Bayılda torpaq sürüşməsi nəticəsində dağılan ev

Sürüşmə zonasında yaşayanlara kirayə pulu verildi MƏBLƏĞ

130
(Yenilənib 09:48 22.02.2018)
Tam dağılmış 4 fərdi yaşayış evinin sahibinə veriləcək birdəfəlik kompensasiyanın məbləği müəyyən edilərək Nazirlər Kabinetinə təqdim olunub

BAKI, 21 fevral — Sputnik. "Bayıl yamacında mövcud evlər keçən əsrin 90-cı illərində inşa olunub. Ərazidəki evlər qeyri-qanuni, sənədsizdir və orada yaşayan əhalinin böyük hissəsinin pasport qeydiyyatı yoxdur. Burada xeyli sayda məcburi köçkün ailəsi də məskunlaşıb. Həmin evlər bir gecədə tikilib, möhkəm təməli olmayan gecəqondulardır".

Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib. O bildirib ki, vətəndaşların mövqeyi nəzərə alınmaqla, dövlət tərəfindən 98 ailəyə 11 aylıq kirayə haqqı verilib.

Bayıl yamacı” aşağıya doğru sürüşməyə davam edir
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov

"Ailə tərkibi 1-5 nəfər olanlara 200 manat, ailə tərkibi 6-7 nəfər olana 250 manat, ailə tərkibi 8 nəfərdən çox olanlara isə 300 manat kirayə haqqı müəyyən olunub. Artıq dünəndən etibarən vəsaitlər sənədlərini təqdim etmiş 67 ailənin "Beynəlxalq Bank"ın Səbail filialında açılmış hesablarına köçürülüb. Bu gündən onlar vəsaiti ala bilərlər. Digər vətəndaşlardan da sənədlərini təqdim etmələri xahiş olunur. Bildiyiniz kimi, dövlət qurumlarının normativləri var və Nazirlər Kabinetinin ayırdığı vəsait bu normativlərə uyğun müəyyən edilir", – deyə Kərimov bildirib.

İ.Kərimovun sözlərinə görə, hazırda sürüşmə sahəsində alim və mütəxəssislər çalışır: "Ərazi nəzarətdədir. Mütəxəssislərin çıxaracağı rəyə uyğun olaraq Nazirlər Kabinetində tikililərin gələcək taleyi barədə qərar qəbul ediləcək və məsələ hüquqi müstəvidə həll olunacaq".

O qeyd edib ki, Bayıl yamacında baş vermiş sürüşmə zamanı tam dağılmış 4 fərdi yaşayış evinin sahibinə veriləcək birdəfəlik kompensasiyanın məbləği müəyyən edilərək Nazirlər Kabinetinə təqdim olunub.

130
Teqlər:
kirayə pulu, Bayıl yamacı, kompensasiya
Distant təhsil, arxiv şəkli

Təhsil alıb diplomsuz qalanlar - Köhnə qanun tanımır, təzə isə hələ yoxdur

0
(Yenilənib 17:14 22.01.2021)
"Distant təhsil səbəbindən xarici distant diplomun tanınmasından imtina üçün indiki halda heç bir hüquqi əsas yoxdur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Koronavirus pandemiyası distant təhsili zəruri etsə də, Azərbaycanda hələ də distant təhsilin diplomları tanınmır. Baxmayaraq ki, pandemiya dövründə Azərbaycanda da ali məktəblər distant təhsilə başlayıb. İndi xaricdə təhsil alan tələbələri narahat edən əsas məqamlardan biri pandemiya dövründə məsafədən təhsilin diplomlarının tanınıb-tanınmayacağı barədədir.

Sputnik Azərbaycan bu suallara aydınlıq gətirməyə çalışıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə ali məktəblər distant təhsil istiqamətində işə başlayıblar. Ona görə də Azərbaycan distant təhsil diplomlarının tanınması istiqamətində işə başlamalıdır: "Mart ayından ənənəvi təhsilə fasilə veriləndən sonra digər ali təhsil ocaqları virtual təhsilə qoşulsalar da, bu, distant təhsil qədər effektli olmadı. Türkiyədə ali təhsil müəssisəsi var ki, onun 100-150 min tələbəsi var. Onların hamısı ənənəvi təhsil almırlar, bir qismi məhz distant təhsil alır. Distant təhsil tələbələr üçün həm də ən sərfəli təhsil növüdür. Azərbaycanda bir çox ali təhsil müəssisələri illərdir inkişafdan geri qalıb. Halbuki, ali məktəb əmək bazarı üçün kadr hazırlayırsa, mütləq yenilikləri tətbiq etməlidir. Bu yolla onlar xaricdən də xeyli tələbə cəlb edərək gəlirlərini artıra bilərlər. Artıq ölkəmizdə də distant təhsil diplomlarının tanınması istiqamətində işə başlanmalıdır".

İKT üzrə ekspert Osman Gündüz də bildirir ki, Təhsil Nazirliyinin indiki halda distant diplomlarla bağlı ikili standartlar tətbiq etməsi yolverilməzdir:

"Nazirlik açıqlama verir ki, xarici ölkələrin universitetlərinə distant formada qəbul olanların aldığı diplom və ixtisaslar yenə də ölkəmizdə tanınmayacaq. Düşünürəm ki, bu cür yanaşma indiki halda ölkəmizə hörmət gətirmir. Bu, açıq-aşkar ikili yanaşmadır və beynəlxalq təhsil platformalarında ölkəmiz üçün də başucalığı gətirməyəcək. Özümüzdə distant formada tədris prosesi davam etdirildiyi bir halda, dünyada, məsələn, top 100-də olan universitetin distant diplomunu tanımamaq sadəcə ağlasığmazdır və heç bir izahı yoxdur. Məlumdur ki, xaricdə təhsil alan şəxslər təhsillərini başa vurduqdan sonra ölkəmizdə onların diplomu birbaşa tanınmır. Onların diplomları tanınmaq üçün müəyyən prosedurlardan keçirilir".

O.Gündüz bildirir ki, yalnız distant təhsil olduğu əsas gətirilərək onların məzunlarının əldə etdiyi diplomların bu prosedurlardan kənarlaşdırılması ikili yanaşmadır. Onun fikrincə, bu, qanunvericiliyə də ziddir: "Distant təhsil forması Təhsil qanununda nəzərdə tutulub. Bu forma ölkədə tətbiq edilir və yekunda dövlətin tanıdığı diplom verilir. Odur ki, məhz "distant forma" səbəbindən xarici distant diplomun tanınmasından imtina üçün indiki halda heç bir hüquqi əsas yoxdur".

Milli Məclisin Elm və Təhsil Komissiyasının üzvü Etibar Əliyev isə deyir ki, Azərbaycanda distant təhsil diplomları tanınacaq. Onun sözlərinə görə, bu məsələ yeni qəbul olunacaq "Ali Təhsil haqqında" qanunda öz əksini tapacaq: "Köhnə qanunda isə distant təhsil məsələsi yoxdur. Yeni qanunda distant təhsilin diplomunun tanınması məsələsi öz əksini tapacaq. Xüsusilə pandemiya dövründə distant təhsil formasının tətbiqi çox vacibdir".

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikasında, eləcə də dünyanın bir çox ölkəsində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ali təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb və tələbələrin dərslərdə fiziki olaraq iştirak etmədən təhsillərini davam etdirmələrinə şərait yaradılıb. Odur ki, mövcud vəziyyətlə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın tətbiqi zamanı "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyaya (Lissabon Konvensiyasına) üzv ölkələrin Milli Məlumat mərkəzlərindən, üzv olmayan ölkələrin isə səlahiyyətli orqanlarından və ya aidiyyəti ali təhsil müəssisəsindən əldə olunan rəsmi məlumat əsasında sözügedən məqam nəzərə alınacaq. Amma ölkəmizdə distant təhsil formasında təhsilin diplomu tanınmır.

0
Teqlər:
qanun, tanınma, diplom, distant, təhsil
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Azərbaycan vətəndaşlarının vaksinasiya olunacağı tarix açıqlandı

4
(Yenilənib 18:44 22.01.2021)
TƏBİB-in rəhbəri: "Risk qrupuna aid vətəndaşlar başda olmaqla, bütün əhali mərhələli şəkildə vaksinasiyada iştirak edəcək".

BAKI, 22 yanvar — Sputnik. "Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya başlanıb və qarşıdakı iki həftə ərzində tibb işçilərimizin peyvənd olunması prosesi başa çatacaq". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Anadolu" agentliyinə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, daha sonra 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunacaqlar: "Risk qrupuna aid vətəndaşlar başda olmaqla, bütün əhali mərhələli şəkildə vaksinasiyada iştirak edəcək. İlkin olaraq risk qrupları, ikinci mərhələdə isə 50 yaşdan yuxarı insanların peyvənd olunması nəzərdə tutulur. Nəticədə biz xəstəxanalarda olan aktiv xəstələrin sayında azalmaya nail ola bilərik. Xəstəxanalarda müalicə alanların 70-75 faizi 50 yaşdan yuxarı şəxslərdir".

4
Teqlər:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, brifinq, TƏBİB