Bulvar

Qanunsuz miqrantlar Azərbaycana axın edir

103
(Yenilənib 10:10 01.03.2018)
Azərbaycana mühacirət edən Cənubi Asiya ölkələrinin vətəndaşları saxlanılıb

BAKI, 1 mart — Sputnik. Cənubi Asiya vətəndaşları mühacirət üçün Azərbaycanı seçirlər və bu axının sonu görünmür. Bu günlərdə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin əməkdaşları respublika ərazisində qeyri-qanuni yaşayan üçüncü dünya ölkələrinin 11 vətəndaşını saxlayıblar. Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəsmi saytında məlumat verilib.

Qeyd edilir ki, DMX tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə tədbirləri da­vam etdirilir. Onun qanunsuz miq­ra­siyaya qarşı keçirdiyi təd­birlər za­manı 5 nə­fər Hindistan, 3 nəfər Pakistan, 2 nə­fər Banqladeş və 1 nəfər Əfqanıstan və­­tən­da­şı olmaqla, ümumilikdə 11 nə­fər əcnəbi sax­­­la­nılıb. 

Araşdırma zamanı saxlanılan əcnəbilərdən 2 nəfər Pakistan və 2 nəfər Banqladeş vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.

Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib.

Bununla da əcnəbilər tərəfindən Azərbaycan Res­publikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib və barələrində müvafiq inzibati tədbirlər görülüb.

Qeyd edək ki, AR DMX-nin əməkdaşları mütəmadi olaraq, respublika ərazisində qeyri-leqal yaşayan Cənubi Asiya ölkələrinin vədəndaşlarını müəyyən edərək ölkə sərhədlərindən çıxarırlar.

103
Əlaqədar
Mühacirlərin Bakıdan Avropaya daşınmasına rəsmi aydınlıq gətirildi
Gizlicə Avropaya qaçmaq istəyən azərbaycanlı mühacirlər yaxalandılar - VİDEO
Türkiyə sahillərində 21 mühacirin cəsədi tapıldı
"Mühacirlər Amerika dəyərlərini sevməlidirlər"