CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq

© Sputnik / Irade JELILДвижение транспорта на одной из центральных улиц Баку, фото из архива
Движение транспорта на одной из центральных улиц Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının Məhəmməd Hadi küçəsində hərəkət məhdudlaşdırılacaq

BAKI, 23 fevral — Sputnik. Təmir işləri ilə əlaqədar sabahdan Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən ("Əhmədli" metro stansiyası) Babək prospektinə qədər olan istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

Sputnik Azərbaycan bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq. Sürücülərə həmin istiqamət üzrə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. 

Küçənin digər istiqamət üzrə, yəni Babək prospektindən Əhmədli metrostansiyasına doğru olan hissəsində isə hər-hansı bir məhdudiyyət tətbiq edilməyəcək.

Xəbər lenti
0