Hava limanı

Novruzda hara gedə bilərik?

78
(Yenilənib 10:55 28.02.2018)
Novruz bayramı günlərində ölkəyə gələn turistlərin sayının ölkədən dincəlməyə gedəcək insanların sayından çox olacağı proqnozlaşdırılır

BAKI, 28 fevral — Sputnik. Novruz bayramı günlərində azərbaycanlı turistlərin ilk növbədə Türkiyə və Gürcüstan, daha sonra isə Avropa ölkələri və Birləşmiş Ərəb Əmirliyinə (Dubay) səfər edəcəyi gözlənilir.

Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Novruz bayramı günlərində ölkəyə gələn turistlərin sayının ölkədən dincəlməyə gedəcək insanların sayından çox olacağı proqnozlaşdırılır.

N.Bağırov qeyd edib ki, bu ilki Novruz bayramı günlərində Azərbaycana xaricdən gələcək turistlər arasında İran vətəndaşlarının sayının üstünlük təşkil edəcəyi gözlənilir:

"Martın 21, 22, 23-də İrandan Azərbaycana böyük turist qrupları gələcək. İrandan gələcək turistlərin sayının çoxluğunu nəzərə alaraq, bayram günlərində İran və türk müğənnilərinin konsertlərinin keçirilməsi nəzərdə tutulur".

N.Bağırov qeyd edib ki, Novruz bayramı günlərində Azərbaycana ərəb ölkələrindən, Rusiyadan də turistlər gələcək.

Xatırladaq ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Onlardan 853 082 nəfər Rusiya, 537 710 nəfər Gürcüstan, 362 597 nəfər İran, 301 553 nəfər Türkiyə, 102 360 nəfər Birləşmiş Ərəb Əmirlikləri, 62 454 nəfər İraq, 57 756 nəfər Ukrayna, 33 273 nəfər Səudiyyə Ərəbistanı, 381 213 nəfər isə digər ölkələrin vətəndaşları olub.

2017-ci ildə xarici ölkələrə gedən azərbaycanlı turistlərin sayı əvvəlki illə müqayisədə 4 faiz azalaraq 4 108,9 min nəfər olub. Azərbaycan vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İran, 22,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 1,6 faizi Ukrayna, 1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi isə digər ölkələrə səfər edib.

78
Teqlər:
Azərbaycan Turizm Assosiasiyası, turistlər, Novruz bayramı
Məmur, arxiv şəkli

Mədəniyyət Nazirliyində yeni təyinat - Rüfət Həsənov direktor oldu

3
(Yenilənib 15:13 14.08.2020)
Bundan əvvəl həmin vəzifəni icra edən şəxs Cahangir Məmmədov olub. O, yaş həddi ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.

 

BAKI, 14 avqust — Sputnik. Həsənov Rüfət Rauf oğlu Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Sputnik Azərbaycan bildirir ki, Mədəniyyət nazirinin birinci müavini, nazirin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.

Qeyd edək ki, Rüfət Həsənov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Men ştatında fəaliyyət göstərən Beyts Kollecini (Bates College) rejissor ixtisası üzrə bitirib.

Sənət fəaliyyətinə ABŞ-ın Nyu-York ştatında fəaliyyət göstərən "Vice Media" şirkətində montaj rejissoru olaraq başlayan rejissor Rusiyanın Moskva şəhərində yerləşən "Vita Aktiva" Kommunikasiya İnstitutunda post-prodakşn meneceri kimi fəaliyyətini davam etdirib.

R.Həsənov 2013-2017-ci illərdə Litvanın Vilnüs şəhərində yerləşən "Lupa Q" prodakşn şirkətində rejissor və Rusiyanın Moskva şəhərində yerləşən "Lemon Films" studiyasında montaj rejissoru kimi işləyib.

2017-ci ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının rejissoru kimi fəaliyyətini davam etdirən Rüfət Həsənov son təyinatadək "Debüt" studiyasının direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl həmin vəzifəni icra edən şəxs Cahangir Məmmədov olub. O, yaş həddi ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.

3
Əlaqədar
Anar Kərimov nazirliyin üç işçisini vəzifədən azad etdi
Qarabağın adıyla halal pul qazanmaq olar - gərək başı da, ürəyi də işlədəsən
Mədəniyyət nazirinə yeni müşavir təyin edildi
Coğrafiya müəlliminin pencəyinin sorağı Türkiyədən gəldi
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Yığma komandamız Türkiyəyə hazırlaşır - FOTO

3
(Yenilənib 15:00 14.08.2020)
Kamandan oxatma üzrə yığma komandamızın baş məşqçisi deyir ki, onlar yaxın gələcəkdə şəhid generalımız Polad Həşimovun xatirəsinə turnir keçirilməsi təşəbbüsünü irəli sürəcəklər

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Azərbaycanın kamandan oxatma üzrə yığma komandası Qəbələ Atıcılıq Klubunda məşqlərə start verib. Son altı ay ərzində ilk dəfədir ki, komanda açıq havada təlim-məşqlərə başlayıb. Toplantıların 15 gün davam edəcəyi nəzərdə tutulub. Yığma komandanın məşqçisi Natiq Fazilovun Sputnik Azərbaycan-a bildirdiyinə görə, bu məşqlər olduqca vacib və mütləqdir: “Əslində, bu məşqlər hazırlıq məqsədi ilə nəzərdə tutulmamışdı. Lakin Qəbələdə olanda xəbər gəldi ki, Türkiyənin Antalya şəhərində beynəlxalq turnir planlaşdırılır. Turnir Türkiyənin şəhidi Qəhrəman Baqatırın xatirəsinə həsr olunacaq.

© Sputnik / Ilham Ahmadov
Ox atma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Turnirdə 12 dövlətdən iştirakçıların olcağı bildirilib. Buna görə də bizim bu gün Qəbələdə məşqlərdə olmağımız yerinə düşdü və oxatanlarımız çalışacaqlar ki, məşqlərdə yüksək səviyyədə iştirak etsinlər. Qəbələdə hazırda məşqlərdə 12 nəfər idmançı və üç məşqçi iştirak edir".

Yığma komandanın məşqçisi onu da bildirdi ki, ilk həftə idmançıların məşqlərə köklənməsi olduqca çətin keçib. Onun sözlərinə görə, bu, başadüşüləndir, çünki onlar altı aya yaxın idi ki, ancaq evlərdə fərdi şəkildə məşq edirdilər: "Hazırda vəziyyət, demək olar ki, yaxşıdır. Artıq gündə iki dəfə məşqlər edirik və hər məşq zamanı 120-200-dək atışlar edilir. Əlbəttə, bu olduqca böyük əziyyət və güc tələb edən bir məşqdir, ancaq bütün bunlara baxmayaraq çox böyük ümidlərimiz var ki, şanlı bayrağımızı istənilən xarici ölkədə dalğalandıracağıq".

  • Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
    © Sputnik / Ilham Ahmadov
  • Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
    © Sputnik / Ilham Ahmadov
  • Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri
    © Sputnik / Ilham Ahmadov
1 / 3
© Sputnik / Ilham Ahmadov
Oxatma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Natiq Fazilov həmçinin bildirdi ki, onlar yaxın gələcəkdə şəhid generalımız Polad Həşimovun xatirəsinə turnir keçirilməsi təşəbbüsünü irəli sürəcəklər və bu turnirin beynəlxalq səviyyədə ya Bakı şəhərində, ya da Qəbələdə - qəhrəmanımızın doğma diyarında - olmasına ümid edirlər.

Komandanın üzvü Nəzrin Zamanova son bir necə gündür ki, məşqlərin əla keçdiyini və nəticələrin qalxdığını deyir "İlk günlər yadırğadığımızı hiss etdik, hətta məsafəyə belə çatmaq bizim üçün çox çətin idi. Hazırda əla vəziyyətdəyik və bizə bu şəraiti yaratdıqları üçün minnətdarlığımızı bildiririk".

© Sputnik / Ilham Ahmadov
Ox atma üzrə Azərbaycan yığma komandasının Qəbələdə məşqləri

Komandanın üzvü Məhəmmədəli Əliyev də irəliləyişin olduğunu vurğulayır: "Rejimlə işləyirik, uğur əldə etməyə çalışırıq. Uzun müddətdən sonra ilk dəfədir ki, ağır məşqlərdəyik. Artıq uyğunlaşırıq və irəliləyişlər var. Bizim üçün çətin olsa da qaldığımız yerdən davam edərək nailiyyətlər əldə edəcəyimizə əminəm".

3