CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid atanın medalı övladlarına təqdim edildi

© Sputnik / Leyla Abdullayeva"Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medal şəhid gizir Fizuli Salahovun övladlarına təqdim olunarkən
Hərbi xidmətdə fərqlənməyə görə 2-ci dərəcəli medal şəhid gizir Fizuli Salahovun övladlarına təqdim olunarkən - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhidin təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medal bu gün onun övladlarına təqdim edilib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Ötən ilin 13 dekabrında düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Fizuli Süleyman oğlu Salahovun təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medal bu gün onun övladlarına təqdim edilib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə rayon icra hakimiyyəti başçısının 1-ci müavini Mehdi Balabəyov, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin rəisi, polkovnik-leytenant Anar Ağabəyov və bölmənin əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin əməkdaşları və ictimaiyyət numayəndələri iştirak edib.

© Sputnik / Leyla AbdullayevaŞəhidin övladları Nihat və Nicat
Şəhidin övladları Nihat və Nicat - Sputnik Azərbaycan
Şəhidin övladları Nihat və Nicat

Abdulla Qurbani çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən, aprelin əvvəllərində cəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurlardan danışıb. Qeyd edib ki, şəhidlərimizin intiqamı həmişə alınıb, bu gün də düşmənlə qarşıdurma xəttində Ermənistan silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır və təmas xəttində əməliyyat şəraiti Milli Ordumuzun tam nəzarəti altındadır. Aprel döyüşləri bir daha dövlətimizin və Silahlı Qüvvələrimizin gücünü, xalqımızın birliyini və həmrəyliyini göstərib. Xalq Ordusuna güvəndiyi kimi Azərbaycan əsgəri də arxasında böyük xalqın dayandığından daha da ruhlanaraq qarşıya qoyulmuş bütün tapşırıqları layiqincə yerinə yetirir.

© Sputnik / Leyla AbdullayevaŞəhidin ailəsinə təqdim edilmiş medal və vəsiqə
Şəhidin ailəsinə təqdim edilmiş medal və vəsiqə - Sputnik Azərbaycan
Şəhidin ailəsinə təqdim edilmiş medal və vəsiqə

Tədbirdə, həmçinin bildirilib ki, F.Salahov 1978-ci ildə Şabranın Gəndov kəndində dünyaya gəlib. Şəhidlik zirvəsinə ucalanadək 20 ilə yaxın Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Vətənə şərəflə qulluq edən gizir daim öz cəsarəti və igidliyi ilə seçilib. Hərbi xidmətdə fərqləndiyinə görə sağlığında dəfələrlə təltif olunub. F.Salahova "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı Prezident İlham Əliyev cəbhə bölgəsinə səfəri zamanı şəxsən təqdim edib.

Aprel döyüşlərinin də fəal iştirakçısı olan Fizulu Salahov 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.

© Sputnik / Leyla AbdullayevaTədbir iştirakçıları
Tədbir iştirakçıları - Sputnik Azərbaycan
Tədbir iştirakçıları

Çıxışlarda qəhrəmancasına şəhid olmuş Fizuli Salahovun daim xatirələrdə yaşayacağı, onun şərəfli ömür yolunun gənclərə örnək olduğu bildirilib.

Daha sonra şəhidin layiq görüldüyü medal onun övladları Nihat və Nicata təqdim olunub.

Şəhidin atası Süleyman Salahov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini söyləyib. Şəhid atası bildirib ki, hər bir Azərbaycan gənci Vətən uğrunda döyüşməyə, torpaqlarımızı düşməndən azad etmək üçün silaha sarılmağa hazır olmalıdır.

F.Salahovun təltif edildiyi medal təqdim olunduqdan sonra mərasim iştirakçıları rayonun Gəndov kənd qəbiristanlığında şəhidin məzarını ziyarət ediblər.

Xəbər lenti
0