İntihar kəndiri, arxiv şəkli

Sahə müvəkkili müəmmalı şəkildə intihar edib

659
(Yenilənib 09:52 22.02.2018)
Balakən rayonunun sabiq sahə müvəkkili Ağdam rayonunda özünü öldürüb

BAKI, 21 fevral — Sputnik. Balakən rayonunun sabiq sahə müvəkkili Ağdam rayonunda özünü öldürüb.

Bu barədə Sputnik Azərbaycan-a Ağdam rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

İnformasiyaya görə, Çəmənli kənd sakini, 1960-cı il təvəllüdlü Məmmədov Yaşar Firudin oğlu fevralın 20-də evinin həyətində özünü asıb.

Ağdam rayonunun istintaq orqanları hələlik intiharın səbəbini müəyyən etməyiblər. Lakin ilkin araşdırma zamanı məlum olub ki, Məmmədov şəkərli diabetdən və yüksək qan təzyiqindən əziyyət çəkirmiş. Ehtimal var ki, mərhumun intiharına səbəb depressiya vəziyyətində olması olub. İntiharın digər görünən səbəbi yoxdur.

Məmmədov əvvəllər Balakən rayon Polis İdarəsində işləyib, sonra oradan istefaya çıxıb.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

659
Teqlər:
sahə müvəkkili, Ağdam rayonu, depressiya, intihar
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

4
(Yenilənib 16:14 01.12.2020)
Bu gün üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Laçın rayonu Ermənistanın işğalından azad edildi.

BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva Laçın rayonunu işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir: “Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy, Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!”

4
Teqlər:
Birinci vitse-prezident Mehriban Əliyeva, Laçının azad olunması
Silahlı, arxiv şəkli

Ombudsman Ermənistanın muzdlulardan istifadə etməsi ilə bağlı müraciət edib

10
(Yenilənib 15:44 01.12.2020)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın hərbi-siyasi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasəti,

BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın hərbi-siyasi rəhbərliyinin etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasəti, o cümlədən hərbi əməliyyatlarda terrorçu qruplaşmalardan və muzdlulardan istifadə etməklə Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Ombudsman Aparatından Sputnik Azərbaycan-a bildirilib ki, müraciətdə Azərbaycanın işğal edilmiş torpaqlarında Ermənistan tərəfindən əhalinin sayını süni şəkildə artırmaq və bununla da həmin ərazilərdə demoqrafik vəziyyəti öz xeyrinə dəyişmək məqsədilə Livan, Suriya, İraq və digər ölkələrdən olan etnik ermənilərin həmin işğal olunmuş ərazilərə köçürülməsi ilə etnik təmizləmə və qeyri-qanuni məskunlaşma siyasəti aparıldığı bildirilib.

Müraciətdə, habelə qeyd olunan bu fəaliyyətlə işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və ona əlavə protokolları, Haaqa Konvensiyalarını, eləcə də Ermənistanın öz üzərinə götürdüyü digər öhdəlikləri, habelə öz daxili qanunvericiliyinin tələblərini kobudcasına pozduğu vurğulanıb. Ombudsmanın müraciətində Ermənistanın siyasi manevr edərək 27 oktyabr 2020-ci il tarixində Azərbaycan tərəfindən 1997-ci ildə ratifikasiya olunmuş BMT-nin "Muzdluların cəlb edilməsinə, onlardan istifadə olunmasına, onların maliyyələşdirilməsinə və təliminə qarşı mübarizə haqqında Beynəlxalq Konvensiya"sını ratifikasiya etməsi, buna baxmayaraq, muzdluları silahlı münaqişələrə cəlb edərək bu Konvensiyanın da tələblərinə biganə münasibət və aşkar surətdə hörmətsizlik nümayiş etdirdiyi qeyd edilib. Bununla yanaşı, müraciətdə Ermənistan tərəfindən hərbi əməliyyatlara müxtəlif terrorçu qruplaşmaların üzvləri və muzdluların cəlb edilməsinə dair faktlar diqqətə çatdırılıb.

Müvəkkil müraciətində beynəlxalq təşkilatları Ermənistanın etnik təmizləmə və qeyri-qanuni məskunlaşdırma siyasətini, eləcə də muzdluları, terrorçu qruplaşmaları münaqişəyə cəlb etməklə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozması faktlarını araşdırmağa və həmin cinayət əməllərinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən  edən tədbirlər görməyə çağırıb.

10
Teqlər:
muzdlu, Ermənistan, müraciət, ombudsman

Ölməyən futbol sevdası: Məzarı üstə sevimli komandasının təmsil edilməsini istəyən şəhid

0
(Yenilənib 14:09 01.12.2020)
Kapitan Fərid Dursunov sağ ikən vəsiyyət etmişdi ki, şəhid olsa məzarına Azərbaycan bayrağı ilə yanaşı, Türkiyənin Qalatasaray futbol klubunun bayrağı da sancılsın. Dostları isə şəhidin bu arzusunu yerdə qoymayıblar. Daha ətraflı – videomuzda.

Qaxın Qorağan kəndindən olan kapitan Fərid Dursunov sentyabrın 28-də Daşkəsən istiqamətində şəhid olub. O, sağ ikən Türkiyənin “Qalatasaray” futbol klubunu o qədər sevirmiş ki, şəhid olsa, dostlarına məzarı üstə Azərbaycan bayrağı ilə yanaşı, azarkeşi olduğu futbol klubunun bayrağının da sancılmasını vəsiyyət edib.

Ayağını itirdiyi halda yenidən cəbhəyə can atan qazi – video
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

Dostları isə şəhidin ruhunu şad etmək üçün onun sözünü yerdə qoymayıblar. Bundan xəbər tutan Türkiyə klubunun rəsmiləri şəhidin bu qeyri-adi istəyinə reaksiya verib, şəhidin atası Fazil Dursunovla əlaqə saxlayıblar. Klub prezidentinin köməkçisi Yusuf Günay Dursunovlar ailəsinə baş sağlığı verib, klub rəsmilərinin mütləq şəhidimizin məzarını ziyarət edəcəklərini bildirib. Bundan başqa, o söz verib ki, klubun növbəti matçların birində, futbolçular sahəyə üzərində “Fərid” yazılmış forma ilə çıxacaq.

Maraqlısı odur ki, Fərid evin yeganə hərbçisi deyil. Onun iki kiçik qardaşı da bir vaxtlar Fəriddən ilhamlanaraq hərbçi olmaq istəyiblər. Hal-hazırda hər ikisi cəbhə bölgəsində xidmətlərini davam etdirir. Fəridin həyat yoldaşına son sözləri isə geridə buraxdığı iki oğlu ilə bağlı olub. O, yoldaşı Məryəm Dursunovadan onlara göz bəbəyi kimi baxmağı xahiş edib.

0