CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tələbələrə xoş xəbər: Təqaüdlər artırıldı

© Official website of President of Azerbaijan Republicİlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün təqaüdlərin aylıq məbləği 10 faiz artırılır

BAKI, 24 fevral — Sputnik. Prezident İlham Əliyev doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb. 

Sputnik Azərbaycan xəbər verir ki, doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün Azərbaycan Respublikası prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamı ilə müəyyən edilmiş təqaüdlərin aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti
0