CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı dəhşətli yanğınla bağlı cinayət işi başlandı - MADDƏLƏR

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev yanğın baş verən Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub
Prezident İlham Əliyev yanğın baş verən Respublika Narkoloji Mərkəzinə gələrək vəziyyətlə tanış olub - Sputnik Azərbaycan
Abunə olmaq
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225-ci və 308-ci maddələri ilə cinayət işi başlanıb

BAKI, 2 mart — Sputnik. Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı cinayət işinin hansı maddələr üzrə başlanıldığı məlum olub.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizlik qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Yanmış cəsədlər Yasamal morquna gətirilib - eksklüziv kadrlar - Sputnik Azərbaycan
VİDEO
Narkoloji xəstələrin yanmış cəsədləri morqda - EKSKLÜZİV VİDEO

Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Fövqəladə Hallar, Səhiyyə və Daxili İşlər nazirliklərinin yaydığı birgə məlumata görə, martın 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Səhiyyə Nazirliyi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Yeni Narkoloji Mərkəz istifadəyə veriləcək

Faktla bağlı Baş Prokurorluq tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

Həyata keçirilən tədbirlər Azərbaycan prezidentinin şəxsi nəzarətindədir.

Xəbər lenti
0