CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Lənkəranda Şəhidlər Xiyabanında kişi meyiti tapıldı

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
Meyit aidiyyatı üzrə müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Lənkəranda naməlum kişi meyiti tapılıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə polisə yerli sakinlər məlumat veriblər.

Meyiti şəhərin Şəhidlər Xiyabanı ərazisində aşkarlanan kişinin 50-55 yaşlarında olduğu təxmin edilir. Meyit aidiyyatı üzrə müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0