Əldən-ələ gəzən pul

Ortalığı qarışdıran iddia ya pul təkcə əl çirki deyilmiş

286
(Yenilənib 15:17 01.03.2018)
"Əvvəllər vərəm xəstələri qəpikləri ağızlarında saxlayıb sonra yerə atırdı ki, insanlar bu pulu götürərək vərəmə yoluxsunlar"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 1 mart — Sputnik. Azərbaycan Tibb Universitetinin Ümumi gigiyena və ekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Məmmədov açıqlama vermişdi ki, yoluxucu xəstəliklərin yayılmasında əsginas və dəmir pulların da rolu var.

Onun sözlərinə görə, bu pullar hər cür yoluxucu xəstəliyi insandan insana keçirə bilər: "Pulların mikroblarla, viruslarla, mikroskopik göbələklərlə çirklənmə təhlükəsi çoxdur".

Sputnik Azərbaycan insanların əsginas və dəmir pullardan hansı xəstəliklərə yoluxma riskinin olduğunu araşdırıb. İnfeksionist Sakit Hümbətov bildirib ki, əvvəlcə pulların dəqiq hansı infeksiya daşıyıcısı olduğu sübut olunmalıdır: "Daha sonra isə bu haqda qərar qəbul etmək olar. Bunun üçün də bir neçə pulun üzərində təcrübə aparmaq lazımdır".

"Mütəxəssislər ancaq epidemioloji infeksiyaları nəzərdə tutaraq bunu deyə bilər. Digər infeksiyaların yayılmasında isə pul və ya digər əşyalar heç bir əhəmiyyət kəsb eləmir. Yəni, real olaraq desək, pulun heç bir qorxusu yoxdur", — infeksionist deyib.

O vurğulayıb ki, xəstəliyə yoluxma riskini azaltmaq üçün başqa əşyalara əl vurduğumuz kimi, pullara da əl vurandan sonra mütləq əlləri yumaq lazımdır: "İnsan elə yaradılıb ki, qeyri-spesifik mübarizə amilləri var. Puldan düzgün istifadə edən insan infeksiyaya tutula bilməz. Ona qalsa, biz gün ərzində bir çox insanlarla salamlaşırıq. Onlar da infeksiya daşıyıcısı ola bilər. Ancaq düzgün gigiyenik qaydalara riayət etmək lazımdır ki, xəstəliklərə tutulmayaq".

Həkim Adil Qeybulla isə vərəm daşıyıcısı olan xəstələrlə bağlı maraqlı fakt açıqlayıb. Deyib ki, əvvəllər vərəm xəstələri qəpikləri ağızlarında saxlayır, sonra yerə atırdılar ki, insanlar bu pulu götürərək vərəmə yoluxsunlar: "Bu da onların psixologiyasında baş verən problemlərdən qaynaqlanırdı".

A.Qeybulla vurğulayıb ki, ümumiyyətlə pul və ya əşyadan yoluxma halları dünyada belə, ciddiyə alınmayan haldır: "Artıq pullardan istifadə get-gedə azalır və kartlar vasitəsi ilə ödəniş edirlər. Ona görə də bu məsələ günü-gündən öz yükünü azaldır".

"Həm də pullar adi kağızdan deyil, xüsusi materialdan hazırlanır. Onlara toz və ya mikrob hopması çətin olur. Bir sözlə, elə də qorxusu yoxdur. Sadəcə olaraq insanlar harasa gedib-gələndə, nəqliyyat vasitəsindən istifadə zamanı, yemək yemədən öncə və sonra əllərini mütləq yuymalıdırlar. Gigiyenik qaydalara riayət olunarsa, heç bir qorxu olmaz", – o qeyd edib.

286
Teqlər:
gigiyenik qayda, əsginas, infeksionist, mütəxəssis, dəmir, əl, vərəm, Aydın Məmmədov, yoluxucu xəstəlik, Adil Qeybulla, həkim, Azərbaycan Tibb Universiteti, pul, insan
Əlaqədar
Pul qazananların evimizə gətirdiyi böyük təhlükə: Uşaqlarımıza narkotik veririk
Sürücü 28 ton qarğıdalının pulunu götürərək qaçdı
Azərbaycanlı biznesmenlər kriminallara iri məbləğdə pul ödəməyə məcbur ediliblər
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Sinqapur hökuməti əhaliyə 300 dollar pul paylayacaq
Türkiyədə ev almaq istəyən Bakı sakininin pulunu "atdılar"

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

1215
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

1215
Buzovnada çimərlik, arxiv şəkli

Bəla gələndə tək gəlmir: Payızı gözləyək, vəziyyət bir az da pisləşə bilər

620
Psixoloq bildirir ki, karantin qaydalarının davam etməsi, yeni vərdişlərin formalaşması insanlarda müəyyən narahatlıqlar yaradıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Hər il mövsümi olaraq payız aylarında insanlar müəyyən depressiya yaşayırlar. Mütəxəssislər bunu “payız depressiyası” adlandırırlar. Kimdəsə bu depressiya özünü daha sərt, kimdəsə daha yumşaq formada biruzə verir.

Bu ilin payızında isə depressiyanın daha kəskin olacağı proqnozlaşdırılır. Bunun da əsas səbəbi məhz sərt karantin qaydaları, insanları yayda belə, dincəlmədən evdə keçirməsi, qayğılarının daha da artması ilə izah olunur.

Mövcud pandemiya şəraitinin payızda depressiyaya səbəb olmaması nə edilməlidir?

Psixoloq Elnur Rüstəmov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, daha çox payızda karantin rejiminin hansı formada davam etməsindən asılı olacaq: "Ona görə də hələlik bununla bağlı proqnoz vermək, payızda depressiya artacaq demək tələskənlik olardı. Çünki sentyabrda dərslərin açılması, bundan sonra iş yerlərinin də qismən bərpası insanların əhval-ruhiyyəsinə müsbət təsir göstərə bilər. Buna görə də, düşünürəm ki, biz hələlik payıza yox, bu günə hazırlaşsaq daha yaxşı nəticələr əldə etmiş olarıq. Yəni, karantin qaydalarına əməl etsək, qaydaları pozmasaq, maska taxıb sosial məsafəni gözləsək, gigiyenik qaydalara əməl etsək, bütün bunlar da karantin rejiminin yumşalmasına köklənə bilər".

"Biz bu il nə yazı, nə də yayı normal hiss etdik. Lakin mövcud vəziyyət payızda da davam edərsə, bu bir çox psixoloji problemlərin yaranmasına rəvac verə bilər. Psixoloji problem dedikdə, yalnız depressiya nəzərdə tutulmamalıdır. Bura təşviş, aqressiya və bir çox psixoloji problemləri də əlavə edə bilərik. Karantin qaydalarının davam etməsi, yeni vərdişlərin formalaşması onsuz da insanlarda müəyyən narahatlıqlar yaradıb. Çünki ötən ilin yayı ilə bu ilin yayını müqayisə etdikdə həyatımızda nə qədər dəyişikliklərin olduğunu görə bilərik. Ötən il insanların hamısı dincəlmək üçün harasa üz tutmasalar da,  ən azı istədikləri vaxtda evdən çıxa bilirdilər. İnsanlar rahatlıqla həyətə düşə, parka gedə bilirdilər. İnsanların bir azadlıqları var idi, bu gün isə o azadlıq məhdudlaşdırılıb", - deyə psixoloq əlavə edib.

O bildirib ki, insanlar asanlıqla yeni davranış modelinə uyğunlaşmış olsaydılar, bəlkə də karantin qaydaları bu qədər sərt olmazdı: "Bir toplum olaraq yeni davranış modelini bu rejimdə qəbul etməkdə çətinlik çəkdik. Çünki biz əl verib görüşməyə, sosial məsafə gözləməməyə öyrəşmişdik. Düşünürəm ki, bu gün hökumət payızdan daha çox bu günə köklənib yoluxanların sayının azalması, sağalanların sayının artmasına nail olmağı hədəfləyib. Yəni, bu gün hökumət payızdan daha əvvəl iyul və avqustda vəziyyəti nəzarətə almağı hədəfləyib".

620
Marketdə monitorinq, arxiv şəkli

Monitorinq keçirilmiş sahibkarlıq subyektlərinin 42%-i karantin qaydalarına əməl etməyib

0
(Yenilənib 08:36 15.07.2020)
Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir.

BAKI, 15 iyul — Sputnik. Fəaliyyətinə icazə verilmiş ticarət, xidmət və istehsal sahələrində Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən mayın 22-dən başlayaraq monitorinqlər keçirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məqsədlə Bakı şəhəri ilə yanaşı, iqtisadi rayonlar, həmçinin sənaye müəssisələri üzrə monitorinq qrupları yaradılıb. İndiyədək monitorinq keçirilmiş 16133 sahibkarlıq subyektinin 6778-də və ya 42%-də nöqsanlar aşkar edilib.

Monitorinqlərdə Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirmə işləri aparıb, xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, fiziki məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunması zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıblar.

"Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir. Əgər monitorinqlərin başlandığı ilk günlərdə monitorinqlərin əhatə etdiyi obyektlərin böyük əksəriyyətində nöqsanlar aşkar edilirdisə, hazırda bu cür hallar əhəmiyyətli dərəcədə azalıb. Belə ki, iyulun 13-də Bakı şəhərində monitorinq keçirilmiş obyektlərin cəmi 9,9%-də, digər şəhər və rayonlar üzrə isə 15,8%-də nöqsanlar aşkar olunub. İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, sahibkarlıq subyektləri tərəfindən xüsusi karantin qaydalarına, habelə zəruri sosial davranış və sanitar-epidemioloji tələblərə tam riayət olunmalıdır", - deyə nazirlikdən bildirilib.

0