. Bu da ailədə dünyaya gələn uşağa təsir edir, problemlər yaradır. Mən belə hallarla tez-tez qarşılaşıram. Şəxs gəlir yanıma ki, "məndə hepatit B infeksiyası var və müalicə almaq istəyirəm". Mən də deyirəm ki, əgər hamiləlik planlaşdırırsansa, bu dərmanları qəbul etmək olmaz. Xəstə bununla razılaşır və dərman yazırıq. Həmin şəxs dərmanları qəbul edə-edə ailə qurur. Sabah uşaq olanda da qüsur yaranır və bunu bilmirlər. Yaxud başqasının dərmanlarını götürüb qəbul edirlər. Ona görə də B və C qruplarından olan hepatitlərin icbari tibbi müayinə paketinə daxil edilməsini dəstəkləyirəm. Şəxs bilməlidir ki, kiminlə ailə həyatı qurur və onun sağlamlıq durumu necədir".

S.Hümbətov qeyd edib ki, cinsi yolla hepatit B xəstəliyinə yoluxma ehtimalı 78, məişət təmas yolu ilə yoluxma ehtimalı isə 17-20 faizdir.

Tibbi ekspert, professor Adil Qeybulla da Sputnik Azərbaycan-a açıqlamasında millət vəkilinin təklifini dəstəkləyib:

"Bu, mütləq lazımdır. Xəstələnən şəxslərin aşkar olunması və onun profilaktikası baxımından əhali üçün bir şansdır. Hesab edirəm ki, hətta hepatit A qrupundan olan hepatitləri də icbari tibbi müayinə paketinə daxil etmək olar. Hazırda hepatit C-nin müalicəsi üçün həb formasında yeni dərmanlar tapılıb və bir neçə ay ərzində bu sağalır. Bu, bizdə həm də bəzi xəstəliklərin erkən aşkar olunmasına kömək edər".

Professor vurğulayıb ki, hepatit B və C qaraciyərin serrozu və xərçənginə səbəb olan viruslardır: "Bunlar gec-tez qaraciyəri sıradan çıxarır. Burada ya serroz, ya da xərçəng inkişaf edir. Ona görə də bunların vaxtında aşkar olunması, müalicəsi çox vacibdir. Düzdür, hələlik hepatit B-nin tam müalicəsindən söhbət getmir, amma ən azı bunun səviyyəsini endirmək, aşağı saxlamaq, qaraciyərin zədələnməsinin qarşısını almaq üçün müəyyən tədbirlər görülə bilər. Amma hepatit C-nin müalicəsi ilə bağlı çox böyük inkişaf var".

Qeyd edək ki, hazırda nikaha daxil olmaq istəyən şəxslərin hər biri məcburi qaydada talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçir.

390
Teqlər:
sifilis, hepatit B, Hepatit, Hepatit C, QİÇS, talassemiya, xəstə, nikah, Həkim-infeksionist Sakit Hümbətov, Adil Qeybulla, Musa Quliyev
Əlaqədar
Bu xəstəliklər dünyada hər il 40 milyon insanı məhv edir
Onlarda elə xəstəliklər aşkarlandı ki...
Evlənmək istəyənlərdə qorxulu xəstəliklər aşkarlandı
QİÇS Azərbaycanda təhlükəli xəstəliklər siyahısından çıxarılacaq?
QİÇS təhlükəli xəstəliklər siyahısından çıxarılır
Bakıda boş parkinq

Tikinti ilə bağlı yeni qərar bizi park etmə problemindən qurtaracaq

12
(Yenilənib 18:43 24.10.2020)
Qərar çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcək.

BAKI, 24 oktyabr — Sputnik. Azərbaycanda ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yolverilən hədlərinə dəyişiklik edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ına edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa edilən çoxmənzilli binalarda nəqliyyat vasitələrinin saxlanılması üçün həmin binaların tikinti layihəsində göstərilən tikinti ərazisinin 70 və daha çox faizini təşkil edən hissəsində yeraltı qarajın tikintisi nəzərdə tutulduğu halda, bu Qaydalara uyğun ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən birinci yerüstü mərtəbənin sahəsi nəzərə alınmayacaq.

Belə ki, bununla Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa ediləcək çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcək.

Eyni zamanda "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları"na edilən dəyişikliklə, tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün tikintiyə icazə icraatı ilə bağlı təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq.

12

Ermənistanın atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı

10
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 174-dir.

BAKI, 24 oktyabr - Sputnik. Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 65 mülki şəxs qətlə yetirilib, 297 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 174-dir.

10
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Azərbaycan HHQ-nin təyyarəsi, arxiv şəkli

Ağdam istiqamətində Ermənistan SQ-nin hərbi texnikası infrastrukturu məhv edilib

23
(Yenilənib 19:29 24.10.2020)
Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edilib.

BAKI, 24 oktyabr - Sputnik. Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib. Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

23
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə