Əməkdar artist Rafiq Hüseynov

Tanınmış azərbaycanlı aktyor xəstəlikdən tanınmaz vəziyyətə düşüb - VİDEO

576
(Yenilənib 01:15 26.02.2018)
Rafiq Hüseynov 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır

BAKI, 25 fevral — Sputnik. Aktyor, Əməkdar artist Rafiq Hüseynov ağır xəstəlikdən əziyyət çəkir.

Sputnik Azərbaycan milli.az-a istinadən xəbər verir ki, bir qrup gənc aktyor Əməkdar artisti ziyarətə gedib.

Videodan da aydın görünür ki, aktyor tanınmaz hala düşüb, üstəlik çətinliklə danışır.

Qeyd edək ki, Rafiq Hüseynov 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. O, aktyorluqdan əlavə rejissor kimi də bir neçə tamaşaya quruluş verib.

576
Teqlər:
Rafiq Hüseynov, Gənc Tamaşaçılar Teatrı, aktyor, xəstəlik
Əlaqədar
Məşhur aktyor komaya düşüb
Məhkəmədə qalib gələn aktyor: "Onların hamısı məndən üzr istəməlidir"
Direktorun "nəslini kəsən" aktyor barədə: "Vəzifəli şəxsi təhqir və təhdid edib"
Direktoru "nəslini kəsməklə" hədələyən aktyor barəsində araşdırma başladı - VİDEO
Aktyor və ssenari müəllifi olmağı arzulayır, amma “Sən supersən!”i fəth etməyə gedir
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

42
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

42
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

32
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

32