Qəzaya uğrayan avtomobil

Avtomobil yol kənarındakı qaz borusuna çırpıldı

28
(Yenilənib 22:32 03.03.2018)
“Avtomobildə olan sərnişin Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb”

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 2 mart – Sputnik. Astara rayonunda avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatın görə, “VAZ-2106” markalı minik avtomobilinin sürücüsü rayonun Şahağacı kəndi ərazisində naməlum səbəbdən idarəetməni itirib.

İdarəetmədən çıxan “VAZ-2016” yolun kənarında olan qaz borusuna çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, Lənkəran şəhəri Hacı Nasir küçəsində yaşayan 1976-cı il təvəllüdlü Zamanova Təranə Ağakərim qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata əsasən, xəsarət alanın vəziyyəti orta-ağır kimi dəyərləndirilir.

Hazırda baş vermiş qəza araşdırılır.

28
Teqlər:
Astara rayonu, qəza, avtomobil
Bakı Olimpiya Stadionu, arxiv şəkli

Britaniya hakimiyyəti Uels azarkeşlərinə: AVRO-2020-nin Bakı Roma oyunlarına getməyin

0
(Yenilənib 12:40 18.05.2021)
Böyük Britaniya Xarici İşlər Nazirliyi Azərbaycanı COVID-19-a yoluxma riskinin yüksək olması səbəbindən səfər edilməsi tövsiyə olunmayan ölkələrin siyahısına salıb.

BAKI, 18 may — Sputnik. Böyük Britaniyanın hakimiyyət dairələri Uels komandasının azarkeşlərinə Bakıda və Romada keçiriləcək Avropa çempionatı oyunlarına getməməyi tövsiyə edib. Bu barədə Uels Futbol Assosiasiyasının (FAW) rəsmi saytında məlumat yerləşdirilib.

AVRO-2020-də A qrupunda oynayan Uels millisi 12 və 16 iyun tarixlərində Azərbaycanın paytaxtında İsveçrə və Türkiyə, iyunun 20-də isə Romada İtaliya millisinə qarşı mübarizə aparacaq.

Xəbər verildiyi kimi, Böyük Britaniya Xarici İşlər Nazirliyi koronavirus pandemiyası ilə əlaqədar səfər edilməsi tövsiyə olunan və olunmayan ölkələrin reytinq cədvəlini tərtib edib. Azərbaycan və İtaliya koronavirusa yoluxma riski böyük olan ölkələrin siyahısına salınıb.

Sözügedən qərarlar tövsiyə xarakteri daşısa da, FAW azarkeşlərdən AVRO-2020 oyunlarını izləməyə getməkdən çəkinməyə çağırıb.

Xatırdaq ki, Bakı aprel ayında digər ölkələrdən gələn azarkeşləri qəbul etməyə hazır olduğunu təsdiqləyən AVRO-2020-nin azsaylı ev sahibi şəhərləri sırasında yer almışdı. Bakı ilə yanaşı, Sankt-Peterburq və Budapeşt də xarici azarkeşləri qəbul etməyə hazır olduğunu bildirmişdi.

 

0

Tarixin ən məşhur insanları hadisələri bir yerə toplaşanda - FOTOLENT

18
(Yenilənib 11:48 18.05.2021)
Parisdəki Qreven Mum Muzeyi, koronavirus pandemiyası səbəbindən altı aylıq fasilədən sonra qapılarını yenidən açır. Fiqurların açılış mərasiminə necə hazırlandığına Sputnik Azərbaycan-ın fotolentində baxın.

Koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan karantin səbəbindən bir çox ölkədəki muzeylər uzun müddətdir bağlanmışdı. Eyni aqibət Parisdəki məşhur Qreven mum muzeyinin də başına gəlib. Lakin mayın 19-da muzey yenidən ziyarətçilər üçün qapılarını açacaq.

Qreven ən qədim muzeylərdən biridir. O, 1881-ci ildə Madam Tüssonun mum fiqurlar muzeyi əsasında qurulub. Muzeyin kolleksiyasında məşhur insanların və ya qondarma personajların təxminən 450-yə qədər mum fiquru var. Onların arasında kimlər yoxdur? Elvis Presli və Maykl Ceksondan tutmuş dünyanın tanınmış siyasi xadimləri, artistləri, müğənnilərinə qədər. Hətta orada bizə filmlərdən yaxşı tanış olan qalların Obeliksinə də rast gəlmək mümkündür. 

Dünyaca məşhur olan şəxslərdən başqa burada Fransa və dünya tarixindəki məşhur məqamları, məsələn, Janna Darkın yandırılmasını və insanın Aya enməsini də görmək mümkündür. 

18
  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Naomi Kembellin heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Donald Trampın heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Jerar Depardyenin heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Merlin Monronun heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Elton Conun heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində şahzadə Yelizovetanın heykəli

  • © AFP 2021 / Thomas Samson

    Parisdəki Qrevin mum heykəllər muzeyində Selin Dion və Elton Conun heykəli