Xocalıdan olan qızcığaz

Ailəsini Xocalıda itirən qadın: "İçəri keçəndə, təzə keçinmişdi, bədəni isti idi..."

587
(Yenilənib 14:25 26.02.2018)
"Atan bir kəlmə onu deyib ki, "nə pis yerimdən vurdular". Elə orda da canını tapşırıb..."

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirdi.

Həmin gün dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdi.

Aradan 26 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı itirdiklərini unutmur, yad edir. İtirdiklərimizin qisası alınmasa da, ürəyimiz qisas hissi ilə döyünür…

Həmin gün yaxınlarını itirənlərdən biri də Əliyeva Vərziyar Mürşüd qızıdır. O, 1964-cü ildə Xocalıda anadan olub. Sputnik Azərbaycan-ın müxbiri Vərziyar xanımla həmsöhbət olub, çətin də olsa, Xocalı faciəsini bir daha hadisə şahidinin dilindən dinləyib.

Vərziyar Əliyeva
© Photo : Ailənin şəxsi arxivindən
Vərziyar Əliyeva

Vərziyar xanım deyir ki, ailələri 12 nəfərdən ibarət olub: "Hadisəyə qədər mən 10 illik Xocalı orta məktəbini bitirib, xalam oğlu Əbülfət Əliyevlə ailə həyatı qurmuşdum. Çox xoşbəxt ailəm, iki uşağım vardı. Yoldaşım Xocalı aeroportunda polis idi. Atam isə özünümüdafiə batalyonun döyüşçüsü idi".

Vərziyar xanım ermənilərin ilk hücumunu xatırlayır: "İlk dəfə ermənilər bizə 1988-ci ildə hücum etmişdi. Həmin gün Xocalıda toy idi. Sinif yoldaşım Sədiqənin toyu. Qızım 20 günlük idi. Birdən atışma başlandı. Silah səsləri toyun səsinə qarışmışdı. Əvvəlcə elə düşündük ki, cavanlarımız bəyi gətirir. Bizim adətimiz idi ki, bəyi gətirəndə atəş açardılar. Sonra gördük ki, yox, bu səs o səsdən deyil".

"Yoldaşım əlində balta-dəhrə həyəcanlı şəkildə gələrək dedi ki, ermənilər hücuma keçib. Toyumuzu qara gətirdilər. Aradan 26 il keçməsinə baxmayaraq,  mən həmin günləri xatırlayanda sanki yenidən yaşayıram. Gəlin və toyun qonaqları bir zirzəmiyə yığışdıq. Kişilər, qadınlar əlində balta, dəhrə müdafiəyə keçdi. Bir müddət əvvəl bizdən silahlar yığılmışdı…" — deyir müsahibimiz.

Xocalı dərdini özü ilə daşıyan həmsöhbətimiz danışır ki, həmin vaxt gənclər erməniləri yerinə oturdub: "Dövr ağır dövr idi. Ermənilər ağır yük maşınları ilə əhaliyə hücum edir, onların üstündən keçməyə çalışırdı. Yavər adlı bir gənc vardı. Atılıb, yük maşının sürücüsünü sükandan salmışdı. Bizim gənclərimiz çox güclü idi".

"Erməni kim idi ki, bizi məhv edə bilsin. Atışma olan kimi qadınlı-kişili atışma olan əraziyə qaçırdıq. 4 il biz qadınlı-kişili Xocalımızı qoruduq. 4 il mühasirədə qaldıq. Son unumuza, son qanımıza qədər vuruşduq" — deyir.

Vərziyar xanım üçün o günləri xatırlamaq nə qədər çətin olsa belə danışmağa davam edir: "Hadisədən 20 gün öncə mən uşaqları da götürüb Ağdama gəldim. Biz 5-10 gün başqa yerdə qalanda Xocalı üçün darıxırdıq. Xocalı mühasirədə idi. Bizim yerlə əlaqələrimiz kəsilmişdi. Ancaq hava yolumuz açıq idi. Bizim azuqəmiz də bitmişdi".

"Həftədə bir dəfə hava limanına vertolyot gələrdi. Mən də balalarımı götürüb çıxdım. Yadıma gəlir, qızım qucağımda balaca idi. Özüm qızımla vertolyota minmişdim. Amma oğlumu mindirə bilmirdim. Yoldaşımın əmisi Eldar (o da itkin düşüb) oğlumu vertolyotun pəncərəsindən içəri saldı. Pulum, qızıllarım, pal-paltarım hamısı hava limanında töküldü, itdi. Həftələrlə başqalarının evində qaldım" — həmsöhbətimiz bildirir.

"Atamdan, yoldaşımdan xəbərsiz qaldım. O zamanlar telefon yox idi ki, xəbərləşə bilək. Fevralın 25-dən 26-sına keçən gecə saat 22. 15 radələrində 4 tərəfdən 366-cı polk tanklarla Xocalıya hücum edib. Yenə deyirəm, bizə erməni heç nə edə bilməzdi" — Vərziyar xanımın boğazı kilidlənir sanki.

Gözləri dolan həmsöhbətimiz bir qədər toparlandıqdan sonra o günləri xatırlamağa davam edir: "Həmin vaxt mən uşaqlarımla Ağdam yataqxanasında idim. Ağdamlılar sağ olsun, yeməyimizə qədər təmin edirdilər. O qədər qar yağmışdı ki, çölə addım atmaq mümkün deyildi. Səhərin alatoranında bir qadın qışqırığı gəldi. Həlimə adlı gəlin qışqırırdı ki, Xocalını məhv ediblər. "Xocalıları qırıblar, ay camaat ayılın". Hamı evlərdən çölə töküldü".

Vərziyar xanım deyir ki, Xocalının xəbərini eşidənlər Ağdamın Şelli kəndindən keçib Qaraqayaya tərəf hərəkət etməyə başlayıb: "Atışma səsləri gəlirdi. Saatda bir qaraltı görürdük. Kimsə canını qurtara bilmişdisə, gəlirdi. Vəfa adlı qız çıxdı qarşıma…"

Həmsöhbətimiz qarşısında çıxan qızdan atasının öldürüldüyünü öyrəndiyini deyir: "Vəfa dedi ki, Mürşüd dayını vurdular. İnanırsınız, atam 4 il postlarda yatmışdı. İcra başçısı Elman Məmmədov ona beşatılan vermişdi. Atam çiynində beşatılanı ilə bütün postları gəzirdi. Atasız uşaqları posta çıxmağa qoymurdu, özü çıxırdı onların yerinə. İnqilab adlı bir döyüşçü danışırdı ki, atam dizini qoyub yerə, onlarla erməni öldürüb. Axırda ürəyindən vurublar. Bir kəlmə onu deyib ki, "nə pis yerimdən vurdular". Elə orda da canını tapşırıb…"

Bir qız üçün atasının ölümü haqqında danışmaq dəhşətli olsa da, Vərziyar xanım bu dərdin ağırlığını illərdir daşıyır: "Atamın meyitini Ağdam məscidinə gətirdilər. Onu məsciddə betonun üzərinə uzatmışdılar. Boylu-buxunlu cüssəli atam var idi… Mən onu ağlayanda qız gəlinin naləsi ətrafı bürümüşdü. Bütün qız-gəlinlərin üzündən qan tökülürdü. Başımıza döyüb, üzümüzü cırırdıq. Acı keçmirdi…"

Atasına ağı deyən Vərziyar xanım bu vaxt həyat yoldaşının ağır xəbərini də alır: "Sonra bir gəlin gəldi. Dedi ki, "nə durmusan, yoldaşını gətiriblər. Əbülfət gəlib". Dedilər ki, hələ sağdı. Atamı orda qoyub Ağdam xəstəxanasına qaçdım. Heç bilmirdim ki, uşaqlarım hardadı. Uşaqlarımı qurban demişdim ki, yoldaşım salamat qalsın. Düşünürdüm ki, yenə uşaqlarımız olar, amma Əbülfətə heç nə olmasın…"

Təəssüf ki, Vərziyarın "qurbanı" qəbul olmur: "Xəstəxananın qarşısı adamla dolu idi. Heç kimi yaxın buraxmırdılar. Kamil Məmmədov var idi, hava limanında komandir müavini idi. Gördüm, ağlaya-ağlaya pilləkənləri düşür. Soruşdum ki, Əbülfət öldümü? Cavab vermədi. Ağlaya-ağlaya getdi. İçəri keçəndə yoldaşımın bacısı Afət yanında idi. Yoldaşım təzə keçinmişdi. Əbülfətin çiynindən, budundan qan axırdı. Mən içəri keçəndə hələ bədəni isti idi. Üzünə baxdım. Üzündə təbəssüm keçinmişdi…"

"Hamı danışır ki, yoldaşım həmin gün həqiqətən qəhrəmanlıq göstərib. Qız-gəlini çaydan keçirib, gələ bilməyənləri kürəyində gətirib. Axırda iki yerdən yaralanıb, şəhid olub" — deyə xatırlayır.

Vərziyar xanımın atası ilə həyat yoldaşını Ağdamda — 1941-1945 abidəsinin yanında dəfn edirlər. Həmin ərazi Xocalıların qəbri ilə dolur. Ölənlərin yarısını isə Uzundərə deyilən yerdə basdırırlar. 

  • Əbülfət Əliyev
    Əbülfət Əliyev
    © Photo : Ailənin şəxsi arxivindən
  • Mürşüd Əliyev
    Mürşüd Əliyev
    © Photo : Ailənin şəxsi arxivindən
  • Əliyev Elçin
    Əliyev Elçin
    © Photo : Ailənin şəxsi arxivindən
  • Vərziyar Əliyevanın bacısının ailəsi
    Vərziyar Əliyevanın bacısının ailəsi
    © Photo : Ailənin şəxsi arxivindən
  • Vərziyar Əliyevanın bacısı oğlu Elgiz
    Vərziyar Əliyevanın bacısı oğlu Elgiz
    © Photo : Ailənin şəxsi arxivindən
  • Xalası oğlu Əliyev Ürfət İman oğlu
    Xalası oğlu Əliyev Ürfət İman oğlu
    © Photo : Ailənin şəxsi arxivindən
1 / 6
© Photo : Ailənin şəxsi arxivindən
Əbülfət Əliyev

Həmsöhbətimiz danışır ki, Xocalıda həmin gün bacısı Əliyeva Heyran Mürşüd qızı ailəsi ilə birlikdə — həyat yoldaşı Əliyev Firdovsi İsa oğlu, uşaqları Əliyev Elçin, Elgiz, xalası oğlu Əliyev Ürfət İman oğlu itkin düşüblər: "Bacım Heyranın ailəsini axtarmağa başladım, ancaq tapa bilmədim. Yoxa çıxmışdılar. Kimsə dedi ki, ola bilsin, əsir düşüblər. Bacım, həyat yoldaşı və iki oğlu həmin gün yox oldu. Mən indiyə qədər onları axtramışam. Bütün qurumlara müraciət etmişəm. Hətta "Səni axtarıram" proqramına da getmişəm, şəkillərini aparmışam ki, bəlkə görən, bilən olar".

Aradan illər keçib. Vərziyar xanım çətinliklə də olsa övladlarını böyüdüb: "Oğlum Taryel Əliyev Dövlət İdarəçilik Akademiyasını bitirib, polisdə çalışır, hazırda baş leytenantdır. Uşaqlarım ailə həyatı qurub. Mən Əbülfətin yadigarlarını gözəl qorumuşam, onlara atasızlığı hiss etdirməmişəm".

İllərdir özü ilə ağır dərd daşıyan və hər gün o dərdlə yanıb-qovrulan Vərziyar xanım Xocalıya yenidən qovuşmağın yarasına az da olsa dərman olacağını deyir: "Düzdür, dərdim çoxdur. Amma erməni sevinməsin. İndi mənim bir arzum da var ki, oğlumun bir oğlu olsun, Əbülfətin adını ona qoyum".

587
Teqlər:
soyqırımı, şahid, Xocalı, faciə
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub

8
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

8
Teqlər:
Azərbaycan, test, Koronavirus, COVID-19, yoluxma
Bakıda velosipedçilər, arxiv şəkli

Velosiped yolları ilə bağlı konsepsiya hazırlanıb

1
O, həmçinin əlavə edib ki, bununla yanaşı, tramvay yolları da artıq baş planda əksini tapıb və BNA tərəfindən bu istiqamətdə də işlər həyata keçirilməkdədir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində alternativ nəqliyyat növləri sayılan velosiped yollarının və tramvay xətlərinin inkişaf etdirilməsi nəzərdə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, velosiped yolları ilə bağlı böyük bir konsepsiya hazırlanıb ki, bu da avtobus zolaqları ilə yanaşı, Bakı şəhərinin baş planına inteqrasiya edilib.

"Yaxın zamanlarda Bakı şəhərinin mərkəzində biz velosiped zolaqları ilə bağlı konkret əməli işlərin şahidi ola biləcəyik", - deyə T.Səfərov qeyd edib.

O, həmçinin əlavə edib ki, bununla yanaşı, tramvay yolları da artıq baş planda əksini tapıb və BNA tərəfindən bu istiqamətdə də işlər həyata keçirilməkdədir.

1
Teqlər:
Bakı şəhəri, velosiped, BNA

Bayraqlarla küçələrdə: Bakıda Kəlbəcərin qaytarılmasını qeyd etdilər

0
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal edilmişdi.

Bakıda Kəlbəcər rayonunun erməni işğalından azad olunması münasibətilə avtoyürüş keçirilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş maşınlar şəhərin mərkəzi küçələri ilə hərəkət ediblər.

Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən noyabrın 10-da  imzalanan razılaşmaya uyğun olaraq, Azərbaycan ordusunun bölmələri 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Bu hadisə ilə əlaqədar Bakıda avtomobil yürüşü təşkil edilib. Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzədilmiş avtomobillər Heydər Əliyev Mərkəzindən başlayaraq Bakının mərkəzi küçələri ilə Şəhidlər Xiyabanına doğru hərəkət ediblər.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən işğal edilmişdi.

0
  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş

  • © Sputnik / Murad Orujov

    Bakıda Kəlbəcərin işğaldan azad edilməsinə həsr olunmuş avtoyürüş