CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: Dağılmış vəziyyətdə olan yol təmir edilir

© Photo : AAY DA mətbuat xidmətiYasamal rayonu, Əsəd Əhmədov küçəsi əsaslı şəkildə təmir olunur
Yasamal rayonu, Əsəd Əhmədov küçəsi əsaslı şəkildə təmir olunur - Sputnik Azərbaycan
Abunə olmaq
Küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranıb

BAKI, 2 mart — Sputnik. Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində təmir işləri aparılır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Magistral yolda yeni geri dönmə hissə yaradılıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sürücülərin nəzərinə: Bu prospektdə təmir işi aparılır

Küçə uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğrayıb, qabarmalar, çökmələr və çatlar əmələ gəlib: "Üstəlik küçənin ensiz olması və piyadalar üçün bəzi hissələrdə səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün problemlərə gətirib çıxarırdı. Bu üzdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı".

Onun sözlərinə görə, uzunluğu 1.5 km, eni isə 7-8 metr olan küçədə hazırda sürətlə və keyfiyyətlə yenidənqurma işləri aparılır. Aparılan işlər çərçivəsində küçənin eni 14 metrə qədər genişləndirilir. Bu məqsədlə yol boyu qazma-dolma işləri görülür. Belə ki, zəruri olan yerlərdə yararsız qrunt çıxarılır, əvəzinə yararlı müterial tökülüb kipləşdirilir.

Tikinti layihəsinə uyğun olaraq mövcud yeraltı kommunikasiya xətləri (su,qaz,rabitə,elektrik və s.) bərpa olunur, zərurət yarandığı təqdirdə yeniləri çəkilir və ya yolun hərəkət hissəsindən kənarlaşdırılır, 5 yerdə yolun altından 250 metr uzunluğunda ehtiyyat borular atılacaq. Bu işlərə paralel olaraq səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq və zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları qoyulacaq. Ümumilikdə küçə boyu 21 ədəd yeni yağış barmaqlıqları quraşdırılacaq, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 97 ədəd yeni baxış qapaqları qoyulacaq.

Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılacaq və kipləşdiriləcək. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası işləri də aparılacaq. Küçə boyu aparılan bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Yusif Səfərov küçəsində asfaltlanma işləri aparılır - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakının məşhur küçəsində əsaslı təmir başlayıb

Küçənin yenidən qurulması zamanı bütün hərəkət iştirakçılarının normal, rahat və təhlükəsiz hərəkəti nəzərə alınır. Belə ki, küçə boyu dağılmış mövcud piyada səkiləri bərpa olunur, zəruri olan yerlərdə yeniləri inşa edilir. Piyada səkilərinin kənarlarına 6400 paqon-metr uzunluğunda yeni səki daşları düzülür. Avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara rahat giriş-çıxışını təmin etmək məqsədi ilə 4 yerdə 62 metr uzunluğunda və 4 metr enində xüsusi "cib"li hissələr yaradılacaq.

Torpaq işləri bitəndən sonra küçə boyu əlaqələndirici bitum səpilməklə 47100 kv.m sahədə yol örtüyünün alt qatının iri dənəli, üst qatının isə xırda dənəli asfalt – beton qarışığı ilə tikintisi aparılacaq. Texnoloji ardıcıllığa uyğun olaraq küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə, zəruri yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək.

Xəbər lenti
0