Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Rəsulovlar ailəsi

Zaqatalada zəlzələ qurbanlarının evi yoxa çıxıb, tapılmır ki, tapılmır...

755
(Yenilənib 22:05 03.03.2018)
Şəhid oğlunun cəsədinə həsrət qalan ana indi də ev həsrəti çəkir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Rəsulovlar ailəsinin yaşadığı ev 2014-ci ildə baş verən təbii fəlakət (zəlzələ) nəticəsində qəzalı vəziyyətə düşüb. 71 yaşlı Əsbət Rəsulova Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirir ki, vəziyyətlə bağlı dəfələrlə aiddiyyatı orqanlara müraciət etsə də, şikayətinə baxan olmayıb.

Ə.Rəsulova neçə ildir gözləsə də, heç bir nəticə yoxdur: "Hara gedirdim, deyirdilər, "get gözlə, tikiləcək". 2014-ci ildən bu yana hələ də gözləyirəm. Hazırda özüm yataq xəstəsiyəm, yaşayışımız acınacaqlıdır. 8 nəfər ailə üzvü balaca 1 otaqda yaşayırıq. Bir neçə yerə müraciət etsək də, nəticəsiz qalıb. Vəziyyət o dərəcəyə çatdı ki, saxladığımız heyvanları satıb ev tikdirməyə başladıq. Amma yarımçıq qaldı".

Əsbət nənə deyir ki, həmin vaxt zəlzələdən zərər çəkmiş evlərin sahiblərinin hər biri evlə təmin olunub. Amma onların haqqı olan evi, başqasına veriblər: "Mənə dedilər ki, "sizin kresloda oturanlarınız sizin üçün tikilən evi başqa birisinə veriblər". Axı onların nə ixtiyarı var, mənim haqqıma girməyə? Mən şəhid anasıyam, heç olmasa, şəhidə hörmət etsinlər".

  • Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Rəsulovlar ailəsi
    Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Rəsulovlar ailəsi
    © Sputnik / Shahperi Abbasova
  • Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Rəsulovlar ailəsi
    Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Rəsulovlar ailəsi
    © Sputnik / Shahperi Abbasova
  • Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Rəsulovlar ailəsi
    Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Rəsulovlar ailəsi
    © Sputnik / Shahperi Abbasova
  • Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Rəsulovlar ailəsi
    Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Rəsulovlar ailəsi
    © Sputnik / Shahperi Abbasova
  • Zaqatala
    Zaqatala
    © Sputnik / Shahperi Abbasova
1 / 5
© Sputnik / Shahperi Abbasova
Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Rəsulovlar ailəsi

Qadının oğlu Aydın Rəsulovun sözlərinə görə, onların evi 2 dəfə təbii fəlakətə məruz qalıb. Birinci dəfə zəlzələ olanda dövlət fondundan bərpa-gücləndirmə üçün onlara 4000 manat ayrılıb. İkinci zəlzələdə isə ev tamamilə yararsız vəziyyətə düşüb.

"Dövlətin bərpa üçün verdiyi 4 min manata özümüzə ev tikməyə başladıq, amma bitirə bilmirik. Bizim istəyimiz bircə odur ki, dövlət maddi yardım göstərsin. Müraciət etdiyimiz yuxarı instansiyalardan bizə cavab gəlib ki, kompensasiya ödəniləcək. Artıq dördüncü ilə keçir və biz hələ də gözləyirik", – deyə Rəsulov bildirib.

Məsələ ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) İnformasiya təminatı və təhlil sektorunun müdiri Nizami Abdullayevlə əlaqə saxladıq. O, Sputnik Azərbaycan-a bildirdi ki, şəhid ailəsinin məsələsinə yaxın vaxtlarda baxılacaq. Lakin daha sonra RİH-dən Əsbət xanıma bildirilib ki, bu məsələ onların səlahiyyətində deyil.

Qeyd edək ki, sözügedən ailənin oğlu Akif Rəsulov Milli qəhrəman Ramiz Qənbərovun "Könüllülər batalyonu"nda döyüşüb. 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidin cənazəsi düşmən tərəfdə qalıb. Oğlunun qəbrinə də həsrət qalan Əsbət nənənin bircə arzusu var — ölümündən əvvəl evinin tikildiyini görmək.

Onun arzusunu həyata keçirmək, şəhid ailəsinin səsinə səs vermək və haqqını bərpa etmək isə aidiyyatı dövlət qurumlarında çalışan məmurların insafına qalır.

755
Teqlər:
şəhid ailəsi, Aydın Rəsulov, Əsbət Rəsulova, Rəsulovlar ailəsi, Muğanlı kəndi, Zaqatala Rayon İcra Hakimiyyəti, Zaqatala rayonu, təbii fəlakət, Sputnik Azərbaycan, zəlzələ, ev, məmur
Əlaqədar
Şəhid ailələrinə ayrılan vəsaitin artırılması təklif edilir
Şəhid ailəsinin "itkin düşmüş" sənədlərini məhkəmə də tapa bilmir
Millət vəkili Əli Həsənova səsləndi: Şəhid və məcburi köçkün ailəsi küçədə qalıb
Mehriban Əliyeva şəhid ailəsinin böyük müşkülünü həll etdi
Televizora baxan adam, arxiv şəkli

Serial mövsümü başlayır - telekanallar nəyi göstərəcək?

0
(Yenilənib 19:26 21.09.2020)
Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı "Uçurum" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq

BAKI, 21 sentyabr — Sputnik. Bu gün Azərbaycan kanallarında yeni serial mövsümü başlayır. "Oscar" Film Production da bu gün tamaşaçıların görüşünə iki layihəylə gəlir.

Azərbaycan teleməkanında maraqla izlənən, "Youtube" kanalında daim trenddə olan, ən uzunömürlü seriallardan biri – qalmaqallı "Uçurum" serialı artıq 3-cü mövsümünə yeni ailələr, yeni hadisələr, yeni ab-havayla başlayacaq. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Xanım Aydın və Yeganə Cansail olan serial ARB kanalında sentyabrın 21-dən etibarən həftəiçi dörd gün saat 21.00-da ekranlara çıxacaq.

Bu gün cəmiyyətdəki bir çox problemləri özündə əks etdirən, ötən mövsümdə sevilən, ən çox baxılan seriallardan olan "Bir qadın" serialı 2-ci mövsümünə sentyabrın 21-də saat 21.40-da ATV kanalında başlayır. Baş prodüseri Yaşar Əhmədov, quruluşçu rejissoru Şahin Qəhrəman, ssenari müəllifi Çinarə Nüsrətli olan serial həftəiçi dörd gün yayımlanacaq.

0
Teqlər:
telekanallar, milli teleseriallar, serial
Əlaqədar
Əfsanəvi məhəbbət: Azərbaycanın dahisi haqda serial necə ərsəyə gəldi
"Serial" davam edir: Dövlət pullarını necə "yedikləri"nin sxemini açıqladılar - VİDEO
Serial çəkilişlərinə başlamaq onlara baha başa gəldi
Cazibədar rəqqasə serial çəkir
Məşhur aktyor serial çəkilişləri zamanı vəfat edib
Yaşlı insanlar, arxiv şəkli

Pensiya yaşı artırılacaq? Rəsmi açıqlama

5
(Yenilənib 19:22 21.09.2020)
"Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq".

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı Ayxan Məcidov "Pensiya təyinatı və hesablanma qaydaları"na həsr olunan canlı bağlantıda deyib.

A.Məcidov qeyd edib ki, hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş həddi 65, qadınlar üçün 62 yaşdır: "Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq. Artıq 65 yaşı olan kişilər davamlı olaraq pensiyaya çıxma imkanı əldə edə biləcəklər. Qadınlar üçün isə 62 yaş 30 iyun 2021-ci il tarixinə kimi qüvvədə qalacaq. Ondan sonra isə pensiya üçün yaş həddi 6 ay artırılacaq".

O deyib ki, son 2 ildə pensiya sahəsində ciddi islahatlar aparılıb, pensiyaçıların pensiyaya çıxma imkanlarının mülayimləşdirilməsi prosesi baş verib.

Fond rəsmisi deyib ki, 2019-cu il 1 yanvar tarixindən pensiya yaşına çatan şəxslərin 25 illik stajının tanınması əksər insanların pensiyaya çıxma imkanlarını artırdı:

"1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək şəxsin minimum staja malik olması əsas şərtlərdən idi. Şəxsin 1 ay belə stajı var idisə, onun 2006-cı il tarixədək stajı tanındı. 25 il də pensiyaya çıxmaq üçün tələb olunan norma olduğu üçün minlərlə vətəndaş pensiyaya çıxmaq imkanı əldə etdi".

5
Teqlər:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Əmək pensiyaları haqqında" qanun, pensiya təminatı, əmək pensiyaları, əmək pensiyası, pensiya yaşı, pensiya
Əlaqədar
Pensiya almaq istəyənlərə şad xəbər - stajları bir neçə il artacaq
Yaşa görə orta aylıq pensiya artıb
Pensiya və yardım kartı itənlərə xəbərdarlıq
Kişilər və qadınlar üçün yeni pensiya yaşı müəyyənləşdi