Abşeronun palçıq vulkanları

Bakıda vulkan püskürdü

99
(Yenilənib 17:25 01.03.2018)
Torağay palçıq vulkanında püskürmə baş verib

BAKI, 1 mart — Sputnik. Bu gün səhər saatlarında Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.

Nazirlikdən bildirilib ki, Torağay palçıq vulkanı ETSN-nin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Bu günədək vulkan 10 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1988-ci ildə qeydə alınıb.

99
Teqlər:
püskürmə, palçıq vulkanı, Qaradağ rayonu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Qadın güzgüyə baxır, arxiv şəkli

Estetik əməliyyat etdirən ulduz büsbütün dəyişdi

20
(Yenilənib 23:15 10.08.2020)
Müğənninin bu dəyişimi sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Onun bu addımı pərəstişkarlarını məyus edib.

BAKI, 10 avqust — Sputnik. "Adam Gibi Adam", "Katmer Katmer" ve "İhanetin Bekçisi" və s. mahnıları ilə tanınan türkiyəli müğənni Lara keçirdiyi estetik əməliyyatlar nəticəsində tanınmaz hala gəlib.

2000-ci illərdə Türkiyədə məşhurlaşan 41 yaşlı müğənninin xeyli sayda əməliyyat etdirdiyi bildirilir.

Посмотреть эту публикацию в Instagram

Публикация от LARA (@lara.official)

İzləyicilərinin belə tanımaqda çətinlik çəkdiyi Laranın hətta göz rəngini belə əməliyyatla dəyişdirdiyi iddia edilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от LARA (@lara.official)

Müğənninin bu dəyişimi sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Onun bu addımı pərəstişkarlarını məyus edib.

20
Əlaqədar
Azərbaycanlı müğənni həyatdan tez getmiş reperlərə yeni trek həsr edib
Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar
Canet Cekson azərbaycanlı müğənniyə təşəkkür edib: Mahnımı gözəl oxuyursan
Bakı "YouTube"dan Azərbaycan xalq mahnısını mənimsəmiş kanalların bağlanmasını tələb edir
Hamilə qadın əməliyyat otağında

Bakıda 58 yaşlı qadının ilk övladı doğuldu

130
(Yenilənib 23:15 10.08.2020)
Düzdür, qadının sağlamlığında bəzi problemlər olsa da, o, öhdəsindən gəlib və birinci ekstrakorporal mayalanmadan sonra hamilə qalıb

BAKI, 10 avqust — Sputnik. Bakıda orta məktəb müəllimi olan 58 yaşlı qadın ilk övladını dünyaya gətirib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Bakıda ikinci belə haldır: başqa bir qadın 64 yaşında ana olmuşdu.

Həkim etikası çərçivəsində qadının adı açıqlanmır. Həkim-ginekoloq Elnurə Mustafayevanın sözlərinə görə, onun nəzarəti altında olan pasiyent ekstrakorporal mayalanma prosedurundan sonra hamilə qalıb.

Qadın 45 yaşında ailə qurub. Bu illər ərzində o, təbii yollarla hamilə qalmağa cəhd göstərib.

“Bu fakt – qeyri-adidir. Hər qadının başına belə hal gələ bilməz. Bu yaşda bir çox pasiyentlərimizə müalicə yazmaqdan çəkinirik, ancaq bu qadın, bir növ, fenomen oldu. Yəni onun səhhəti uşaq doğmağa imkan verdi. Bundan başqa, onun heyrətamiz iradəsi var”, - deyə həkim bildirib.

Düzdür, qadının sağlamlığında bəzi problemlər olsa da, o, öhdəsindən gəlib və birinci ekstrakorporal mayalanmadan sonra hamilə qalıb.

Məlumdur ki, süni mayalanma 100 faiz hamilə qalmağa zəmanət vermir.

“Ancaq bizim pasiyentimizin səhhəti uğurlu nəticə üçün, demək olar ki, ideal idi”, - Mustafayeva deyib. 

Əlbəttə, 58 yaşında hamiləlik asan olmasa da, o, uğurla sonlanıb. Doğulan uşağa Fateh adı qoyulub.

Oğulla ananı artıq evə yazıblar.

130
Əlaqədar
Otuz ildən sonra! Artıq körpələr başqa yolla doğulacaq
Səhv düşəndə yerimiz: hamilə qala bilməyən qadın kişi çıxdı
Adın, abrın, pulun və inamın məhv edildiyi məkanlar: onların tənbehini payızda verəcəklər
Azərbaycanlı kişilərə də günəş doğur: xanımınıza görə dincələ bilərsiniz
Həkimlər özləri bilmirlər: süd vermək qərarını analara həvalə etdilər