Əli qandallanmış adam, arxiv şəkli

Beynəlxalq Bankın sabiq filial direktoru həbs edilib

850
(Yenilənib 16:12 21.02.2018)
Məhkəmənin hökmü ilə Əlisultan Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib

BAKI, 21 fevral — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, bankın digər əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əlisultan Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Bankın digər əməkdaşları Ramin Səməndərov və Kifayət Səmədovaya isə şərti cəza verilib.

Xatırladaq ki, prokuror çıxışında Əlisultan Məmmədovun 8 il, Ramin Səməndərovun 6 il, Kifayət Səmədovanın 2 il və Hacalı Cavadovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Şamaxı filialının direktoru olmuş Ə.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. Digər şəxslər də bankın əməkdaşlarıdır.

Onlar barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

850
Teqlər:
filial direktoru, Beynəlxalq Bank, Bakı Ağır Cinayətlər Məhkəməsi, həbs
Sputnik V peyvəndi, arxiv şəkli

"Rusiya pul dalınca qaçmır": Avropada "Sputnik-V" peyvəndinin müdafiəsinə qalxdılar

4
(Yenilənib 17:00 18.01.2021)
Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.

"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.

O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Kusko qeyd edir.

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.

4

Koronavirusla mübarizənin yeni mərhələsi: Bakıda vaksinasiya necə başladı

10
(Yenilənib 17:02 18.01.2021)
Paytaxtın tibb müəssisələri koronavirusa qarşı hamıdan əvvəl peyvənd olunan şəxsləri qəbul etdi. Bunun necə baş verdiyini videoda izləyin.

Azərbaycanda vaksinasiya Çinin “CoronaVac” preparatından istifadə olunmaqla aparılır. Bu gün həmin preparat səhiyyə işçiləri və dövlət qurumlarında çalışanlar üzərində sınaqdan keçirildi. Daha sonra yaşı 65-dən yuxarı olan vətəndaşlar və hüquq-mühafizə orqanlarının pandemiyaya qarşı tədbirlərə cəlb olunmuş əməkdaşları peyvənd olunacaqlar.

Azərbaycanın tibb müəssisələrində peyvənd zonası yaradıldı - Reportaj >>

Qeyd edək ki, könüllü şəkildə peyvənd olunmaq istəyən vətəndaşlar bunun üçün elektron sistem vasitəsilə yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və vaxtı seçməlidir. Lakin bundan əvvəl sahə həkiminin qəbulunda olmaq vacibdir.

10
İtaliyada epdimioloji vəziyyət, arxiv şəkli

"Dünya fəlakətin astanasındadır" ÜST rəhbəri açıq danışdı

0
(Yenilənib 17:01 18.01.2021)
Qebreyesus qeyd edib ki, müxtəlif ölkələrdən insanların vaksinə bərabər çıxışını təmin etmək planları təhdid altındadır.

 

BAKI, 18 yanvar — Sputnik. Dünya mənəvi fəlakətin astanasındadır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus qurumun İcraçı Komitəsində çıxışında bildirib.

"Mən açıq deyəcəyəm: Dünya fəlakətli mənəvi bir səhvin astanasındadır - bu səhvin qiyməti insan həyatı olacaq və dünyanın ən kasıb ölkələrində yaşamaq imkanı olmayacaq", - deyə ÜST rəhbəri qeyd edib.

O vurğulayıb ki, 49 inkişaf etmiş ölkənin vətəndaşları artıq 39 milyon doza vaksini alıb. Eyni zamanda ən kasıb ölkələrdən birində isə cəm 25 peyvəndləmə həyata keçirilir.

Qebreyesus qeyd edib ki, müxtəlif ölkələrdən insanların vaksinə bərabər çıxışını təmin etmək planları təhdid altındadır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 milyonu keçib, 2 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0